Mövzu 9 :Etnolinqvistika Etnolinqvistika – linqvistik vә etnik amillәrin qarşılıqlı әlaqәsini öyrәnәn dilçilik cәrәyanıdır. Ayrıca bir elmi təlim kimi etnolinqvistikanın XX əsrin sonlarında yarandığı qəbul edilir. Bu tәlim hәr bir dili o dildә danışan xalqın tarixi inkişafının vә mәdәniyyәtinin tәzahürü hesab edir. Müasir Etnolinqvistikanınnın iki qolu vardır:
a) öz mәnbәyini V.Humboldtun ideyalarından götürәn alman Etnolinqvistikası (H.Kassirer, İ.Trir, L.Vaysgerber);
b) B.Uorf vә E.Sepirin tәdqiqatlarına әsaslanan vә Amerika hindi qәbilәlәrinin hәyat tәrzini, mәdәniyyәtini vә dillәrini öyrәnәn Amerika Etnolinqvistikası.
Etnolinqvistikaya görә dil xalqın mәnәvi vә mәdәni hәyatının mühüm tәrkib hissәsi olub, insanların dünyagörüşünә vә davranışına әhәmiyyәtli dәrәcәdә tәsir göstәrir. Etnolinqvistika dilin tәkcә struktur cәhәtdәn öyrәnilmәsini yetәrli hesab V.Humboldt vә Sepir–Uorf tәlimindәn tәsirlәnәn, bir növ dilin fәlsәfәsinә әsaslanan etnolinqvistikanın dolaşıq vә sәhv cәhәtlәri dә çoxdur. Mәsələn:bu fәlsәfә dili ünsiyyәt vasitәsi olaraq dәyәrlәndirmәkdәn daha çox, insanla xarici alәm arasındakı “orta bir dünya”, aralıq hadisә hesab edir. Hәmin fәlsәfi cәrәyanın nümayәndәlәrinin fikrincә, dil “ictimai varlığı qavramaq üçün bir rәhbәrlikdir” vә insanların dünyagörüşü, davranışı ondan (dildәn) asılıdır. B.Uorfun fikrincә, hәr dilin “öz metafizikası” vardır ki, o da insanların baxışlarını vә davranışlarını istiqamәtlәndirir, qabaqcadan müәyyәnlәşdirir.
Etnolinqvistika dil vә psixologiya, dil vә mәdәniyyәt, dil vә tarix problemlәrinin tәdqiqi ilә dә mәşğul olur. Müqayisəli etnolinqvistika müstəqil elm sahəsi kimi dil və külturü əlaqəli və tutuşdurma şəklində tarixi-müqayisəli aspektdən, ekstralinqvistik və intralinqvistik faktorları, habelə dil və cəmiyyətin inkişaf qanunlarını nəzərə alaraq tədqiq edir. Etnolinqvistik tədqiqat kompleks şəkildə tarixi-müqayisəli, tipoloji-tutuşdurma, təsviri, linqvistik-mədəni üsulları nəzərə alaraq poliparadiqmal analizi ehtiva edir.
Mövzu 10 : N.Nərimanovun “Nadanlıq” dramında antonimlər