Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 


170 

 

23 May - Ümumdünya Tısbağa Günü, (2000) 



 

 

 



   

Tısbağa  müdriklik,  sərvət və uzunömürlülük rəmzi daşıyan heyvandır.  

23  may  bir  çox  ölkələrdə  Ümumdünya  Tısbağa  Günü  (World  Turtle  Day)  qeyd 

olunur.  Bu  qeyri-adi  bayram  2000-ci  ildə  Amerika  Tısbağaların  Qorunması 

Cəmiyyətinin (American Tortoise Rescue) təşəbbüsü ilə keçirilir. Bu təşkilat 1990-

cı  ildə  Malibuda  (ABŞ,  Kaliforniya  ştatı),  şəhərin  ətrafında  yaşayan  tısbağaların 

populyasiyasının qorunması üçün yaradılmışdır.  

Bayramın məqsədi tısbağaların insanlarla qonşuluqda yaşamaları səbəbindən 

kütləvi şəkildə tələf olmalarına ictimaiyyətin diqqətini cəlb etməkdir. Hər il bu gün 

tısbağaların  məskunlaşdığı  bütün  ərazilərdə  könüllülər  miqrasiya  və  ya  digər 

təhlükəli yerlərdə hərəkətin intensiv olduğu şosselərdə bu heyvanlar üçün keçidlər 

yaradaraq  onları  xilas  edirlər.  Aksiya  iştirakçıları  həmçinin  dəniz  tısbağalarının 

yumurta  qoyduğu  dəniz  sahillərinə  qanunla  qorunan  ərazilər  statusunun 

verilməsinə nail olurlar.  

  

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



171 

 

28 May - Respublika Günü, (1990) 



 

“Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”.

   

                                                                                                                Ulu öndər Heydər Əliyev

 

       

Bu 


gün 

müstəqil 

Azərbaycanın 

beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan 

artmaqdadır.  Azərbaycan  Respublikası  bütün 

dünyada  demokratik,  hüquqi,  dünyəvi  dövlət 

nüfuzu  qazanıb.  Heydər  Əliyev  zəkasının 

məhsulu  olan  təməl  qanunumuz  dünyanın  ən 

demokratik,  ən  mükəmməl  konstitusiyalarından 

biridir və beynəlxalq aləmdə Vətənimizə böyük 

rəğbət  qazandırır.  Azərbaycanda  hökm  sürən 

sabitlik,  həyata  keçirilən  daxili  islahatlar  xarici  ölkələrlə  əlaqələrimizin 

genişlənməsinə  müsbət  təsir  göstərir.  Özünün  xarici  siyasətini  bərabərlik  və 

qarşılıqlı  mənafe  prinsipləri  əsasında  quran  Azərbaycan  Respublikası  dünya 

dövlətləri  üçün  açıq  ölkəyə  çevrilib.

 

28  May  –  Respublika  Günü  1918-ci  ildə 

müsəlman  Şərqində  ilk  dünyəvi  demokratik  dövlət  olan  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  yarandığı  gündür.  1990-cı  ildən  Respublika  Günü  dövlət 

bayramı  kimi  qeyd  edilir.

 

1917-ci  ildə  Rusiyada  baş  vermiş  Fevral  inqilabı 

nəticəsində  Çar  imperiyası  dağıldı.  Ölkədə  çarizmin  məzlum  vəziyyətə  saldığı 

xalqların  milli  hərəkatı  başlandı.  1918-ci  il  mayın  28-də  Azərbaycan  Xalq 

Cümhuriyyəti  (1918-1920)  yaradıldı.  Bu  respublika  azərbaycanlıları  tarixi 

yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Müstəqil 

Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə 

etmişdir.  Azərbaycan  Xalq  Cümhuriyyətini  rəsmi  surətdə  tanıyan  ilk  dövlət 

Osmanlı  olmuşdur.  (4  iyun  1918-ci  ildə)  1918-ci  ilin  9  noyabrında 

M.Ə.Rəsulzadənin  təklifi  əsasında  Azərbaycan  Xalq  Cümhuriyyətinin  üçrəngli 

bayrağı  qəbul  edilmişdir.  O  zamana  qədər  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

bayrağı qırmızı rəngdə idi. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb 

ictimai-siyasi  şəraitdə  cəmi  23  ay  fəaliyyət  göstərə  bildi.  Təəssüf  ki,  müstəqil 

Azərbaycan  Cümhuriyyəti  iki  yaşına  çatmadan  bolşeviklərin  hücumuna  məruz 

qalıb  devrildi.  Sovetlər  Birliyi  Azərbaycanı  məcburi  surətdə  öz  tərkibinə  daxil 

etdi.  Amma  xalqimizin  azadlıq  arzusu  heç  vaxt  sönmədi  və  1991-ci  ildə 

Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 


172 

 

31 May - Ümumdünya Tütünlə  Mübarizə Günü, (1988) 

 

  

Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  Assambleyası 



1988-ci  ildə  31  may  tarixini  Ümumdünya  Tütünlə  Mübarizə 

Günü  elan  edib.  O  vaxtdan  etibarən  hər  il  dünyanın  müxtəlif 

ölkələrində  insanları  tütün  məhsullarından  istifadədən 

çəkindirmək  məqsədi  ilə  bu  tarixi  gün  qeyd  olunur. 

Azərbaycan  2005-ci  ildə  Tütünlə  mübarizə  haqqında  ÜST-ün  Çərçivə 

Konvensiyasını  ratifikasiya  edib.  Bəşəriyyət  XXI  əsrin  əvvəllərindən  başlayaraq 

daha  bir  problemlə  -  ağciyərin  xroniki  xəstəliklərinin  kəskin  artması  ilə  üz-üzə 

qalmışdır.  Ekologiyanın  pisləşdiyi,  qlobal  tütün  epidemiyasının  genişləndiyi  bir 

şəraitdə bu növ xəstəliklər təkcə sürətlə yayılmır, həm də bu səbəbdən ölüm halları 

kütləvi şəkildə artır.  

21  may  2003-cü  ildə  Ümumdünya  Səhiyyə  Təşkilatı  Assambleyası  bütün 

dünya  dövlətlərinin  tam  hüquqlu  nümayəndələrinin  işləyib  hazırladıqları  Tütünə 

qarşı  Mübarizə  üzrə  Çərçivə  Konvensiyasının  bitmiş  mətnini  təsdiq  etdi. 

Konvensiya  2003-cü  il  iyunun  30-dan  2004-cü  il  iyunun  29-na  qədər  BMT-nin 

Nyu-Yorkdakı  mənzil  qərargahında  bütün  dünya  dövlətlərinin  imzalaması  üçün 

açıq idi. Bu müddətdə sənədi dünyanın 167 dövləti imzaladı. Bu gün onların sayı 

192-yə  çatır  və  bu  sırada  Azərbaycan  Respublikası  da  var.  Çərçivə 

Konvensiyasının iştirakçı dövlətləri, həmçinin, Azərbaycan öz üzərinə bir tərəfdən 

tütün  məhsullarına  tələbatın  və  istifadəsinin azalması  ilə,  digər  tərəfdən isə  tütün 

məmulatlarının  idxalına  nəzarətlə  bağlı  siyasət  və  qanun  işləyib  hazırlamaq  və 

qəbul etmək öhdəliyi götürmüşlər. 

   



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

173 

 

     



Bu tarixi unutmayaq 

   8 May - Şuşa şəhərinin işğalı günü, (1992) 

1992-ci  il  may  ayının  8-nə 

keçən gecə erməni hərbi birləşmələri 

keçmiş  sovet  ordusunun  366-cı 

alayının hərbi qulluqçularının  və  40  

zirehli  texnikasının köməyi ilə Şuşa 

şəhərinə  hücuma  keçmişlər.  Uzun 

sürən  artilleriya  atəşindən  və  qeyri-

bərabər  qanlı  döyüşlərdən  sonra 

şəhər işğal olunmuşdur.    

 

 

Şuşanın  işğalı  nəticəsində  şəhərdə  195  nəfər  Azərbaycan  vətəndaşı  xüsusi 



amansızlıqla  qətlə  yetirilmiş,    165  nəfər    yaralanmış,   onlardan   150  nəfəri   əlil  

olmuş,  552    körpə    valideynlərini    itirmiş,    20  mindən  artıq  əhali  isə  doğma 

yuvasını 

tərk 


edərək 

məcburi 


köçkün 

vəziyyətinə 

düşmüşdür.  

Əsir və girov götürülmüş 58  azərbaycanlının taleyi  barədə  bu  günədək  məlumat 

yoxdur.  Şuşa  şəhərində  azərbaycanlıların  tarixi  izlərini  silmək  məqsədilə  düşmən 

600  yaxın  tarixi  memarlıq  abidəsini,  o  cümlədən  Pənahəli  xanın  sarayını,  Cümə 

məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah 

Vaqifin  məqbərəsini  yerlə-yeksan  etmiş,  7  məktəbəqədər  uşaq  müəssisəsini,  22 

ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas 

musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 

muzeyi,  o  cümlədən  Şuşa  tarix  muzeyi,  Dövlət  Xalça  Muzeyinin  filialı  və  Xalq 

Tətbiqi  Sənəti  Muzeyi,  Qarabağ  Dövlət  Tarix  Muzeyi,  turist  bazasını,  Qafqazda 

yeganə  Şərq  musiqi  alətləri  fabrikini  dağıtmış,  buradakı  nadir  sənət  incilərini 

talamış və məhv etmişdir. Ermənilər   insanlığa sığışmayan   vəhşiliyə də əl atmış: 

Üzeyir  Hacıbəyov,  Bülbül,  Natəvan  kimi  tarixi  şəxsiyyətlərin  heykəllərini 

güllələmişlər. Şəhərin  tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və 

Xalq  Tətbiqi  Sənəti  Dövlət  Muzeyinin  Şuşa  filialı,  Dövlət  Qarabağ  Tarixi 

muzeyinin 1000-dək  əşyası, professional Azərbaycan  musiqisinin  banisi, bəstəkar 

Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük 

müğənni  Bülbülün  (400-dək  əşya),  görkəmli  musiqiçi  və  rəssam  Mir  Mövsüm 

Nəvvabın  (100-dən  çox  əşya)  xatirə  muzeylərinin  fondları  qarət  edilmişdir.  İşğal 

olunmuş  ərazilərdə  erməni  işğalçılarının  özbaşınalığı,  tarix  və  mədəniyyət 

abidələrimizin dağıdılması və qəsdən korlanması  ―Silahlı münaqişə baş verdikdə 

mədəni 


dəyərlərin 

qorunması 

haqqında‖ 

1954-cü 


il 

Haaqa 


Konvensiyasına,   ―Ümumdünya  mədəni  və  təbii  irsin  mühafizəsi  haqqında‖ 

YUNESKO-nun 1972-ci il Konvensiyasına  ziddir. 



İnternetdə:www.google.az 

 

 



 

174 

 

17-18 May - Laçın rayonunun işğalı günü, (1992) 



 

 

  



Azərbaycanın  qala  qapısı  sayılan 

Laçının  Ermənistan  silahlı  qüvvələri 

tərəfindən işğal edilməsindən  25 il keçir. 

İşğal  nəticəsində  1835  kv.kilometrlik 

ərazi  zəbt  edilmiş,  yüzlərlə  maddi 

mədəniyyət 

nümunəsi 

erməni 


vandalizminə  tuş  gəlmiş,  65  min  laçınlı 

doğma  yurd  yerlərindən   didərgin 

düşmüşdür. 

1992-ci  ilin  mayında  Ermənistan  silahlı  qüvvələri  Qarabağın  dağlıq 

hissəsində  Azərbaycanın  qədim  mədəniyyət  və  musiqi  mərkəzi  Şuşanı  ələ 

keçirtməklə  bütün  yuxarı  Qarabağı  işğal  etmişdir.  Bundan  sonra  erməni  hərbi 

birləşmələri qəsb etdikləri torpaqlarda möhkəmlənmək və Qarabağın dağlıq hissəsi 

ilə Ermənistanı birləşdirmək üçün Laçın rayonuna aramsız hücumlara başlamışdır. 

Şuşa kimi Laçın da mühüm hərbi-strateji əhəmiyyət kəsb edirdi. Məhz bunu nəzərə 

alan  düşmən  mayın  13-ü  və  14-də  zirehli  texnikalar,  Mi  -24  vertolyotlarının 

müşayiəti  ilə  Qayğı  qəsəbəsi  və  Laçın  şəhərini  bombardman  etmişdir.  1992-ci  il 

mayın  16-dan  17-nə  keçən  gecə  Şuşa  şəhərinin  Turşsu  deyilən  ərazisindən  və 

Ermənistanın  Gorus  rayonu  istiqamətindən  hücuma  keçən  erməni  silahlı 

birləşmələri mayın 18-də rayonu işğal etmişdir.  

Laçının düşmən  əlinə  keçməsi  müharibənin  Dağlıq  Qarabağ  hüdudlarından 

çıxdığını,  Ermənistanın  işğalçılıq  niyyətlərinin  daha  böyük  olduğunu  göstərdi. 

Sonralar Laçın dəhlizi ilə Qarabağa gətirilən silah, döyüş sursatı və hərbi qüvvələr 

erməni  təcavüzünün  miqyasını  daha  da  genişləndirdi,  ətraf  rayonların  taleyini 

təhlükə altında qoydu. Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində 

1835 kvkilometr ərazi işğal olundu. 262 nəfər həlak oldu, 67 nəfər itkin düşdü, 48 

sənaye,  63  kənd  təsərrüfatı  müəssisəsi,  217  mədəniyyət  ,103  təhsil,142  səhiyyə 

ocağı  dağıdıldı,  talan  edildi.  65  min  laçınlı   doğma  yurdlarından  didərgin  düşdü. 

Bu  gün  respublikamızın  58  şəhər  və  rayonunda  məskunlaşan  laçınlılar  dövlət 

qayğısı  ilə  əhatə  olunublar.  Ağcabədi  rayonunun  ―Taxtakörpü‖  ərazisində  552 

məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə istifadəyə verilib.  

İnternetdə:www.google.az 

 

 

 

 

 

 

 

 

 

 


175 

 

Azərbaycanın görkəmli şəxsiyyətləri 



10 May - Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündür,  

                (1923-2003) 

“Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır.” 

                                                    

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 

 

 



Heydər    Əliyev  -  Azərbaycanın    görkəmli 

siyasi  və  dövlət    xadimi,   Azərbaycan   

Respublikasının  üçüncü    Prezidenti    (1993-

2003), “Ulu  öndər”  və “Azərbaycan  xalqının 

Ümummilli 

lideri" 

 titullarının 

rəsmi 

daşıyıcısıdır. 

Heydər 

Əliyev 

bir 

sıra 

beynəlxalq 

mükafatlara, 

müxtəlif 

ölkə 

universitetlərinin fəxri doktoru adına və digər 

yüksək 

nüfuzlu 

fəxri 

adlara 

layiq 

görülmüşdür.  O,  dörd  dəfə  “Lenin”  ordeni, 

“Qırmızı  Ulduz”  ordeni  və  çoxlu  medallarla 

təltif  edilmiş,  iki  dəfə  "Sosialist  Əməyi 

Qəhrəmanı"  adını  almış,  bir  çox  xarici 

dövlətlərin  orden  və  medalları  ilə  təltif 

olunmuşdur. 

 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan 

şəhərində  anadan  olmuşdur.  O,  1939-cu  ildə  Naxçıvan  Pedaqoji  Texnikumunu 

bitirdikdən  sonra  Azərbaycan  Sənaye  İnstitutunun  memarlıq  fakültəsində  təhsil 

almışdır.  1941-ci  ildən  Heydər  Əliyev  Naxçıvan  MSSR  Xalq  Daxili  İşlər 

Komissarlığında  və  Naxçıvan  MSSR  Xalq  Komissarları  Sovetində  şöbə  müdiri 

vəzifəsində  işləmiş  və  1944-cü  ildə  dövlət  təhlükəsizliyi  orqanlarında  işə 

göndərilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 

iyul  plenumunda  Heydər  Əliyev  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi 

Komitəsinin  birinci  katibi  seçilərək  respublikanın  rəhbəri  olmuşdur.  1982-ci  ilin 

dekabrında  Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  Siyasi 

Bürosunun  üzvü  seçilən  Heydər  Əliyev  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci 

müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər 

Əliyev  iyirmi  il  ərzində  SSRİ  Ali  Sovetinin  deputatı,  beş  il  isə  SSRİ  Ali  Soveti 

sədrinin  müavini  olmuşdur.  O,  1990-cı  ilin  20  yanvarında  sovet  qoşunlarının 

Bakıda  törətdiyi  qanlı  faciə  ilə  əlaqədar  Azərbaycanın  Moskvadakı 

nümayəndəliyində  bəyanatla  çıxış  edərək,  Azərbaycan  xalqına  qarşı  törədilmiş 

cinayətin  təşkilatçıları  və  icraçılarının  cəzalandırılmasını  tələb  etmişdir.  1990-cı 

ilin  iyulunda  Azərbaycana  qayıdan  Heydər  Əliyev  ilk  əvvəl  Bakıda,  sonra  isə 

Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 

O,  1991-1993-cü  illərdə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri, 

Azərbaycan  Respublikası  Ali  Soveti  sədrinin  müavini  olmuşdur.  Heydər  Əliyev 

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə 

Milli  Məclisin  qərarı  ilə  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərini 



176 

 

həyata  keçirməyə  başlamışdır.  1993-cü  il  oktyabrın  3-də  ümumxalq  səsverməsi 



nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 

1998-ci  il  oktyabrın  11-də  xalqın  yüksək  fəallığı  şəraitində  keçirilən  seçkilərdə 

səslərin  76,1  faizini  toplayaraq,  yenidən  Azərbaycan  Respublikasının  Prezidenti 

seçilmişdir.  2003-cü  il  oktyabrın  15-də  keçirilən  prezident  seçkilərində 

namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış 

problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. Heydər Əliyev 

bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru 

adına  və  digər  yüksək  nüfuzlu  fəxri  adlara  layiq  görülmüşdür.  Heydər  Əliyev 

rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, 

böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün 

düşündüyü  doğma  yurdu  Azərbaycanı  bir  dövlət  kimi  zamanın  ağır  və  sərt 

sınaqlarından  çıxarmışdır.  Azərbaycan  xalqı  milli  dövlətçiliyinin  dağılmaq 

təhlükəsi  qarşısında  qaldığını  gördüyü  və  artıq  ən  ağır  günlərini  yaşadığı  bir 

zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb 

etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalq Heydər 

Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə Milli Qurtuluş 

Günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.  

Ümummilli  lider  Heydər  Əliyev  12  dekabr  2003-cü  ildə,  80  yaşında  vəfat 

etmişdir.  

 

 



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

177 

 

Yubilyar yazıçı və şairlər 



 

1May - Şair Rasim Kərimlinin anadan olmasının 85 illiyi, 

(1932-1996) 

 

 

Şair "Dostluq ilk sözümdür" ("Gənclik",1969), "Şəfqət 



bulağım"  ("Gənclik",1975),  "Dünya  mərdlər  dünyasıdır" 

("Gənclik",1979), 

"Biləydin 

kaş" 


(―Gənclik",1983), 

"İntizarda  qoyma  məni"  ("Yazıçı",1991)  adlı  kitabların 

müəllifidir.  Rasim  Kərimli  xalq  ruhunda  yazan,  xalqın 

qəlbinə asanlıqla yol tapan, sevilən şairlərdən idi.  

Hələ  orta  məktəbdə  oxuyarkən  şeir  yazan  Rasim  bu 

vaxt  artıq  respublika  mətbuatında  çap  olunurdu.  Tovuz 

rayonunun  Düzqırıxlı  kəndində  doğulan  Rasim  Kərimli  Azərbaycan  Dövlət 

Universitetinin  filologiya  fakültəsində  təhsil  almış  (1951-1956),  bir  il  Ağsu 

rayonunda müəllimlik etdikdən sonra, Azərbaycan Elmlər Akademiyasının Nizami 

adına  Dil  və  Ədəbiyyat  İnstitutunda  elmi  işçi  olmuşdur  (1957-1969).  Sonra  o, 

M. F. Axundov adına Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasına 

müəllim  işləmişdir. R.  Kərimlinin    yaradıcılığında,  xüsusən  də  onun  gəraylı  və 

qoşmalarında  Vaqif, S.Vurğun,  Osman  Sarıvəlli,  Hüseyn  Arif ruhu  açıq  görünür. 

Şairin  əsərlərinin  xalq  ruhuna  son  dərəcə  yaxın  olması  onların  asanlıqla 

əzbərlənməsinə  və  yayılmasına  şərait  yaradır.  Bu,  təsadüfü  deyil.  Uşaqlıqdan 

qonşuları  Aşıq  Nağının  yanında  aşıq  havalarını  və  el  şairlərinin  şeirlərini  əzbər 

öyrənməsi onun gələcək yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bir 

neçə musiqi alətlərində gözəl çalan Rasim Kərimli milli musiqimizin bilicilərindən 

idi.  Şairin  "Səndən  savayı",  "Biləydin  kaş",  "Bir  qız  bir  oğlanındır",  "Qurban 

olum",  "Sənsiz",  "Min  yaşasın",  "Axtarar  səni",  çox  maraqlı,  dərin  mənalı 

"Deyişmə" və başqa şeirlərinə bəstəlnmiş mahnılar uzun dillər əzbəri olmuşdur. 

Şairin  istər  lirik,  istər  satirik,  istərsə  də  ictimai-siyasi,  fəlsəfi,  şeirlərində 

fikirləri aydın və qəlbəyatandır. 

 Şair Rasim Kərimli 1996-cı il iyunun 24-də vəfat etmişdir. 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 


178 

 

3 May -  



Yazıçı, maarifçi Əsgər ağa Goraninin (Adıgözəlov) anadan olmasının 

               160 illiyi (1857-1910) 

 

 



 

 

 



 

 

 

 

 

 

Əsgər    ağa    Haqvеrdi  bəy  oğlu   Adigözəlov  Goran-Boyəhmədli  kəndində 

anadan  olub.  Tarixçi Mirzə  Adıgözəl  bəy  Qarabağinin   nəvəsidir. O,  Bakı   şəhər 

Gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına 

Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə 

dönüb.  Qubеrniya  katibi,  kollеc  asеssoru,  mülkü  müşavir  kimi  mülki  çinlər 

daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis  Dairə 

Məhkəməsinin  prokuror  nəzarəti  orqanlarında  prokuror  yoldaşı,  bеş  il  ərzində 

Gəncə  Bələdiyyə  İdarəsinin  rəisi,  Yеlizavеtpolda  (Gəncədə)  Mixaylovsk 

Məktəbinin  fəxri  nəzarətçisi  vəzifələrində  işləyib.  Gəncədə  öz  hеsabına  qız 

məktəbi  açıb.  Əsgər  ağa  Azərbaycan  mədəniyyətində  öz  yеri  olan  görkəmli 

simalardan biridir. Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da 

"Lənkəran  xanının  vəziri",  bir  ay  sonra  isə  "Hacı  Qara"  əsəri  ilə  başlanıb.  Bu 

əsərlərdə  Teymur  ağa  və  Hacı  Qara  obrazlarının  yaradıcısı  Əsgər  ağa  Goranidir. 

Ə.Gorani  "Əkinçi"nin  ən  fəal,  dövrə,  zəmanəyə,  hadisələrə  dəqiq,  doğru 

münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və 

müxtəlif imzalarla 39 məqaləsi dərc olunub.  O, həm də maraqlı dram əsərlərinin 

müəllifidir. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər 

düşməyib.  M.Lermontovun  yaradıcılığından  dilimizə  çevirdiyi  şeirləri  indi  də 

oxucuların  xoşladığı  əsərlər  sırasındadır.  Onun  "Qara  yel"  romanı  dünya 

xalqlarının 20-dən artıq dilinə tərcümə olunub. Nizami məqbərəsində ilk türbənin 

tikintisi XIII-XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy 

Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir. 

Əsgər ağa Gorani 9 mart 1910-cu ildə vəfat etmişdir. 



Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin