4
2.2 Fəaliyyətdə olan müəssisə, sex, bina və qurğuların yenidən qurulması
(yenidən texniki cəhətdən təchiz edilməsi) üçün layihə-smeta sənədlərinin
işlənməsi dəyəri, layihələndirilən obyektin yenidən qurulması (yenidən
texniki
cəhətdən təchiz edilməsi) nəticəsində əldə olunacaq əsas göstəricinin qiyməti
əsasında və layihə işlərinin
əmək tutumuna uyğun olaraq, sifarişçi ilə
razılaşdırmaqla,
layihə təşkilatı tərəfindən toplulardakı qiymətlərə 1,2-ə
qədər
əmsal tətbiq edilməklə təyin edilir.
Ən yüksək əmsal, müəssisə, sex, bina və qurğular tam yenidən qurulduqda
və yenidən texniki təchiz edildikdə tətbiq edilir. Müəssisə, sex, bina və qurğuların
yalnız bir hissəsində, yaxud yardımçı və xidməti təyinatlı
hissəsində
yenidənqurma (yenidən texniki cəhətdən təchiz edilməsi) işləri nəzərdə tutulursa,
layihə işlərinin həcmi yeni
tikili ilə müqayisə edilərək, 1,0-dən aşağı olmaqla
azaldıcı əmsal tətbiq edilir.
Müəssisənin
genişləndirilməsi,
fəaliyyətdə olan sex, əsas,
yardımçı və
xidməti təyinatlı obyektlərin yenidən qurulması ilə eyni zamanda həyata
keçirildikdə, layihə-smeta sənədlərinin işlənməsi dəyəri yuxarıda
göstərilən
qaydada təyin edilir.
Müəssisənin genişləndirilməsi üçün layihə-smeta sənədlərinin işlənməsi
dəyəri yeni tikintidə olduğu kimi təyin edilir.
Dostları ilə paylaş: