İnternetdə:
www.az.wikipedia.orq
199
29 May - Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədovun anadan
olmasının 50 illiyi, (1967-1991)
Aytəkin Məmmədov Gədəbəy rayonunun Göyəlli kəndində anadan
olmuşdur. 1974-1984-cü illərdə orta məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi
xidmətə çağırılımışıdır. 1987-ci ildə ordudan tərxis edilmişdir. 1991-ci ildə DİN-
nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olmuşdur. 1991-ci il Xanlar
rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin erməni
yaraqlılarını məhv edərkən düşmən gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak
olmuşdur. Subay idi. Göyəlli kənd qəbristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı
fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adı verilmişdir.
Gədəbəy rayonunun Göyəlli kənd orta məktəbi onun adını daşıyır, qəhrəmanımızın
büstü qoyulmuşdur.
Onunla yanaşı
Gədəbəy rayonundan olan digər üç Milli
Qəhrəman - İsgəndər Aznaurov, İlham Əliyev və Məzahir Rüstəmovun həyat və
döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii
film (2013-cü ildə) çəkilmişdir.
Ünvansız ölənləri
Axı, necə unudum?
Bir naməlum əsgərin
Qəbri üstdə sükutum –
Hərbi andımdır mənim
Ələmdar Quluzadə
İnternetdə:
www.az.wikipedia.orq
200
İyun
Əlamətdar tarixi günlər və bayramlar
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, (1950)
1 İyun - Ümumdünya Süd Günü, (2001)
3-4 İyun - Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955)
4 İyun - Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü, (1982)
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, (1972)
8 İyun - Ümumdünya Okeanlar Günü, (1992)
14 İyun - Beynəlxalq Blogger Günü, (2004)
15 İyun - Milli Qurtuluş Günü, (1993)
15 İyun - Ümumdünya Külək Günü
17 İyun - Tibb İşçiləri Günü, (2001)
18 İyun - Beynəlxalq Atalar Günü, (1909)
23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü, (2006)
23 İyun - Beynəlxalq Olimpiya Günü, (1948)
26 İyun - Silahlı Qüvvələr Günü, (1918)
26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü
Yubilyar yazıçı və şairlər
Yazıçı Afaq Məsudun 60 illiyi, (03.06.1957)
Dramaturq Həsən Qasımovun 105 illiyi, (05.06.1912 - 08.05.1977)
Şair Taleh Həmidin 65 illiyi, (19.06.1952 - 01.11.2016)
Yazıçı Cabbar Məcnunbəyovun 105 illiyi, (20.06.1912 - 01.02.1967)
Şair Eldar Baxışın 70 illiyi, (22.06.1947 - 22.05.1996)
Yazıçı Hüseynbala Mirələmovun 70 illiyi, (25.06.1945)
Maarifçi Həsənbəy Zərdabinin 175 illiyi, (28.06.1837 - 28.11.1907)
Dramaturq, filosof Mirzə Fətəli Axundovun 205 illiyi, (30.06.1812 - 10.03.1878)
İncəsənət
Xalq artisti Fidan Qasımavanın 70 illiyi, (17.06.1947)
Xalq artisti Bülbülün 120 illiyi, (22.06.1897 - 26.09.1961)
Xalq artisti Sona Hacıyevanın 110 illiyi, (25.06.1907 - 24.012.1979)
Tarzən Mirzə Mənsurun 130 illiyi, (1887 - 1967)
Milli qəhrəmanlar zirvəsi
Məmmədov Mövsüm Şahin oğlu, (06.06.1967)
Şahverdiyev İsrafil Şahverdi oğlu, (11.06.1952 - 13.01.1994)
Behbudov Səfiyar Abuzər oğlu, (18.06.1967 - 21.03.1992)
Əsədov Malik Hamil oğlu, (27.06.1962 - 18.01.1992)
Fərəcov Ənvər Səyyad oğlu, ( 28.06.1952 - 11.09.1991)
201
Əlamətdar tarixi günlər və bayramlar
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, (1950)
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin,
millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!”
Ümummilli lider Heydər Əliyev
1 İyun - Uşaqların Beynəlxalq
Müdafiəsi
Gününün
(International
Children's Day) qeyd olunması 1950-ci ildə
BMT Baş Assambleyası tərəfindən qərara
alınıb. Həmin gün təşkil olunan Qadınların
Beynəlxalq
Konfransında
uşaq
hüquqlarının təmin edilməsi ilə bağlı
təkliflər səslənib və elə həmin tədbirdə də 1
iyun
tarixini
uşaqların
beynəlxalq
müdafiəsinə həsr etmək qərarı verilib. Bu
gün dünyanın əksər ölkələrində olduğu
kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu bayramla yanaşı, BMT-nin Baş
Assambleyası
tərəfindən
20
noyabr
tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Ümumdünya Uşaqlar Günü
1954-cü ildə BMT -nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində
1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə edilən
bayram kimi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan
Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə
vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı
demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil
tarixli sərəncam imzalamışdır. Sərəncama görə, 2009-cu il "Uşaq ili" elan
olunmuşdur. 1924-cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən
Bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "bəşəriyyət
məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Həmin bəyənnamənin
qəbul edilməsi ilə bağlı ilk işlər Eglantyne Djebb tərəfindən görülmüşdür. O, bacısı
Doroti Bakstonun köməyi ilə 1919-cu ildə uşaqlara yardım göstərmiş, onların
müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını
qoymuşdur.
İnternetdə:
www.books.google.com
202
1 İyun - Ümumdünya Süd Günü, (2001)
Ümumdünya Süd Gününün məqsədi
uşaqların
müdafiəsində,
sağlamlığında
südün
rolunun
aşılanmasıdır.
Süd
məhsullarının
faydası
çoxdan
təsdiq
olunmuş bir faktdır. Süd məhsulları mədə
şirəsinin ifraz olunmasını stimullaşdırır,
bağırsaqların fəaliyyətini və maddələr
mübadiləsini
yaxşılaşdırır,
orqanizm
tərəfindən çox tez və asan mənimsənilir.
Bundan əlavə, insan orqanizminə düşdükdə
südturşulu bakteriyalar C, B1, B2, B12, D vitaminlərini və hətta təbii
antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən,
mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və
ya onları məhv edir. Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu
miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və
sümükləri tərkibinə daxildir. Bundan əlavə, kalsium insanın ürək əzələsinin,
gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır. Digər süd məhsulları ilə
müqayisədə, kalsium daha çox miqdarda bərk pendirlərin tərkibində olur. Lakin
süd məhsullarının, bəlkə də, ən əsas dəyəri ondan ibarətdir ki, onlar bağırsaq
mikroflorasını yaxşılaşdırırlar. Pis ekologiya, stresslər, antibiotik və s.
dərmanlarının tez-tez qəbul edilməsi, düzgün olmayan qidalanma bağırsaqların
mikroflorasına güclü zərbə vurur. Nəticədə, orada ―yaşayan‖ xeyirli
mikroorqanizmlərin sayı kəskin surətdə azalır və əksinə zərərli mikroorqanizmlərin
sayı artır. Bu balans pozulduqda disbakterioz inkişaf edir, nəticədə isə insanın
immun sistemi zəifləyir. İmmun sistemin zəiflənməsi isə orqanizmdə müxtəlif
xəstəliklərin və pozğunluqların əmələ gəlməsinə səbəb olur.
Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini
yaxşılaşdırır. Onlar qəbizlik, kolit, qastrit, qaraciyər və öd yollarının xəstəlikləri,
piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı çox
xeyirlidir.
İnternetdə:
www.books.google.com
203
3-4 İyun - Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955)
Beynəlxalq Su hövzələrinin Təmizlənməsi Gününün (International Cleanup
Day) ideya müəllifləri və təşkilatçıları dalğıclardır. Bu bayramın əsas hadisəsi
kütləvi iməclikdir. Bu əlamətdar gün 1955-ci ildən dünyanın bir çox ölkələrində
PADI – Dayvinq təlimatçılarının peşəkar assosiasiyasının himayəsi altında keçir.
Həmin gün regional yeraltı üzgüçülük klubları yerli su hövzələrinə gedir, onların
diblərini və sahillərini təmizləyirlər. Bəzi şəhərlərdə bu tədbirlər yerli hökumət
orqanlarının dəstəyi ilə aparılır. Bu günə marağı artırmaq üçün çox zaman tədbirlər
komandalar arasında yarış halında keçirilir.
İnternetdə:
www.books.google.com
204
4 İyun - Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü, (1982)
1982-ci il avqustun 19-da BMT-nin Baş Assambleyası özünün Fələstin
məsələsi üzrə xüsusi sessiyasında ES-7/8 nömrəli qətnaməsi ilə hər il iyunun
4-nü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü (International Day of
Innocent Children Victims of Aggression) kimi qeyd etməyi qərara almışdır.
Hərbi münaqişələr zonasında yaşayan uşaqlar - gələcəyi olmayan uşaqlardır.
Bütün dünyada lokal münaqişələr zamanı nə qədər uşağın həlak olması haqqında
dəqiq statistika aparan yoxdur. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da
həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis etmişdir. Bu günün əsas
məqsədi dünyanın fiziki zorakılığa, mənəvi-psixoloji və ruhi təsirə məruz qalan
bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək cəhdidir. Bu gün həm də
BMT-nin həmin uşaqların qorunması haqqında məsələdə öhdəliklərini təsdiq edir.
İnternetdə:
www.books.google.com
205
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, (1972)
Başımın üstündə çətirli meşə,
Yuyunmuş, daramış, ətirli meşə,
O yazda yaşıldı, payızda əlvan.
Bir ağac kəhrəba, bir ağac mərcan.
Bir yarpaq günəşin şöləsində zər,
Bir yarpaq buludun gözünü silər.
Dinim, ya dinməyim, dinməyim əlbət,
Qoy danışsın təbiət!
Xalq şairi Qabil
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün qeyd olunması 16
dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci
sessiyasında elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT
sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) qəbul edilib. Hər il
bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü keçirilir. Belə
bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və
mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət
səbəb olub. Onlar ―ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar‖
adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq
etmişlər. Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə
daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması
və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır. Hər il Birləşmiş
Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Ümumdünya Ətraf Mühitin
Mühafizəsi Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən
baş şəhərlər elan edir. 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri
ilə bərabər Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib. Bakının bu statusa
layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində
görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi
qiymətləndirilir və beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana
böyük əhəmiyyət verməsindən irəli gəlir.
İnternetdə:
www.books.google.com
206
8 İyun - Ümumdünya Okeanlar Günü, (1992)
Ümumdünya Okeanlar Günü 8 iyun 1992-ci ildə Rio-de Janeyroda BMT-nin
"Ətraf mühit və inkişaf" Konfransında elan edilib. Rəsmi olaraq 2009-cu ildən
qeyd olunur. Zoopark, akvariumlar və delfinariyalar əsasən bu gündə okean
heyvanlarının qorunması, mühafizəsi ilə bağlı tədbirlər keçirməklə ictimaiyyətin
diqqətini cəlb edirlər. BMT bu bayramı elan etməklə, okeanların planet üçün həyatı
vacibliyini xüsusi qeyd edib. Yer kürəsinin 70%-i okeanlar təşkil edir. Bu bayram
bir çox Avropa ölkələrində (Belçika, Böyük Britaniya, Almaniya, Hollandiya,
İrlandiya, İspaniya, İtaliya, Norveç, Portuqaliya, Fransa), Cənub-Şərqi Asiya
dövlətlərində (Vyetnam, İndoneziya, Sinqapur, Filippin), Cənubi Asiyada
(Hindistan, Şri-Lanka), Uzaq Şərqdə (Çin, Yaponiya), Latın Amerikası ölkələrində
(Argentina, Ekvador, Kuba), Avsraliya və Afrikada (Əlcəzair, Qabon, Marokko,
Mavritaniya, Keniya, Kamerun), həmçinin Şimali Amerika ölkələrində (Kanada,
ABŞ, Meksika) qeyd edilir.
İnternetdə:
www.books.google.com
14 İyun – Beynəlxalq Blogger Günü, (2004)
Bu bayramın keçirilməsi ideyası
2004-cü ildə yaranmışdır. 40-dan çox
ölkədən 500 insan eyni vaxtda
birləşərək qərara gəlmişlər ki, onlara -
bütün dünyanın şəbəkə bloggerləri
arasında
dostluq
münasibətlərinin
simvolu kimi özlərinə aid gün lazımdır.
2007-ci il iyunun 14-də Beynəlxalq
Blogger Gününün üçüncü ildönümündə
ümumdünya şəbəkəsinin öz bloqu olan
hər bir üzvü bütün bloggerlər arasında
həmrəylik haqqında qısa bildiriş
yazmışlar.
İnternetdə:
www.books.google.com
207
15 İyun - Milli Qurtuluş Günü, (1993)
“Azərbaycan xalqı birləşməli, öz müqəddəs
torpaqlarını göz bəbəyi kimi qorumalıdır.
Azərbaycan Respublikası iqtisadi və siyasi
müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət
uğrunda mübarizə aparmalıdır...”
Ümummilli lider Heydər Əliyev
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü
onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını
sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən
insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin
tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində,
gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir
insandır - Heydər Əliyev. Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət
yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı.
İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar
Respublikasında hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq
Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Azərbaycanın görkəmli oğlu, böyük
vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə xalqın və respublikanın hakim
dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili
və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Bütün Azərbaycan xalqı bu
gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev
Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli
Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda
bu günü bayram elan etdi.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri
kəskin
geosiyasi
ziddiyyətlərin
mövcud
olduğu
bir
şəraitdə
Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox
olmaq təhlükəsindən qurtarmaqda idi. Ümummilli lider Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş,
onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan
xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər
qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi
dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, ―Azərbaycanın
dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir‖.
İnternetdə:
www.books.google.com
208
15 İyun - Ümumdünya Külək Günü
Bu qeyri-adi bayramın keçirilməsi Avropa
Külək Enerjisi Assosiasiyası və Ümumdünya
Külək Enerjisi Şurası tərəfindən təklif
olunmuşdur. Həmin günü keçirməkdə məqsəd
dünya
ictimaiyyətini
maarifləndirmək,
diqqətini bu məsələyə yönəltməkdir.
Külək
enerjisi küləyi meydana gətirən hava
axınının sahib olduğu hərəkət (kinetik)
enerjisidir. Alternativ enerji (bərpa olunan)
mənbələrindən biri hesab olunur. Bu
enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə
bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika,
geotermal və biokütlə enerjilərdən özünün maya dəyərinə, ekoloji təmizliyinə və
tükənməzliyinə görə ən sərfəlisidir. İnsanlar küləyin gücündən çox qədim dövrdən
bəri faydalanırlar . Buna misal olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə
bilər. Daha sonra taxıl dənüyütmə, nasosla suvurma, ağackəsmə işləri üçün də külək
gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik enerjisi almaq məqsədilə
istifadə edilməkdədir.
Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir.
Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən
daha az vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik
olduğu daimi təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması
energetikanın daha tez inkişaf edən sahələrindən biridir. Azərbaycan ərazisində
əsasən Abşeron yarımadası, Xəzər dənizi və digər ərazilər külək enerjisindən
istifadə etmək üçün daha məqsədəuyğun sayılır. Azərbaycanın külək rejimi
mürəkkəb xarakterə malikdir. Bu da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan
ibarət olması ilə əlaqədardır.
Dostları ilə paylaş: |