Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


 Aşındırıcı maddələrlə zəhərlənmə zamanı ilk yardım



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə78/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   74   75   76   77   78   79   80   81   ...   84
Dənizdə təhlükəsizlik

4.13. Aşındırıcı maddələrlə zəhərlənmə zamanı ilk yardım 
162


Tünd turşularla (sulfat, xlorid, sirkə) və tünd qələvilərlə (aşındırıcı
natrium, aşındırıcı kalium, naşatır spirti) zəhərlənmə zamanı ağız boşluğunun,
udlağın, qida borusunun, bəzi hallarda mədənin selikli qişasının yanması baş verir.
Zəhərlənmənin əlamətləri: ağızda, boğazda, mədədə və bağırsaqlarda güclü
ağrılar, ürəkbulanma, qusma, baş gicəllənmə, zəifləmə, zəif nəbz, huşsuz
vəziyyətdir.
Turşu ilə zəhərlənənə hər 5 dəqiqədən bir 1 yemək qaşığı (1 stəkan suya 2 çay
qaşığı) soda məhlulu, suya və yaxud 10 damcı suda qarışdırılmış naşatır spirti,
eləcə də gündə 2–3 dəfə su ilə çalxalandırılmış yumurta ağı və bitki yağı, toz
şəklində kofein və ya kamfora vermək lazımdır.
Nəfəsalma zəiflədikdə süni nəfəsvermə etmək lazımdır. Tünd aşındırıcı qələvi
ilə zəhərlənmə zamanı xəstəyə az-az sirkə və ya limon turşusu ilə bir qədər
turşulandırılmış soyuq su içirtmək lazımdır (1 stəkan suya 2 çay qaşığı 3%-li sirkə
məhlulu). İçmək üçün daxilə bitki yağı və ya su ilə çalxalandırılmış yumurta ağı
vermək; çinaq altı nahiyəyə xardal qoymaq xeyirlidir. Ürək fəaliyyətini
canlandırmaq üçün gündə 2–3 dəfə kamfora və ya kofein tozları vermək tövsiyə
edilir.
4.14. Boğulma zamanı ilk yardım
Əgər hansısa bir yolla kifayət qədər oksigenlə havanın ciyərlərə daxil
olması kəsilərsə, məsələn: karbon oksidi, ammonyak və ya qazşəkilli freonla
zəhərlənmə zamanı, ölümə gətirib çıxara biləcək boğulma baş verir. Boğulma
həmçinin boyunda yerləşən orqanların sıxılması, nəfəs yollarının tıxanması zamanı
baş verir, hansı ki, suyun boğulanın qırtlağına və sonra nəfəs yollarına düşməsi
zamanı mümkün ola bilər.
Karbon oksidi, ammonyak və ya qazşəkilli freonla zəhərlənmə nəticəsində
boğulma zamanı zərərçəkəni təmiz havaya çıxartmaq lazımdır, bu halda oksigenlə
nəfəs vermək istəniləndir.
Əgər boğulma zamanı nəfəsalma kəsilərsə, həkim gələnədək süni
nəfəsvermə etmək lazımdır.
163



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin