9
sənədlərinin işlənməsi dəyəri, bu göstərişin 2.2 bəndində göstərilmiş qaydada təyin
edilir.
Xarici firmalar tərəfindən hazırlanan layihə sənədlərinin ekspertizası
aparıldıgı halda:
- xarici sifarişçilər tərəfindən hazırlanmış avadanlıq və materialların
spesifikasiyalarına baxılması və tamamlanması;
- obyektin istismarı üçün lazım olan material, ehtiyat hissələri,
qovşaq və
detalların spesifikasiyalarının tərtibi, baş təchizatçı və baş podratçının ayrı-ayrı
tapşırığı ilə yerinə yetirilən digər işlərin dəyəri əmək tutumuna görə təyin edilir.
3.11 Layihə işlərinin dəyəri topludakı qiymətlərlə təyin edilən zaman bir
neçə mürəkkəblik faktoru olduğu halda, vahiddən böyük bir neçə əmsalın
tətbiqi
lazım olduqda ümumi çoxaldıcı əmsal, bir vahid və əmsalların kəsr hissələrinin
cəmlənməsi yolu ilə təyin edilir (bəndlər: 3.1-3.3; 3.5; 3.10-nun 6-cı abzası).
Məsələn: Verilir 1,1; 1,2; 1,3 əmsalları.
Tapılan əmsal 1+0,1+0,2+0,3=1,6 olar.
Qiymətlərə vahiddən kiçik bir neçə əmsal tətbiq edərək layihə işlərinin
dəyərini
təyin etdikdə, ümumi azaldıcı əmsal, bu əmsalların bir-birinə vurulması
yolu ilə təyin edilir.
Azaldıcı və çoxaldıcı əmsallar eyni vaxtda tətbiq edildikdə, əvvəlcə,
göstərilmiş qaydada ümumi artırılmış və ümumi azaldılmış əmsallar təyin edilir,
sonra isə onlar bir-birinə vurulur.