İl ərzində qiymətlər 10% dən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya sürünən inflyasiya adlandırılır. Bəzi iqtisadi cərəyanlarda (Məs: Keynsçilik) belə inflyasiyanı iqtisadi inkişaf üçün faydalı hesab edirlər. Bu halda pulun izafi dəyəri saxlanılır. İnkişaf etmiş ölkələrin əksəriyyəti üçün bu növ inflyasiya xasdır. Mülayim inflyasiya müəyyən dərəcədə iqtisadiyyatı hərəkətə gətirir, onu stimullaşdırır. Çünki, əhali qiymətlərin artımını gözlədikdə onlar daha çox məhsul və xidmətlərdən istifadə etməyə çalışır, nəticədə istehsalçılar təklifi artırır, nəticədə bazarda bolluq yaranır. Bu sahibkarlıq fəaliyyətini stimullaşdırır.
İl ərzində qiymətlər 10% dən 20%-ə qədər artarsa ölkədə sürətli inflyasiya yaranacaqdır. Belə infilyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır. Ən azından ölkənin maliyyə kredit sahəsinə ciddi təsir göstərir. Ölkəyə investisiya qoyuluşu azalır. Sürətli inflyasiyada kağız pul qiymətdən düşür, istehlak şeylərinin xidmətlərin dəyəri əhalinin pul gəlirlərini qabaqlayır.
İl ərzində qiymətlər 100% dən artıq artarsa ölkədə İfrat (hiper) infilyasiya meydana çıxır. Bu inflyasiya zamanı qiymətlər faizlə yox dəfələrlə artır. Pulun alıcılıq qabiliyyəti demək olar ki yox olur. Əhali ticarət əməliyyatlarını barter üsulu ilə həyata keçirir. İstehsal təşkil oluna bilmir, kəskin aşağı düşür, təklif azalır.
Hiperinfilyasiya zamanı bank sistemi dağılır, bazar mexanizmini, sahibkarlığı "iflic" edir. Hiper inflyasiya gözlənildiyi zamanı biznesdə təlaş yaranır.
Qiymətlərin tarazlıq səviyəsinə görə inflyasiyanın iki növü var: tarazlaşdırılmış və tarazlaşdırılmamış.
Tarazlaşdırılmış inflyasiya zamanı müxtəlif əmtəə qruplarının qiymətləri bir-birinə nisbətən sabit qalır.Tarazlaşdırılmış infilyasiya sahibkarlıq fəaliyyəti üçün bir o qədər qorxulu deyil.Bu zaman yalnız vaxtaşırı olaraq əmtəələrin qiymətini qaldırmaq lazım gəlir.
Tarazlaşdırılmamış inflyasiya şəratində isə müxtəlif əmtəələrin qiyməti bir-birinə nisbətən və həm də müxtəlif proporsiyalarda daim dəyişir.Tarazlaşdırılmış inflyasiya isə sahibkarlıq fəaliyyəti üçün əsl bəladır. Belə şəraitdə kapital qoyuluşu üçün sərfəli sferanı tapmaq, bu məqsədlə gəlirlilik baxımından ən əlverişli variantları müəyyən etmək mümkün deyildir.
Monetarist iqtisadçılar xarakterinə görə inflyasiyanı 2 yerə bölmüşlər; gözlənilən və qəfil.
Gözlənilən inflyasiya müəyyən dövr üçün əvvəlcədən proqnozlaşdırılır müəyyən olunur. Belə inflyasiya zamanı banklar kreditlərin faizini artırır, istehsalçılar öz əmtəə və xidmətlərinin qiymətini qaldırır. Bir sözlə gözlənilən inflyasiyanın iqtisadiyata ciddi zərəri gözlənilmir. Qəfil inflyasiya ani anda baş verir. Birdən-birə qiymətlərdə sıçrayış baş verir. Hətta 10%-lik inflyasiyada belə iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir. Pul sisteminə və vergi sisteminə mənfi təsir göstərir.
Rəqabətli bazar şəraitinin hökm sürdüyü ölkələrdə açıq inflyasiya gedir. Bu şəraitdə qiymətlər qeyri bərabər sürətdə yüksəlir, iqtisadiyyatda tarazlıq pozulur, belə olmasına baxmayaraq bazar mexanizminin fəaliyyət prinsipi pozulmur.Belə ki, tələb və təklif arasında istər istəməz tarazlığın yaranması bazar mühitini normallaşdırır. Əmtəə və xidmətlərin qiymətinin yüksəlməsi iqtisadiyyata əlavə sərmayə qoyuluşuna gətirib çıxarır. Bu isə istehsalın artmasına və təklifin artmasına qiymətlərin normal hala düşməsinə gətirib çıxarır. Açıq inflyasiya bazar iqtisadiyyatı ölkələri üçün xarakterikdir.
İnflyasiyanın ölçülməsi, miqdarca qiymətləndrilməsi vacibdir. İnflyasiyanın ölçülməsi və ortaya çıxarılan rəqəm iqtisadiyyatın ümumi mənzərəsini əks etdirir. İnfilyasiyanın mövcudluğunu və səviyyəsini ÜDM–un defliyatoru, istehlakçı və istehsalçı qiymətləri indexi və d. üsullarlarla ölçürlər.