Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Universiteti



Yüklə 12,32 Kb.
səhifə3/4
tarix25.12.2023
ölçüsü12,32 Kb.
#194616
1   2   3   4
Azadlıq hüququ

Azadlığın subyekti və obyekti

  • Azadlığın sözügedən (binar) ikili strukturunda birinci tərəf, yəni subyekt rolunu insan oynayır. Bu halda, azadlığın kimin tərəfindən icra olunduğu başa düşülür. Lakin azadlığın subyekti daxili məzmun etibarilə bəsit olmayıb, bir çox növblərə malikdir. Bu, o deməkdir ki, azadlığın subyekti kimi ayrıca bir fərd (şəxsiyyət), müəyyən kollektiv və ya sosial birlik forması, milli-etnik birlik, bütövlükdə xalq, cəmiyyət və hətta bəşəriyyət də çıxış edə bilir.
  • Azadlığın obyekti dedikdə, onun yönəldiyi tərəf, sahə başa düşülür. Azadlığın subyekti kimi, obyekti də mürəkkəb məzmuna malikdir, yəni o, bütövlükdə, cəmiyyət həyatı və ya onun konkret sahəsi və insanlar arasında münasibətlər kimi ifadə oluna bilir. Bununla yanaşı, insanın daxili aləmi, mənəviyyatı və vicdanı da müəyyən halda azadlığın obyektinə çevrilə bilər. Nəhayət, azadlığın obyekti dedikdə, insanın fəaliyyətinin bütün istiqamətləri - iqtisadi, sosial, siyasi, mədəni və sair) başa düşülür.

Azadlığın yönəlmə istiqaməti

  • Belə yanaşdıqda, azadlığın neqativ və pozitiv növlərini bir-birindən fərqləndirirlər. Bu bölgünün meyarı aksioloji səpgini ifadə edir, yəni azadlığı dəyərlilik baxımından qiymətləndirir. Neqativ azadlıq dedikdə, kimdən və nədən azad olmaq məsələsi birinci yerdə durur. Belə yanaşdıqda, insanın təbiətin kortəbii qüvvələrindən, sosial istismardan, milli zülmdən, köhnəlik qalıqlarından, mənəvi nöqsanlardan azad olması və sair əsas götürülür.
  • Azadlığın ikinci növü - pozitiv -azadlıq daha mühüm olub, insanın müxtəlif həyat fəaliyyəti sahələrində öz daxili iradəsini təsdiq etməsi və zənginləşdirməsi deməkdir. Deməli, azadlığa təkcə inkari və mənfi planda yanaşmaq doğru deyildir. Onda həm də insana öz mahiyyət qüvvələrini reallaşdırmağa imkan verən müsbət və pozitiv tərəf çox mühüm yer tutur. Bu münasibətdə vaxtilə K.Marksın irəli sürdüyü aşağıdakı fıkir ədalətli görünür: "İnsan azadlığı bu və ya digər inkari qüvvənin təsirindən yaxa qurtarmaq kimi deyil, öz həqiqi fərdiliyini təzahür etdirmək üçün istifadə etdiyi müsbət qüvvənin nəticəsi kimi özünü göstərir".

Yüklə 12,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin