Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 12 iyun


Birtipli layihələrin işlənməsi dəyəri 1,4 əmsalını tətbiq etməklə,  toplularda verilmiş qiymətlərə əsasən təyin edilir.  2.4



Yüklə 241,19 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix30.09.2022
ölçüsü241,19 Kb.
#64381
1   2   3   4   5   6   7   8   9   10
tikinti-ucun-layihe-islerine-qiymetler-toplusunun-tetbiqi-uzre-umumi-gosterisler

2.3 Birtipli layihələrin işlənməsi dəyəri 1,4 əmsalını tətbiq etməklə
toplularda verilmiş qiymətlərə əsasən təyin edilir. 
2.4 Birtipli layihələrin bağlanması (birtipli və ya təkrar istifadə olunan 
layihələrdə konkret tikinti sahəsindən və inşaat materiallarından asılı olaraq zəruri 
düzəlişlər edilərək tətbiqi) dəyəri, toplunun qiymətlərinə əsasən 0,25 əmsalını 
tətbiq etməklə təyin edilir. Dəyişiklik etməklə birtipli layihələrin bağlanma dəyəri, 
fərdi layihə-smeta sənədlərinin işlənməsi dəyərinə 0,5 əmsal tətbiq etməklə 
toplularda verilmiş qiymətlərə əsasən təyin edilir. 
2.5 Sex, bina və qurğuların birtipli layihələrinin bağlanması, baxılan birtipli 
layihənin yerləşməsinə nisbətən güzgüəksi təsvirində olarsa, bağlanma dəyərinə 
1,2 əmsalı tətbiq edilir. 
 
2.6 Birtipli layihələrə olan tələblərə uyğun olaraq hazırlanan sahə təyinatlı 
bir sira eyni obyektlərin tikintisi üçün fərdi layihələrin işlənməsi və bağlanması 
dəyəri 2.3-2.5 bəndlərində müəyyən olunmuş qaydada təyin edilir. 
2.7 Qüvvədə olan normativ sənədlərlə nəzərdə tutulan tərkib və həcmə zidd 
olaraq, ixtisarlarla yerinə yetirilmiş layihə işlərinin dəyəri (layihənin əlavə 
variantlarının işlənməsi, yaxud layihə tapşırığına uyğun ayrı-ayrı texnoloji, 
konstruktiv, memarlıq və s. həllərin işlənməsi), azaldıcı əmsal tətbiq edilməklə, 
müvafiq obyektin layihə-smeta sənədlərinin işlənməsi üçün müəyyən edilmiş 
qiymətlərlə təyin edilir. Azaldıcı əmsal işin əmək tutumuna uyğun olaraq 
sifarişçinin razılığı ilə layihə təşkilatı tərəfindən müəyyən edilir. 
 



2.8 Tikintinin aparılması növbələrlə nəzərdə tutulursa, müəssisə və 
qurğuların işçi layihələrinin (layihələrin) işlənməsi dəyəri, hər bir növbənin 
göstəriciləri əsasında, toplulardakı qiymətlər üzrə təyin edilir. Eyni zamanda, 
tikintinin birinci növbəsinin layihələndirmə dəyərinə, işçi layihənin (işçi 
sənədlərsiz) və ya bütün növbəti mərhələlərin layihə sənədlərinin işlənməsi 
dəyərinin 20%-dək olan hissəsi əlavə edilir. 
2.9 Layihə tapşırığında nəzərdə tutulmuş istehsalın assimilyasiyası ilə 
əlaqədar layihə-smeta sənədlərinin işlənməsi dəyəri, müvafiq müəssisənin 
layihələndirilməsi üçün topluların qiymətləri əsasında, bu toplularda verilmiş 
azaldıcı əmsalı tətbiq etməklə təyin edilir. 
Göstərilən əmsal toplularda olmadığı halda, onun ölçüsü, sifarişçi ilə 
razılaşdırılaraq, layihə təşkilatı tərəfindən təyin edilir. 
2.10 Subpodrat layihə təşkilatı tərəfindən yerinə yetirilən ayrı-ayrı sex, bina 
və qurğuların layihə-smeta sənədlərinin dəyəri, baş layihəçi tərəfindən 
layihələndirmə dəyərinin hesablandığı toplulardakı qiymətlərə uyğun hesablanır. 
2.11 Qiymətlərdə nəzərə alınmış layihə işlərinin növləri üzrə dəyəri, 
toplunun bölmələrində göstərilmiş nisbi dəyər cədvəllərindəki qiymətlərlə təyin 
edilir və işlər istər layihə təşkilatının öz qüvvəsi ilə yerinə yetirildikdə, istərsə də 
qismən subpodrat layihə təşkilatına verildikdə, layihənin ümumi həcmi 
çərçivəsində hər mərhələ üzrə işlərin dəyəri layihə təşkilatı tərəfindən subpodrat 
təşkilatlarla razılaşdırmaqla dəqiqləşdirilə bilər.
Layihə işlərinin növləri üzrə nisbi dəyər cədvəllərində göstərilməmiş digər 
layihə işlərinin nisbi dəyəri də bu qaydada təyin edilir. 
Toplularda yeni tikililər üçün verilmiş layihə-smeta sənədlərinin 
işlənməsinin nisbi dəyər cədvəlləri, fəaliyyətdə olan müəssisə, bina və qurğuların 
yenidən qurulması və texniki cəhətdən yenidən təchiz edilməsi üçün layihə-smeta 
sənədlərinin dəyərinə tətbiq edilmir. 
İşlər bir layihə təşkilatı tərəfindən yerinə yetirildikdə hər bir layihə işi 
növünün əmək tutumundan asılı olaraq bina və qurğuların yenidən qurulması və 
texniki cəhətdən yenidən təchiz edilməsi üçün layihə-smeta sənədlərinin nisbi 
dəyərinin hesablanması da (müəyyənləşdirilmiş ümumi qiymət çərçivəsində) 
həmin təşkilat tərəfindən yerinə yetirilir. Layihə işləri subpodrat təşkilatı cəlb 
etməklə yerinə yetirilərsə, bu iş növlərinin nisbi dəyəri həmin təşkilatla 
razılaşdırılmaqla təyin edilir. 
2.12 Müəssisə, sex, bina və qurğuların layihə-smeta sənədlərinin işlənməsi 
üçün qiymət toplularında bütün sahədaxili mühəndis şəbəkəsi, kommunikasiya və
qurğuların (elektrik təchizatı, su təchizatı, kanalizasiya, istilik təchizatı və s.) 
layihələndirmə dəyəri nəzərə alınmışdır. Bu dəyərə sex, bina və qurğuların 
sahədaxili şəbəkələrə birləşdirilməsi, eləcə də baş plana uyğun tikinti meydançası 
sərhədlərində abadlaşdırma işlərinin aparılması da daxildir. 



2.13 Toplularda hər-hansı bir tikinti obyektinin layihə-smeta sənədlərinin 
işlənməsi dəyəri göstərilmədiyi və analoq olmadığı təqdirdə, layihənin dəyəri əmək 
sərfinə görə hesablanır. Çox mürəkkəb, unikal bina və qurğuların layihə-smeta 
sənədlərinin işlənməsi dəyəri, toplunu işləyən layihə institutunun təsdiq olunmuş 
rəyi, sifarişçi idarə, müvafiq dövlət orqanının razılığı ilə əmək sərfinə görə 
hesablana bilər.
Eyni bir obyektin layihələndirilməsi dəyərinin əmək sərfinə görə iki dəfədən 
çox hesablanması yolverilməzdir. 
Layihə işlərinin dəyəri bu üsulla iki dəfə hesablandıqdan sonra, həmin 
obyektin layihələndirilməsi üçün müəyyən edilmiş qaydada qiymətlər işlənir və 
təsdiq edilir. 
2.14 Layihələndirilən obyektin əsas göstəriciləri əsasında hesablanmış 
layihə-smeta sənədlərinin dəyəri onların işlənməsi zamanı dəqiqləşdirilmiş 
göstəricilərə görə yenidən hesablanmır. 
2.15 Layihələndirilən obyektin əsas göstəricisi, toplunun qiymət 
cədvəllərində göstərilmiş minimal göstəricidən aşağı və maksimum göstəricidən 
çox olduğu təqdirdə, işçi sənədlərin hazırlanması dəyəri 1 saylı əlavədə verilmiş 
düstur ilə ekstrapolyasiya (iki məlum kəmiyyət arasında yerləşməyən naməlum 
kəmiyyətin təyin edilməsi) üsulu ilə təyin edilir. 
Qəbul edilmiş göstərici cədvəldə verilmiş minimal göstəricinin yarısı və 
yaxud maksimal göstəricinin iki mislindən çox olarsa, layihə işlərinin dəyəri 2.13 
bəndində göstərilmiş qaydada təyin edilir. Bu ekstrapolyasiya qaydası, cədvəldəki 
minimal göstəricilərin qarşısında «qədər», maksimal göstəricilərdən sonra 
«yuxarı» sözləri yazıldığı halda da tətbiq edilir. 

Yüklə 241,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin