7
III. ƏMƏK TUTUMUNA TƏSİR EDƏN ƏLAVƏ FAKTORLARI
NƏZƏRƏ ALMAQLA, LAYİHƏ İŞLƏRİNİN DƏYƏRİNİN
TƏYİN EDİLMƏSİ QAYDALARI
3.1 Maket
üsulunu tətbiq etməklə, layihə-smeta
sənədlərinin işlənməsi
dəyəri, maketin hazırlanmasına çəkilmiş xərclər nəzərə alınmaqla, çoxaldıcı əmsal
tətbiq edilməklə, toplularda göstərilmiş qiymətlərlə təyin edilir.
Əgər toplularda əmsallar təyin edilməmişdirsə, yuxarıda göstərilən metodla
layihə-smeta
sənədlərinin işlənməsi dəyəri, əmsallar tətbiq edilməklə toplulardakı
qiymətlər üzrə təyin edilir:
«Layihə» mərhələsində – 1,05;
«İşçi layihə» mərhələsində – 1,1;
«İşçi sənədlər» mərhələsində - 1,1.
3.2 Sifarişçi nazirliyin, komitənin, idarənin qərarı əsasında, obyektin tikintisi
eksperimental tikinti planına daxil edilərsə, layihə-smeta sənədlərinin işlənməsi
dəyəri, toplulardakı qiymətlər üzrə təyin edilir. Bu halda mürəkkəbləşən layihə
işləri növlərinin dəyərinə 1,5 əmsalı tətbiq edilir.
Qeyd. Eksperimental tikinti üçün layihə-smeta sənədlərinin işlənmə dəyərini
təyin etmə qaydaları eksperimental obyektlərin layihələndirilməsi və tikintisi üzrə
qüvvədə olan normativ sənədlərə uyğun müəyyən edilmişdir.
3.3 Mürəkkəb şəraitdə müəssisə, bina və qurğuların
tikintisi üçün layihə-
smeta sənədlərinin işlənməsi dəyəri müvafiq toplulardakı qiymətlər üzrə layihə
işlərinin (normativ sənədlərə əsasən xüsusi tələblər müəyyən edilmiş)
dəyərinə
aşağıdakı əmsalların tətbiqi ilə təyin edilir:
Dostları ilə paylaş: