Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 12 iyun


QİYMƏTLƏRİN İŞLƏNMƏSİNİN ƏSAS MÜDDƏALARI



Yüklə 241,19 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix30.09.2022
ölçüsü241,19 Kb.
#64381
1   2   3   4   5   6   7   8   9   10
tikinti-ucun-layihe-islerine-qiymetler-toplusunun-tetbiqi-uzre-umumi-gosterisler

. QİYMƏTLƏRİN İŞLƏNMƏSİNİN ƏSAS MÜDDƏALARI 
1.1 Tikinti üçün layihə işlərinin baza qiymətləri, layihələndirilən obyektlərin 
əsas göstəricilərinə (gücü, ölçüsü, həcmi, sahəsi və s.) uyğun işlənmişdir.
1.2 Toplularda göstərilən qiymətlər, müvafiq normativ sənədlərlə 
tənzimlənməklə, müəssisə, bina və qurğuların tikintisi üzrə layihə-smeta, eləcə də 
rayon planlaşdırılması, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin 
planlaşdırılması və tikintisi üzrə layihə sənədlərinin tərkibi, işlənməsi, 
razılaşdırılması və təsdiqi qaydalarına uyğun olaraq hazırlanmışdır. 
1.3 Toplularda istehsal, yaşayış və ictimai təyinatlı yeni obyektlərin 
(kompleksin tərkibinə daxil olan sex, bina və qurğuların) tikintisinin fərdi
layihələndirilməsinin baza qiymətləri verilmişdir. 
Obyektlərin yenidən qurulması, genişləndirilməsi və texniki cəhətdən təchiz 
edilməsi üçün layihə-smeta sənədlərinin dəyərini təyin etmək məqsədi ilə 
toplularda ayrı-ayrı sex, bina və qurğuların (kompleksin tərkibinə daxil olan) fərdi 
layihələndirilməsi, eləcə də birtipli layihələrin dəyərini təyin etmək üçün baza 
qiymətləri verilmişdir.
Müəssisə, bina və qurğuların fərdi layihələndirilməsi üçün verilmiş 
qiymətlərdə, onların tərkibinə daxil olan sex, bina və qurğuların birtipli, iqtisadi 
cəhətdən səmərəli və təkrar tətbiq edilən layihələrin, eləcə də birtipli inşaat 
konstruksiyaları, məmulatları və qovşaqları cizgilərinin dəyəri nəzərə alınmışdır. 
Qüvvədə olan layihələr ləğv edildikdə və əvəzinə yeni birtipli layihələr 
qüvvəyə mindikdə, birtipli konstruksiyalara əlavə olaraq fərdi inşaat 
konstruksiyalarının tətbiqi zərurəti yaranarsa, qiymətlər dəyişməz qalır. 
 
1.4 Toplunun 1.2 bəndində göstərilən və normativ sənədlərlə təyin olunan 
işlərdən başqa, toplulardakı qiymətlərdə layihə təşkilatlarının aşağıdakı işlər ilə
əlaqədar xərcləri də nəzərə alınmışdır: 
- işçi layihənin (layihənin) ekspertizası və təsdiq edilmə mərhələsində 
müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, 
elektron versiyalı prezentasiya materialları) hazırlanmasında iştirak;
- işçi komissiyası və dövlət qəbulu komissiyasında iştirak; 
- müəssisə, buraxılış kompleksləri və obyektlərin tikintisinin müqavilə 
qiymətlərinin təyin edilməsində iştirak. 

Yüklə 241,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin