zədələnən hissəyə Vişnevskiy və ya penslin mazı sürtmək lazımdır. Mazlar
olmadıqda bitki və ya kərə (duzsuz) yağından istifadə etmək olar. Dəridə əmələ
gələn suluqlar yarılmır, mazla olan sarğı qoyulur.
Ammonyak refrijator qurğusu otağında
zərərçəkənə həkiməqədər ilk
yardım göstərmək üçün limon və sud turşusu, qida sodası, Vişnevskiy və ya
penisilin mazı, maz sarğısı, naşatır spirti, yod, bint, pambıq,
qoruyucu qara
“konservlər” eynəyi, oksigenlə dolu oksigen balışı ilə tibb qutusu saxlanmalıdır.
Əgər tibb qutusunda yer yoxdursa, oksigen balışını refrijator mexanikinin
kayutunda saxlamağa icazə verilir.
Freon həcm üzrə havada 30%-dən
çox olan zaman oksigen
çatışmamazlığı nəticəsində orqanizmdə zəhərlənmə əlamətləri əmələ gəlir. Freon
atmosferində insan boğulmadan həlak olur. 400
0
C-dən yüksək temperaturda (isti
səthlərlə təmas və ya açıq alovun təsiri zamanı) xlorlu və ftorlu hidrogenin və az
miqdarda zəhərli fosgen qazının (izlərinin) əmələ gəlməsi ilə freonun ayrılması baş
verir.
Xlorlu və ftorlu hidrogen orqanizmdə selikli qişaların güclü
qıcıqlandırılmasına səbəb olur və bu birləşmələrin mövcudluğu, onlar orqanizmə
zərərli təsir göstərməyə başlayana qədər özünü büruzə verir.
Freon-12 və ya freon-22 ilə zəhərlənmə zamanı zərərçəkən təmiz havaya
çıxarılmalıdır. Zərərçəkəni freonla çirklənmiş nəfəs almanı çətinləşdirən, freonla
çirklənmiş paltardan azad edərək təmizi ilə əvəzləmək və zərərçəkən üçün tam
sakitlik yaratmaq lazımdır.
Freonla zəhərlənmənin bütün hallarında zərərçəkənə 30–45 dəqiqə
ərzində oksigenlə nəfəs alması və xəstənin isidilməsi (qrelkalarla dövrələmək)
tövsiyə edilir. Dərin yuxu və ağrı hissiyyatının mümkün azalması halında
yanıqların əmələ gəlməməsi üçün ehtiyatlılığa riayət etmək lazımdır. Maye freon
dəriyə düşərkən donvurmaya, gözə düşərkən isə onun zədələnməsinə səbəb ola
bilər .
Qazşəkilli freonla dolmuş otaqda oksigenin çatışmamazlığı
nəticəsində
baş verən boğulma zamanı zərərçəkni dərhal təmiz havaya çıxartmaq və oksigenlə
165
nəfəs vermək tövsiyə edilir. Ümumi zəiflik zamanı tünd çay və ya kofe vermək,
nəfəs dayanan halda, həkim gələnə qədqr süni nəfəsvermə etmək lazımdır.
Maye freonun dəriyə düşməsi nəticəsində yaranmış donvurma zamanı:
dəridə hissiyyat və qızartı yaranana kimi steril pambıq kürəciyi və ya tənzif
salfet ilə don vuran hissəni ehtiyatla sürtmək;
-
Qan dövranı və hissiyyat bərpa edildikdən sonra don vurmuş yeri spirtlə
sürtmək və həmən yerə təmiz bintdən sarğı qoymaq;
əgər dəridə suluqlar əmələ gəlibsə, dərini silməmək, don vurmuş yeri isə təmiz
bintdən sarğı ilə örtmək və zərərçəkəni həkimə göndərmək;
geniş donvurmalar zədələnmələr zamanı don vurulmuş yerlərə toxunmamaq,
steril sarğı qoymaq və zərərçəkəni dərhal həkimə göndərmək.
Gözə freon düşərkən gözü otaq temperaturlu kiçik təzyiqli su şırnağı ilə
yumaq, gözə steril vazalin yağı damcılamaq
və dərhal
həkimə göndərmək lazımdır.
Freon refrijator qurğusu otağında zərərçəkənə həkiməqədər ilk yardımın
göstərilməsi üçün naşatır spirti, qida sodası, Vişnevskiy və ya penisillin mazı, yod,
bint, pambıq, qara “konservlər” eynəyi və oksigenlə dolu oksigen balışı ilə tibb
qutusu olmalıdır.
Dostları ilə paylaş: