Filmoqrafiya: “Bakıda küləklər əsir‖ (film, 1974), ―Əgər bir yerdəyiksə‖ (film,
1975), ―İşarəni dənizdən gözləyin‖ (film, 1986), ―Mücrü‖ (film, 1973), ―Onun
bəlalı sevgisi‖ (film, 1980), ―Sehrlənmiş küpə‖ (film, 1979), ―Yeddi oğul
istərəm...‖ (film, 1970), ―Yenilməz batalyon‖ (film, 1965) və s.
İnternetdə:
www.az.wikipedia.orq
151
30 Aprel - Xalq artisti, tarzən Ramiz Quliyevin anadan olmasının 70 illiyi,
(1947)
Ramiz Quliyev Ağdamda anadan olub. 1954-cü ildə
Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir
Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinə daxil
olub. 1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə
təhsil alıb. Ağdam Orta İxtisas Musiqi Məktəbində
oxuduğu illərdə "Şur" xalq çalğı alətləri ansamblının
tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci
ildə Moskvada keçirilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak edib,
medal və fəxri fərmanlarla təltif olunub. Rayon Pionerlər Evində tar ixtisası üzrə
dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dram Teatrında
musiqi hissə müdiri olub.
1963-64-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı
musiqi məkləblərində, 1974-92-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim,
baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib.
Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tun
is, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail,
Norveç və s. ölkələrdə konsertlər verib. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da
keçirilən Beynəlxalq Folklor Festivalında xüsusi diploma layiq görülüb. 1989-cu ildə
"Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsert
verib. 1964-94-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının
və Dövlət Konsert Birliyinin solisti olub. 1978-ci ildə Respublika Lenin Komsomolu
Mükafatı laureatı, 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti adlarına layiq
görülüb. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universıtetində, 1997-ci ildə
İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət
Universitetində "ustad dərsləri" verib. 1981 və 1984-cü illərdə XVIII və XIX
çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib. 1993-cü ildə "Humay" Milli
mükafatına, 2001-ci ildə "Simurq‖ milii mükafat fondunun təsis etdiyi "XXI əsrin ilk
laureatları - ali dərəcəli mükafatı - "İlin fədakar sənətçisi" fəxri adına layiq görülüb.
İnternetdə:
www.az.wikipedia.orq
152
Milli qəhrəmanlar zirvəsi
1 Aprel - Azərbaycanın Milli Qəhrəmanı Eyvazov Qorxmaz Abış oğlunun
anadan olmasının 50 illiyi, (1967-1994)
Qorxmaz Eyvazov Laçın rayonunun Güləbird kəndində
anadan olmuşdur. 1974-1984-cü illərdə kənd orta
məktəbində oxuyub, 127 saylı texniki peşə məktəbinə daxil
olub. (Hazırda 127 saylı texniki peşə məktəbi Qorxmaz
Eyvazovun adını daşıyır.) 1985-ci ildə ordu sıralarına
çağrılıb. Hərbi xidmətini Ukrayna Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarında keçib. Hərbi xidmət zamanı 6 aylıq
serjant kursunu bitirib. O, xidmət müddətində dəfələrlə fəxri
fərmanlar, tərifnamələrlə yanaşı, birinci dərəcəli idmançı
vəsiqəsi almış və döş nişanı ilə təltif edilib. Qorxmaz 1987-
ci ildə Hərbi xidmətini başa vurub doğma yurda dönür.
Qorxmaz Eyvazov 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə
qoşulub.1991-ci ildə O, Laçın rayon polis şöbəsinə qəbul edilir. Qorxmaz
Eyvazovun döyüş yolu öz doğma yurdundan Qazdərəsi,Suarası,Mazutlu
kəndələrindən başlayıb. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi
fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilib. 4 avqust 1992-ci ildə erməni
quldurları yenidən Qızartı dağını ələ keçirmək üçün hücuma keçirlər və Qorxmaz
qolundan güllə yarası alır. Ona qolunun fəaliyyətini itirməsi ilə əlaqədar əlillik
təklif edilsədə o 6 ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılır. Füzuli
rayonu ərazisində gedən döyüşlərdə Qorxmaz böyük şücaət göstərir. Horadiz
əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər və
Qorxmaz Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılır.
Horadizin işğaldan azad edilməsi zamanı Ulu öndər Heydər Əliyevin cəbhə
səfəri zamanı Qorxmaz 1 erməni tankını 2 erməni ilə birlikdə əsir götürərək
qənimət kimi gətirir. O, Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılır.
10 fevral 1994-cü il də Cəbrayıl rayonu Cocuq-Mərcanlı kəndi uğrunda
gedən döyüşdə O,düşmənin xeyli canlı qüvvəsini məhv edir,lakin bu döyüşdə özü
də həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı
fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adı verilmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
153
14 Aprel - Azərbaycanın Milli Qəhrəmanı, Əməkdar jurnalist Alı
Mustafayevin anadan olmasının 65 illiyi, (1952-1991)
Alı Mustafa oğlu Mustafayev Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə
ailəsində doğulmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş, hərbi xidmətdə
olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsini
bitirmişdir.
Ədəbi-bədii
yaradıcılığa
tələbəlik
illərindən
başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm
çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana
çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.
Alı Mustafayev ―Günün ekranı‖ proqramının aparıcı əməkdaşlarından biri idi.
1991-ci ilin 18-19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində
kütləvi qırğın törədəndə bu xəbəri eşidən Alı Mustafayev bütün gecəni yata
bilmədi. Səhəri iş yeri Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən
qrupa rəhbərliyi öz üzərinə götürdü. Yoldaşlarının səhhətindəki problemləri təkidlə
xatırlatması onu bu ağır səfərdən çəkindirə bilmədi. Noyabrın 20-də Ağdamdan
Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya
aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi.
Alı Mustafayev 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin
yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş
dəstələri tərəfindən vurulan Azərbaycanın hərbi helikopter hadisəsində həlak
olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə
uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
Alı Mustafayev Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı şəhərinin Nərimanov rayonundakı 202 saylı orta məktəb və bir küçə Alı
Mustafayevin adınadır. Onun adını həm də 1992-ci ildən gəmi daşıyır. O, 1991-ci
il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb. Ölümündən
sonra Alı Mustafayevə Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-
ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Kitabları:‖Dəli bir ağlamaq keçir könlümdən‖ (şeirlər) (1992)
İnternetdə:
www.az.wikipedia.orq
154
18 Aprel - Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Rasim Səxavət oğlunun
anadan olmasının 55 illiyi, (1962-1992)
İbrahimov Rasim Səxavət oğlu Bakı şəhəri Əzizbəyov rayonunun Çilov
adasında neftçi ailəsində anadan olmuşdur. 1969-cu ildə buradakı 131 saylı
məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil
almışdır. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov
1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib.
1988-ci ildə Bakıya qayıdan R.İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur
oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli
rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci ilin 28
iyununda Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən
döyüşçülər digər dəstənin gəlib çatmamasına görə mühasirəyə düşürlər. Cəsur
komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü
düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İsmayılov
"Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara
ilə partladır. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi, iki
övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir. Çilov adasında abidəsi
ucaldılıb və orada qəhrəmanımızın adına bağ salınıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı
fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülüb.
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !
Nəriman Həsənzadə
İnternetdə:
www.az.wikipedia.orq
155
18 Aprel - Azərbaycanın Milli Qəhrəmanı Mədətov Fariz Əlövsət oğlunun
anadan olmasının 45 illiyi, (1972)
Fariz
Mədətov Yevlax rayonunun Varvara kəndində
anadan olmuşdur. 1979-1989-cu illərdə burada orta təhsil
almışdır. 1990-1992-ci illərdə hərbi xidmətdə olmuşdur. O,
xidmətini başa vurub qayıtdığı zaman Qarabağ
müharibəsi artıq başlamışdı. Buna görə də Milli Ordu
sıralarına daxil olaraq döyüşlərə girir. İlk döyüşü Qubadlı
rayonunun Başarat kəndində olur. Sonra onu Füzuli
rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində
qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq göstərir. Daha sonra
Kəlbəcər və Goranboy rayonlarında düşmənə qarşı vuruşur. Fariz xeyli erməni
yaraqlısını şəxsən məhv edir. 1994-cü ildə Tərtər rayonunu ərazisində gedən
döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən döyüşçü paltarını geyinir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı
ilə Mədətov Fariz Əlövsət oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq
görülmüşdür.
1996-cı il ordudan tərxis olunur və Yevlax rayon Polis İdarəsində çalışmağa
başlayır. Fariz 1998-2003-cü illərdə Polis Akademiyasında təhsil alıb. Hazırda
Yevlax rayon Polis İdarəsində işləyir. Evlidir.
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !
Nəriman Həsənzadə
İnternetdə:
www.az.wikipedia.orq
156
May
Əlamətdar tarixi günlər və bayramlar
3 May - Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü, (1993)
3 May - Türk Dünyasının Həmrəylik Günü, (1944)
3 May - Beynəlxalq Günəş Günü, (1994)
5 May - Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992)
8 May - Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü, (1953)
9 May - Faşizm üzərində Qələbə Günü, (1945)
15 May - Beynəlxalq Ailə Günü, (1994)
15 May - Beynəlxalq İqlim Günü, (1992)
18 May - Beynəlxalq Muzeylər Günü, (1977)
20 May - Ümumdünya Meteorologiya Günü, (1875)
21May-Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü, (2002)
22 May - Beynəlxalq Bioloji Müxtəliflik Günü, (2000)
23 May - Ümumdünya Tısbağa Günü, (2000)
28 May - Respublika Günü, (1918)
31 May - Ümumdünya Tütünlə Mübarizə Günü,
(1988)
Bu tarixi unutmayaq
8 May - Şuşa şəhərinin işğalı günü, (1992)
17 -18 May - Laçın rayonunun işğalı günü, (1992)
Azərbaycanın görkəmli şəxsiyyətləri
10 May- Ulu öndər Heydər Əliyevin doğum günü, (10.05.1923 - 12.12.2003)
Yubilyar yazıçı və şairlər
Şair Rasim Kərimlinin anadan olmasının 85 illiyi, (01.05.1932 - 24.06.1996)
Yazıçı, maarifçi Əsgərağa Goraninin 160 illiyi, (03.05.1857 - 09.03.1910)
Yazıçı, tərcüməçi Cəfər Bağırın 105 illiyi, (05.05.1912 - 17.06.1983)
Şair Əhməd Cavadın 125 illiyi, (05.05.1892 - 09.10.1937)
Şair Rüzgar Əfəndiyevanın 70 illiyi, (09.05.1947 - 2011)
Yazıçı Əhməd Mirzə Cəfərlinin 90 illiyi, (10.05.1927 - 19.04.1994)
Şair Musa Yaqubun 80 illiyi, (10.05.1937)
Şair Allahverdi Tağızadənin 85 illiyi, (15.05.1932 - 08.03.2000)
Şair Eldar Nəsiblinin 65 illiyi, (18.05.1952 - 2010)
Şair, dramaturq Cahan Əfruzun 95 illiyi, (21.05.1922 - 06.12.1984)
Publisist Ömər Faiq Nemanzadənin 145 illiyi, (24.12.1872 - 10.10.1937)
Şair Mirzə Ələkbər Sabirin 155 illiyi, (30.05.1862 - 12.07.1911)
Yazıçı Fuad Tarıverdiyevin 85 illiyi, (31.05.1932)
Xarici ədəbiyyat
Avstraliya yazıçı Alan Marşallın 115 illiyi, (02.05.1902 - 21.01.1984)
Rus yazıçısı Konstantin Paustovskinin 125 illiyi, (19(31).05.1892 - 14.07.1968)
157
İncəsənət
Dramaturq Məcid Şamxalovun 110 illiyi, (02.05.1907 - 13.10.1984)
Xalq artisti, bəstəkar Səid Rüstəmovun 110 illiyi, (12.05.1907 - 10.06.1983)
Xalq artisti, bəstəkar Rauf Hacıyevin 95 illiyi, (15.05.1922 - 19.09.1995)
Xalq artisti, müğənni Həqiqət Rzayevanın 110 illiyi, (20.05.1907 - 02.08.1969)
Xalq artisti, bəstəkar Aqşin Əlizadənin 80 illiyi, (22.05.1937 - 03.05.2014)
Xalq artisti, müğənni Sara Qədimovanın 95 illiyi, (31.05.1922 - 02.05.2005)
Milli qəhrəmanlar zirvəsi
Şükürov Şahlar Əvəz oğlunun 65 illiyi, (17.05.1952 - 11.07.1990)
Nəsibov Mərifət Əhməd oğlunun 45 illiyi, (22.05.1972 - 28.01.1992)
Məmmədov Aytəkin İsrayıl oğlunun 50 illiyi, (29.05.1967 - 1991)
158
Əlamətdar tarixi günlər və bayramlar
3 May - Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü, (1993)
1991-ci il mayın 3-də Namibiyanın
paytaxtı Vindhukda regional seminara toplaşmış
jurnalistlər azad və müstəqil informasiya
vasitələrinə yardımçı olmaq məqsədilə bütün
dünya hökumətlərinə mətbuat azadlığının və
demokratikliyinin təminatına yardımçı olmağa
çağıran Vindhuk Bəyannaməsini qəbul ediblər.
Buna görə, BMT Baş Məclisi 1993-cü ildə
mayın 3-nü Beynəlxalq Söz və Mətbuat
Azadlığı Günü elan edib. Söz və mətbuat azadlığı demokratiyanın meyarı olaraq
tanınır. Söz azadlığının olmadığı ölkələrdə insan hüquqlarının pozulması hallarına
daha çox rast gəlinir. Bu gün bir çox beynəlxalq qurumlar ölkələrdə söz və mətbuat
azadlığını diqqət mərkəzində saxlayırlar.
İnternetdə:
www.books.google.com
3 May - Türk Dünyasının Həmrəyliyi Günü, (1944)
Türk millətinin bayrağı onun müqəddəslik simvoludur.
Bu tarixi gün ilk dəfə 1944-ci ilin 3
mayında Topxana hərbi həbsxanasında
10 nəfər məhkum tərəfindən qeyd
olunub. Azərbaycanda Türkçülük Günü
1992-ci ilin may ayının 3-dən etibarən
qeyd edilir. Türkçülük Günü Türkiyədə
daha geniş qeyd olunur. Azərbaycanda
isə bu günü əsasən milliyyətçilər qeyd
edirlər. Hər bir xalq öz keçmişini,
tarixini bilməli, özünü tanımalı və mirası yaşatmalıdır. 3 May tarixinin Türkçülük
Günü kimi tarixə yazılmasında, türkçülük uğrunda mübarizə aparan insanlar uzun
illər təqiblərə məruz qalmışlar. Türkçülük Günü əslində Türkiyədən qaynaqlanır.
Türk dünyası bütün dünyaya ədalət, hürriyyət gətirdi. Sonradan türkü məhv etmək
üçün müəyyən qüvvələr hərəkətə gəldi. Türk dövlətləri sıradan çıxarıldı və
nəhayət, 1918-ci ildə Birinci Dünya müharibəsi bitənə kimi Osmanlı imperiyasını
da çökdürdülər. Bundan sonra meydana Atatürk gəldi və türk millətini, türk
milliyyətçilərini qalibiyyətə apardı. Atatürkdən sonra baş verən proseslər yenidən
Qərb dünyasının istəyi ilə getməyə başladı. Bu dövrdə milliyətçilər təqiblərə məruz
qaldılar və bunun kuliminasiya nöqtəsi isə 3 may 1944-cü ildə baş verdi. Bu tarix
Nihal Atsızın, Orxan Şaiq Gökayın, İsmət Rasin Tümtürkün, Fəthi Təvətoğlunun
və bir çox türk milliyyətçisinin tarixidir. Bu mübarizlərin qoyduğu ənənəni bu gün
də davam etdirən insanlar var.
İnternetdə:
www.books.google.com
159
3 May - Beynəlxalq Günəş Günü, (1994)
Bu gün YUNESKO-nun qərarı ilə təyin olunmuşdur. Yer kürəsinə ən yaxın
ulduz Günəşdir. Yaşayışın mənbəyi olan Günəşi nə qədər tanıyırıq? Beynəlxalq
Günəş Günü artıq on ildən çoxdur ki, may ayının 3-də qeyd edilir. Günəş Günü
Milli Uçuş və Kosmos İdarəsi tərəfindən qeyd edilir. Günəş bitki və heyvanlar
aləminə lazım olan istiliyi və işığı verir. Yer Kürəsinin atmosferini
formalaşdırır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şairimiz
Məmməd Araz hələ 1982-ci ildə maraqlı bir şeir yazmışdır: ―Günəş günü‖. Bu şeir
təbiəti, işığı, yerin və göyün gözəlliklərini, eləcə də insanın ruhundakı nuru,
xeyirxah əməlləri qorumaq üçün bir çağırış idi:
Əkinçi, səpinçi gününə yaxın,
Dəmirçi, kömürçü gününə yaxın,
Bu günü qoparaq il budağından,
Elə adisinin, elə bozunun.
Süpürüb qarını, silib tozunu
Yuyub gözümüzdə, sözümüzdə biz
Sərib qurudub da sinəmizdə biz,
O günə ad verək, ad - Günəş günü,
Əkək ağlımıza, yaddaşımıza.
Bir gün salam verək, - İşığın aydın!
Töhfəmiz olmasın işıqdan ayrı...
Bu şeir yazılandan xeyli sonra - 1994-cü ildə beynəlxalq təqvimlərdə əlamətdar
günlər sırasına biri də əlavə olundu: Günəş Günü. Beynəlxalq Günəş Enerjisi
Cəmiyyətinin Avropa bölməsinin təşəbbüsü ilə insanların diqqətini bərpa olunan
enerji mənbələrinə cəlb etmək üçün hər il mayın 3-də dünyada Günəş Günü qeyd
olunur. Həmin gündə alimlər, ictimai təşkilatlar və şirkətlər günəş enerjisinin
imkanlarını nümayiş etdirmək üçün müxtəlif tədbirlər təşkil edirlər.
İnternetdə:
www.books.google.com
160
5 May - Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992)
1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may Əlillərin
Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan
insanların sayı 450 mindən çoxdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı
dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması,
əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları
öz əksini tapıb. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu
istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu işlər onların cəmiyyətə
inteqrasiyasına xidmət edir. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara
pensiya və sosial müavinətlər verir. Onların sağlamlığının bərpası üçün
paytaxtda və bölgələrdə reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar
əlilliyin qarşısının alınmasında, əlillərin reabilitasiyasında mühüm rol oynayır.
BMT-nin nüfuzlu strukturlarından biri olan Uşaq Fondunun (UNİCEF)
Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizin Prezidentinə ünvanlanmış
2008-ci il 12 dekabr tarixli müraciətdə "Əlillərin hüquqları haqqında"
Konvensiyanın yerli və mərkəzi səviyyədə müxtəlif dövlət qurumları arasında
əlaqələndirməni təmin etmək məqsədilə hökumətdə əlaqələndirici şəxsin təyin
olunması və əlaqələndirmə mexanizminin yaradılması (maddə 33.1),
Konvensiyanın həyata keçirilməsinin təşviqi və monitorinqi (maddə 33.2)
məqsədilə Ombudsman Aparatında müvafiq bazanın yaradılması üçün adekvat
tədbirlərin görülməsi təklif edilmişdir. Bu UNİCEF-in həmin istiqamətdə
hökumətimizə dəstək vermək niyyətində olduğunun ifadəsidir.
Dostları ilə paylaş: |