Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti


I bölmə-İstehsal vasitələri istehsalı II bölmə



Yüklə 112,98 Kb.
səhifə2/3
tarix18.04.2023
ölçüsü112,98 Kb.
#99741
1   2   3
Rzayeva Gülzər

I bölmə-İstehsal vasitələri istehsalı
II bölmə-İstehlak şeyləri istehsalı
Təkrar istehsalın aşağıdakı modelləri var:

  1. Kenenin, Tuqonun təkrar istehsal modeli siniflər nəzəriyyəsilə sıx əlaqədardır. Keneyə görə millət 3 sinifdən – istehsalçı, mülkiyyətçi, bəhrəsizdən ibarətdir. O fəhləni, fermeri, kapitalisti bir-birindən ayırmır, onları məhsuldar sinif adlandırır. Kenenin təkrar istehsal nəzəriyyəsində əsas yeri reallaşdırma problemi tutur.

  2. K.Marks- İTİ-nin təkrar istehsal nəzəriyyəsi 3 qarşılıqlı əlaqəli hissədən ibarətdir.

a) Abstrakt reallaşdırma nəzəriyyəsi
b) Milli Gəlir nəzəriyyəsi
c) İqtisadi Böhran nəzəriyyəsi
Marksa görə ictimai kapital fərdi kapitalın bazar mexanizmləri vasitəsilə qarşılıqlı əlaqəsinin məcmusudur.
İTİ-ın sadəgeniş növləri var. Sadə təkrar istehsal dedikdə istehsalın əvvəlki həcmdə təkrar istehsalı nəzərdə tutulur. Geniş təkrar istehsal dedikdə isə əvvəlki dövrə nisbətən artmış həcmdə təkrar istehsal nəzərdə tutulur. İqtisadiyyatın normal inkişafı üçün geniş təkrar istehsal xasdır. Çünki cəmiyyətin inkişafı ilə əlaqədar cəmiyyət üzvlərinin tələbatı daim artır, yeniləşir. Daim artan, yeniləşən tələbatı ödəmək üçün nemət və xidmətlər istehsalını artırmaq və yeniləşdirmək lazımdır.
Yuxarıda qeyd etdiyimiz tiplərdən əlavə təkrar istehsalın özünə məxsus meyarları vardır. Bu meyarlara ekstensiv, intensivqarışıq təkrar istehsal hədləri daxildir. Bunlar istehsalın geniş tipi üçün əhəmiyyət daşıyır.
Ekstensiv tipdə geniş təkrar istehsal istehsal sahəsinin genişlənməsi hesabına həyata keçirilir.Yeni muəssisə,firma tikilir, dəzgah və qurğuların sayi artırılır, əkin sahələri genişləndirilir,əlavə işçi qüvvəsi istehsala cəlb edilir və s.
Intensiv tipdə isə istehsal sahəsi dəyişmədən, mövcudlardan daha səmərəli istifadə etmək hesabına daha çox məhsul və xidmət istehsal olunur.İntensiv istehsal öz inkişafında iki mərhələdən keçir.

Yüklə 112,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin