Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti



Yüklə 105,46 Kb.
səhifə3/3
tarix28.11.2023
ölçüsü105,46 Kb.
#168556
1   2   3
püstə

İnflyasiyanın səbəbləri
İnflyasiyanın səbəbiləri çox məhəllidir. İnflyasiyanın əmələ gəlmə səbəbləri həm daxili, həm də xarici ola bilər. Xarici səbəblərə əsasən xarici ticarətdən mədaxilin azalması, xarici ticarət və ödəniş balansının mənfi saldosu aid edilir. Daxili səbəblərə ölkə, hökumət daxilində inflyasiyaya səbəb olan prosesləri aid etmək olar.
Doğurdan da inflyasiyanı yaradan səbəbləri müəyyən etmək ən vacib məsələdir. İnflyasiyanı yaradan səbələrə aiddir konkretləşdirək:
İqtisadiyyatın hərbiləşdirilməsi.
Azad rəqabətin inhisarla əvəz olunması.
Gəlirlərin yenidən bölgüsü.
Pul krediti və vergi sahəsində düzgün olmayan siyasətin aparılması da inflyasiyaya səbəb olur.
Büdcə kəsrinin mövcudluğu.
Pul tədavülü qanununa əməl olunmaması.
Sərmayə qoyuluşunun həcmi.
Əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması.
Xarici iqtisadi amillər.
Xərclərin inflyasiyası istehsalat xərclərinin artması nəticəsində qiymətlərin artması deməkdir. Xərclərin qalxmasının müxtəlif səbəbləri var. Ölkə daxili qiymətlərin (bütün növ qiymətlərin) dünya qiymətləri səvviyəsinə çatdırılması, əmək haqlarının qaldırılması, monopolist firmalar tərəfindən qiymətlərin aşağı salınması və s-dir.
Tələb inflyasiyası Keynsçi analizin məhsuludur. Belə ki, tam məşğulluq şəraitində olan iqtisadiyyatda məcmu tələbdəki artım bir çox əmtəə bazarında əmtəələrə olan tələbin artmasına səbəb olacaq və qiymətlər qalxacaq.Yəni, tələb infilyasiyası o zaman meydana gəlir ki, pul gəlirləri məhsul və xidmətlərdən artıq olsun.
Hər ölkənin özündə inflyasiya vaxtı milli xüsusiyyətləri mövcud olur. Bunu ökələrin milli infilyasiyası adlandırmaq olar. Məsələn ABŞ-da (xüsusilə keçən əsrin 60–70 ci illərində) infilyasiya pul, pul dövriyyəsi amili ilə şərtlənmişdir. ABŞ da ərzaq, elektrik enerjisi, mənzil, nəqliyyat, tibbi xidmətlər, enerji resursları, xammal materialları və s nin qiymətləri qalxdığına görə bu həm əhalinin sosial vəziyyətinə, həm də orta və xırda sahibkarlığın inkişafına mənfi təsir etmişdir. Amerika iqtisadçısı Q Minz göstərirdi ki, hələ 50–60-cı illərdə ABŞ-da qiymət artımının ¾ hissəsi iri inhisarların qiymətləri süni şəkildə qaldırması ilə əlaqədar olmuşdur.
Müasir inflyasiyanın fərqləndirici xüsusiyyətləri var:
1.Əgər əvvəllər lokal xarakter daşıyırdısa yektlər arasında əlaqələrin deformasiyaya uğraması
2.Pul gəlirlərinin azalması, qiymətdən düşməsi
3.Pul kredit sisteminin pozulması, kredit verməyə kreditorun marağının azalması
4.İnvestisiyaya mənfi təsir göstərməsi (kapitalın istehsaldan ticarətə meyl etməsi,uzun müddətli sərmayə qoyuluşunda risklərin çoxalması)
5.Dövlət mailiyyəsinə təsiri (Büdcə kəsrinin pul kütləsi artırılmaqla qapanması,xərclərin qiymətdən düşməsi)
6.Xarici iqtisadi əlaqələrə (tədiyyə balansına, milli valyutanın qiymətdən düşməsinə, xarici borcların ödənilməsinə
7.Az təminatlı əhaliyə mənfi təsiri
İqtisadi nəzəriyyədə ikinci yanaşma monetarizm tərəfdarlarıdır. Onlar ilk öncə ön plana pul-kredit siyasətini çəkirlər və iqtisadi hadisəyə dolayısı və elastikliklə təsir edirlər. Bu cür tənzimlənmə mərkəzi bank tərəfindən həyata keçirilir. Bu yanaşmanın tərəfdarlırı düşünürlər ki, dövlət alıcılıq qabiliyyətli tələbatı məhdudlaşdırmaq üçün defilyasiya tədbirləri həyata keçirməli, çünki iqtisadi artımın stimullaşdırılması süni yolla məşğulluğun həqiqi səviyyəsinin aşağı salınması inflyasiya üzərində nəzarətin itirilməsinə gətirib çıxardır.
Üçüncü yanaşma – bir çox ölkələrin rəhbərliyi 60-cı illərdən başlayaraq nəzarətdən çıxmış inflyasiyanın qarşısını almağa cəhd göstərərək belə adlanan qiymət və gəlirlər, əsas məqsəd əmək haqqının məhdudlaşdırılması siyasətidir. Belə ki, bu siyasət bazar strateqiyalı yox, inzibati mübarizə yolu olduğundan o həmişə qarşıya qoyulan məqsədə çatmır. İnflyasiya ilə mübarizə metodları birbaşa və dolayısı ola bilər.
Dolayısı metodlar:
1.ümumi pul kütləsinin mərkəzi bank tərəfindən tənzimlənməsi;
2.komersiya banklarının ssuda və hesabatlarının mərkəzi bank tərəfindən tənzimlənməsi;
3.Komersiya banklarının əsas ehtiyatları mərkəzi bankın açıq qiymətli kağızlar bazarında hərəkəti.
Birbaşa metodlar:
1.dövlət tərəfindən birbaşa kreditlərin və pul kütləsinin tənzimlənməsi;
2.dövlət qiymət tənzimlənməsi;
3.əmək haqqının dövlət tərəfindən tənzimlənməsi;
4.dövlət tərəfindən daxili ticarət, idxal və ixrac kapitalının və valyuta kursunun tənzimlənməsi.
İnflyasiyanın sürətini salmaq deməli təsərrüfatda pul və mal kütləsi arasında fərqi azaltmaq deməkdir. Bunun üçün iqtisadiyyatı tarazlaşdıran bütün metodlar uyğun gəlir. Əsas tədbirlərə aşağıdakılar daxildir:
1. Ölkədə ərzaq bolluğu yaratmaq.
2. Xalq təsərrüfatı sahələrinin pozulmuş investisiya sahələrinin bərpası
3. Müəssisələrarası alqı-satqı münasibətlərini nizama salmaq.
4. Krizis vaxtı mərkəzləşdirilmiş bank sistemi təşkil etmək lazımdır.
İstehlak bazarını stabilləşdirmək məqsədə uyğundur. Kiçik biznesin istehsal və xidmət sferalarında inkişafını stimullaşdıran sistem yaratmaq, istehsal sahələrinin və dəzgahların icarəsinə (ardınca almaq imkanı olmaqda) dövlət krediti və lizinq kreditinin verilməsi. Kiçik müəssisələrin ilk 3–5 il fəaliyyətinin sığortalanması öhdəliyi — müflisləşmə riski xeyli çoxdur.
Böhran baş verən zaman daxili bazarın və şəxsi eksport fəaliyyətinə ciddi nəzarət olunması üçün dövlət tərəfindən müdafiə üçün səmərəli siyasət yeridilməlidir. Bütün eksport əməliyyatları dövlət tərəfindən idarə olunan bir neçə iri firmalar və sindikatlar tərəfindən komission vergilər üzərində eksport əməliyyatları yerinə yetirlməlidir. İnflyasiyanın qarşısını hər-hansı bir təşkil edilmiş tədbir vasitəsi ilə alınması çox çətindir, deməsək ki, tamamilə mümkün deyil. Bunun üçün iqtisadiyyatda baş verən disproporsiyaların aradan qaldırılması üçün, struktur islahatlar keçirilməlidir.

İnflyasiya artımının qarşısını necə ala bilərik?


“İnflyasiya hal-hazırda bütün dünyada aktual problem olaraq qalır. İnflyasiyanın ilkin səbəbləri COVID-19 pandemiyasıdan sonra dünyada təchizat zəncirinin qırılması və bəzi ölkələrdəki ciddi iqtisadi böhran. İkinci səbəb isə Rusiya-Ukrayna müharibəsidir. Xüsusilə dünya ərzaq bazarının 20-25%-i bu ölkələrin payına düşür. Müharibə səbəbilə əsas taxıl olmaqla digər kənd təsərrüfatı məhsullarının da təchizatında ciddi problemlər var”, - iqtisadçı bildirib.
Onun sözlərinə görə, digər bir problem Avrozonada avronun ucuzlaşmasıdır: “Federal Ehtiyatlar Sisteminin (FES) də uçot dərəcəsini artırması digər ölkələrin valyutalarına təsir göstərir. Bütün bunların artımını nəzərə alsaq, inflyasiyanın artımı qaçınılmazdır. Burada əsas məsələ inflyasiyanı nəzarətdə saxlaya bilməkdir”.
Elçin Süleymanov dünyada müşahidə edlən inflyasiyanın Azərbaycan üçün hələ ki, ciddi bir problem olmadığını bildirib: “İnflyasiya nəzarət edilə biləcək bir səviyyədədir. Dövlət buna nəzarət edir. Yerli istehsal fonu ilə, eyni zamanda zəruri istehlak mallarının idxal rüsumunu azaltmaqla inflyasiyanın nəzarət altına alınması ilə nəzarət altına almaq mümkündür. Müəyyən faizli inflyasiya (5-10%) arzu edilən inflyasiyadır. Bu, iqtisadiyyatın inkişafına təkan verir. Amma daha çox 20%, 30%-li inflyasiyalar ölkələr üçün arzuolunan deyil.
Düşünürəm ki, hökumət tərəfindən qiymətlərə nəzarət tədbirləri artırılmalıdır, antiinhisar qurumlar tərəfindən süni qiymət artımlarının qarşısı alınmalıdır”.
İqtisadçı vurğulayıb ki, əgər maya dəyərinin artmasına səbəb olan süni qiymətlər varsa bunlar azaldılmalıdır: “Görülə biləcək digər bir tədbir idxaldan asılılığın azaldılmasıdır. Yerli istehsallı məhsullar daha ucuz olur və xaricdəki qiymət dəyişikliklərindən çox da təsirlənmir. Ona görə də xüsusilə ərzaq və bənzəri məhsullarda yerli istehsalın artırılması və qeyri-neft sektorunun inkişafı inflyasiyanın qarşısını almağa kömək edəcək.

NƏTİCƏ
İstehsal məsrəflərinin aşağı salınmasının zəruriliyi və əhəmiyyəti təkcə bununla bitmir və bu məsələ daha qlobal əhəmiyyətə malikdir. Belə ki, məsrəflərinaşağı salınması material, əmək və maliyyə ehtiyyatlarına qənaət etmək deməkdir. İndiki böhran şəraitində isə bunun çox böyük əhəmiyyəti vardır. Məsrəflərin azalması qiymətlərin və inflyasiya prosesinin sürətlə yüksəldilməsinin qarşısını almağın mühüm şərtlərindən biridir. İstehsal məsrəflərinin aşağı olması, daxili və beynəlxalq bazarda məhsulların satışı üzrə yaranan real rəqabət prosesində qalib çıxmağa öz müsbət nəticəsinə göstərə bilər.
İnflyasiyaya qarşı tədbirlər
Antiinflyasiya siyasətinə nəzər salsaq görərik ki, buna əsas üç yanaşma var.
Birinciyə aktiv büdcə siyasəti (müasir keynsçilər) – dövlət gəlirləri və vergidən istifadə edərək alıcılıq qabiliyyətli tələbə təsir etmək: dövlət öz xərcini azaldır və vergini artırır. Lakin eyni vaxtda investisiyanın və istehsalın aşağı düşməsi baş verə bilər və bu da qarşıya qoyulan məqsədin əksinə gətirib çıxara bilər. Büdcə siyasəti həmçinin tələb aşağı olduqda onun genişləndirilməsi üçün də həyata keçirilir. Tələbin kifayət qədər olmadığı halda dövlət kapital qoyuluşu proqramları və digər xərclər (hətta büdcə kəsri vaxtı), vergilərin azaldılması həyata keçirilir. Düşünülür ki, bu yolla istehlak mallarına və xidmətlərə tələbat artır. Lakin tələbin büdcə yolu ilə stimullaşdırılması 60–70-ci illərdə göstərdi ki, o, infilyasiyanı gücləndirə bilər. Özüdə ki, böyük büdcə kəsri dövlətin xərc və vergilərinin bacarıqla istifadəsini məhdudlaşdırır.
ƏDƏBİYYAT

Telman Əlihüseyn oğlu Hüseynov


Firmanın iqtisadiyyatı (dərslik). Bakı “Səda” 2009. Səh.590
https://margin.az/az/post/azerbaycanda-inflyasiya-artiminin-qarsisi-nece-alina-biler-34008



Yüklə 105,46 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin