Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

142 

 

Xarici ədəbiyyat 



6 Aprel - Aleksandr İvanoviç Gertsenin anadan olmasının 205 illiyi,  

(1812-1870) 

 

 



 

 

 



 

 

 



 

Rus  yazıçısı,  publisisti,  pedaqoqu  və  filosofu  Aleksandr  İvanoviç  Gertsen 

Moskvada,  varlı  mülkədar  ailəsində  anadan  olmuşdur.  Atası  İvan  Alekseyeviç 

Yakovlev  və  anası  milliyyətcə  alman  olan  kiçik  məmur  qızının  nikahı  rəsmən 

bağlanmadığı  üçün  atası  ona  Gertsen  (almanca  Herz)  –  ―ürəyin  oğlu‖  soyadını 

vermişdir.  Uşaq  və  yeniyetmə  yaşlarında  evdə  təhsil  almışdır.  Xarici  dilləri 

öyrənən  gənc  Gertsen  bir  çox  Avropa  müəlliflərinin  əsərlərini  mütaliə  etmişdir. 

Bomarşenin,  Hötenin,  Şillerin və başqalarının  əsərləri gənc  Gertseni sentimental-

romantik  əhvali-ruhiyyəyə  kökləmişdir.  Dekabristlər  üsyanı  ona  çox  güclü  təsir 

göstərmişdir.  Artıq  1829-1930-cu  illərdə o,  Şillerin  ―Vallenşteyn‖  əsəri  haqqında 

özünün fəlsəfi məqaləsini yazmışdır.  

Gertsen  Moskva  Universitetinin  fizika-riyaziyyat  şöbəsində  təhsil  almışdır. 

O,1834-cü  ildə  dərnək  üzvü  kimi  həbs  olunmuş  və  Perm  şəhərinə  sürgün 

olunmuşdur. 1840-cı ildə Gertsenə Moskvaya qayıtmaq icazəsi verilir. 1847-ci ildə 

atasının ölümündən sonra yazıçı həmişəlik Rusiyanı tərk etmişdir.  

A.İ.Gertsen 9(21) yanvar 1870-ci ildə Parisdə vəfat etmişdir.  

Görkəmli  yazıçı  çoxlu  sayda  fəlsəfi,  publisistik,  o  cümlədən  bədii  əsər 

yazmışdır. İskəndər təxəllüsü ilə yazan A.İ.Gertsen ―Kimdir  müqəssir?‖, ―Doktor 

Krupov‖,  ―Olub  keçənlər  və  düşüncələr‖,  ―Muravyovun  portreti‖  və  s.  əsərlərin 

müəllifidir.  

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 

 

 

 

 

 

 


143 

 

22 Aprel -  Henri Fildinqin anadan olmasının 310 illiyi, (1707-1754) 



 

 

 

 

 

 

 



 

 

XVIII əsr ingilis yazıçısı və dramaturqu, realist romanın banilərindən biri  



Henri Fildinq Somersetşir qraflığında anadan olmuşdur. Ədəbi yaradıcılığa siyasi 

satiralarla  başlayan  Fildinq  satirik  məqalələri  ilə  də  müntəzəm  olaraq  mətbuatda 

çıxış edirdi.  

Henri  Fildinq  1741-ci  ildə  roman  yazmağa  başlayır  və  onun  ilk  romanı 

―Şamela‖  olur.  O,  ―Cozef  Endryus‖,  ―Tom  Consun,  tapılmış  uşağın  əhvalatı‖, 

―Ameliya‖ romanları, ―Müxtəlif maskalarda məhəbbət‖, ―Don Kixot İngiltərədə‖, 

―Sağlam  düşüncənin  həyatı  və  ölümü‖  və  s.  komediyalarının  müəllifidir.  Henri 

Fildinq həm də hüquqşünas olmuş, Londonun Baş hakimi işləmişdir.  

Böyük humanist yazıçı 1754-cü ildə Lissabonda vəfat etmişdir.  

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

144 

 

İncəsənət 



14 Aprel- Xalq artisti Fatma Qədrinin anadan olmasının  110 illiyi,  

                   (

1907-1968) 

 

 



Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə 

mədəniyyəti  örnək  sayılan,  zəngin  dünyagörüşlü,  ciddi 

xarakterli  misilsiz  ifaçısı  Fatma  xanım  Qədir  qızı  Odessa 

şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə 

yaşlarından  ailəsi  Bakıya  köçən  Fatma  xanım  Azərbaycan 

Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. 

Fatma  Qədir  qızı  Azərbaycan    Dövlət  Pedaqoji  İnstitutunu 

bitirmişdir  (1926).  Səhnə  fəaliyyətinə  1927-ci  ildə  Bakı  Türk  İşçi  Teatrında 

başlamış,  burada  Nübar  ("Cancur  Səməd",  M.Əfəndiyev;  J.B.Molyerin  "Zorən 

xəstə"  əsərinin  təbdili),  Sürucuin  ("Hind  qızı",  Ə.Hamid),  Oa-Şen  ("Çin  tanrısı", 

F.Pavlovun  "Tunc  büt"  əsəri  üzrə),  Gülüş  və  Sevil  ("Sevil",  C.Cabbarlı),  Xumar 

("Şeyx  Sənan",  H.Cavid),  Esmeralda  ("Paris  Notrdam  kilsəsi",  V.Hüqonun 

eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə 

obrazları  yaratmışdır.  1932-1935-ci  illərdə  Bakı  Rus  Dram  Teatrında  çalışmış, 

1935-ci  ildən  Azərbaycan  Milli  Dram  Teatrında  işləmişdir.  Əsas  rolları:  Maşa 

("Dubrovski",  A.S.Puşkin),  Xuraman  ("Vaqif",  S.Vurğun),  Cülyetta,  Emiliya 

("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr və məhəbbət", F.Şiller), 

Larisa,  Katerina  ("Cehizsiz  qız",  "Tufan",  A.Ostrovski),  Polina  ("Ögey  ana", 

O.Balzak), 

Gültəkin 

("Aydın", 

C.Cabbarlı), 

Məhəbbət 

("Məhəbbət", 

M.İbrahimov). 

 

1933-cü  ildən  pedaqoji  fəaliyyət  göstərmişdir.  1943-cü  ildə  ―Azərbaycanın 



Xalq artisti ― fəxri adına layiq görülmüşdür.  

Fatma Qədri 29 fevral1968-ci ildə vəfat etmişdir

 

 



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 



 

 


145 

 

15 Aprel - İtalyan rəssamı Leonardo Da Vinçinin anadan olmasının  565 illiyi, 



                  (1452-1519) 

 

 

  

Avropa  intibah  dövründə  yaşamış  ensiklopedik  alim, 



riyaziyyatçı,    mühəndis,    ixtiraçı,    rəssam,  heykəltaraş, 

memar,    musiqiçi    və    yazıçı 

  Leonardo    di    ser    Pyero    da 

Vinçi    Florensiya  Respublikasının  ərazisində,   Arno 

çayı   vadisindəki   Vinçi   şəhəri  yaxınlığında,  Ankiano 

kəndində    dünyaya    göz    açmışdır.  O,  təkcə  humanitar 

biliklərə 

yiyələnməmiş, 

həmçinin 

rəsmxət, 

kimya, 

metallurgiya,  metalla, gipslə və dəri ilə işləmə,  mexanika və 



dülgərlik kimi bəzi texniki bacarıqlar əldə etmiş, rəsm və heykəltəraşlıqla məşğul 

olmuşdur.  Leonardonun  məlum  olan  ən  erkən  işi  Arno  vadisinin  qələm  və 

mürəkkəblə  yaradılmış  təsviridir.  İş  5  avqust  1473-cü  ilə  aiddir.  Leonardo  da 

Vinçinin  rəsm  əsərlərindən  ən  məşhurları  təkrarolunmaz ―Mona  Lizanın portreti‖ 

və ―Sonuncu şam yeməyi” əsərləridir. Onun yaratdığı ―Vitruvian İnsan‖ əsəri də 

bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir. Təəsüf ki, müasir günümüzə qədər dahi 

rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxmışdır. Lakin bu azsaylı rəsm əsərləri, onun 

elmi  diaqramlar,  cizgilər  və  rəssamlığın  nəzəri  əsaslarına  aid  fikrilərinin  əks 

olunduğu  şəxsi  əlyazmaları  sonrakı  nəsillər  üçün  misilsiz  elmi  mənbə  rolunu 

oynamışdır. Mühəndis kimi isə o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir 

neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi, olduqca mürəkkəb ixtiralar etmişdir. 

Onun  vertolyot, tank,  konsentrə  edilmiş  günəş  enerjisi,  kalkulyator,  ikikorpuslu 

gəmi  və  s.  mürrəkkəb  texnologiyaları  hələ  XVI əsrdə  konsepyalaşdırması  və 

plitələrin  tektonikası  haqqında  irəli  sürdüyü  ibtidai  fikirlər  bu  böyük  insanın 

sonsuz 

dühasından 



xəbər 

verir. 


Leonardo 

da 


Vinçi 

anatomiya, 

mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilmiş və 

bu sahələrin  inkişafına  da  böyük  töhfələr  vermişdir.



  O,  İtaliya  intibahının  rəmzi 

sayılan  "Universal  İnsan"  (ing. Homo  Universale)  tipinin  ən  parlaq 

nümayəndəsidir və İkinci minilliyin adamı seçilmişdir.

 

 



Leonardo da Vinçi 

2 may 1519-cu ildə Fransanın Turen şəhərində vəfat etmişdir. 



İxtiraları:  Paraşüt,  velosiped,  tank,  ordu  üçün  tez  qurulan  körpü,  projektor, 

katapult, robot, ikilinzalı teleskop. 



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

146 

 

18 Aprel - Xalq artisti, opera müğənnisi Şövkət Məmmədovanın anadan 



                  olmasının 120 illiyi, (1897-1981) 

 

Şövkət Həsən qızı Məmmədova 



 

Tiflis şəhərində, kasıb 

pinəçi  ailəsində  anadan  olmuşdur.  Atası  Şövkətin  musiqiyə 

olan həvəsini hiss etmiş, milyonçu H.Z.Tağıyevin köməkliyi 

ilə 1910-cu  ildə  onu  Bakıya  göndərmişdir.  1911-ci 

ildə   Zeynalabdin    Tağıyev və  həyat  yodaşı  Sona  xanımın 

köməyi  ilə   İtaliyanın   Milan şəhərində  musiqi  məktəbinə 

daxil olmuşdur. Lakin 1912-ci ildə ona olan kömək kəsilmiş 

və  Şövkət  Məmmədova Rusiyaya qayıtmışdır.  O,  təhsilini 

Tiflis  Musiqi  Məktəbində  davam  etdirir.  1915-ci  ildə  Ş. 

Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil 

olmuşdur.  Tiflis  Musiqi  Məktəbini  bitirdikdən  (1910)  sonra  təhsilini  davam 

etdirmək üçün 1911-ci ildə Milana getmiş, orada məşhur müğənni D.Ambroziodan 

dərs almışdır (ikinci dəfə Milanda 1927-29 illərdə olmuşdur). 1917-1921-ci illərdə 

Kiyev  Konservatoriyasında  oxumuş,  burada  R.  Qlierlə  birgə  verdikləri 

konsertlərdə  Azərbaycan  musiqisini  təbliğ  etmişdir.  Azərbaycan  Opera  və  Balet 

Teatrının  səhnəsində  ilk  dəfə  1921-ci  ildə  Violetta  ("Traviata",  C.Verdi) 

partiyasında çıxış etmiş, 1948-ci ilədək teatrın solisti olmuşdur. Azərbaycan opera 

səhnəsində  rus  və  dünya  vokal  sənətinin  ən  yaxşı  ənənələrini  milli  musiqi 

xüsusiyyətləri ilə əlaqələndirmişdir.  1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə 

Bakı Teatr Texnikumu açılmış və o, 1923-1925-ci illərdə onun direktoru, həm də 

not nəşriyyatının müdiri vəzifəsində çalışmışdır.  

Şövkət  Məmmədova  SSRİ  Xalq  artisti  (1938)  adına  layiq  görülmüş, 

Azərbaycan  SSR  Ali  Sovetinin deputatı  seçilmiş,  2 dəfə  Lenin ordeni, 2  Qırmızı 

Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. 

Şövkət Məmmədova 1981-ci il iyunun 8-də vəfat etmişdir.  



Əsas  partiyaları:  Rozina  ("Sevilya  bərbəri",  C.Rossini),  Lakme  ("Lakme", 

L.Delib),  Cilda  ("Riqoletto",  C.Verdi),  Olimpiya  ("Hofmanın  nağılları", 

J.Offenbax),  Marqarita  Valua  ("Hugenotlar",  C.Meyerber),  Qar  qız  ("Qar  qız", 

N.Rimski-Korsakov),  Antonida  ("İvan  Susanin",  M.Qlinka),  və  s.  Yaradıcılığında 

Şahsənəm  ("Şahsənəm",  R.Qlier),  Nərgiz,  Gülzar  ("Nərgiz",  "Şah  İsmayıl", 

M.Maqomayev),  Gülçöhrə  ("Arşın  mal  alan",  Ü.Hacıbəyli)  partiyaları  xüsusi  yer 

tutmuşdur.  Repertuarına  Azərbaycan  xalq  mahnıları,  rus  və  Qərb  bəstəkarlarının 

kamera-vokal əsərləri daxil idi.  

 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

147 

 

19 Aprel - Xalq artisti, bəstəkar Əfrasiyab Bədəlbəylinin anadan olmasının 



                  110 illiyi, (1907-1976) 

 

Azərbaycan  klassik  bəstəkarı,  dirijor,  librettoçu 

Əfrasiyab  Bədəlbəy  oğlu   Bədəlbəyli   Bakı  şəhərində,  xalq 

maarifçisi  Bədəlbəy  Bədəlbəyovun  və  məşhur  Şah  Qacar 

nəslinin  təmsilçisi  Rəhimə  xanımm  ailəsində  anadan  olub. 

Ali  Pedaqoji  İnstitutun  nəzdindəki  məktəbdə, Bakı  Teatr 

Texnikumunda, 

Azərbaycan 

Dövlət 

Universitetinin 



şərqşünaslıq  fakültəsində,  Leninqrad  Konservatoriyasının 

nəzdindəki musiqi məktəbində təhsil alıb. 20 yaşında Cəfər 

Cabbarlının  "Od  gəlini"  pyesinə  yazdığı  musiqi 

sənətsevərlər  tərəfindən  yüksək  qiymətləndirilib.  Xeyli 

müddət Moskva və  Leninqrad  Opera  və  Balet  Teatrında  dirijor  assistenti  kimi 

fəaliyyət  göstərib. 1938-ci  ildən  ömrünün  sоnunadək Azərbaycan  Dövlət  Оpera 

və  Balet  Teatrında dirijоr  işləyib.  Ə.  Bədəlbəyli Azərbaycanda ilk  baletin 

müəllifidir.  O,  33  yaşında  ikən  "Qız  qalası"  baleti  ilə  musiqi  tariximizdə  ilk 

Azərbaycan  baletinin  əsasını  qoyub.  Sonrakı  illərdə  "Nizami",  "Söyüdlər 

ağlamaz"  operalarını  yazaraq,  adını  mədəniyyət  tariximizə  qızıl  hərflərlə  əks 

etdirib.  Bir  çох  dram  tamaşasına  musiqi  bəstələyib.  Azərbaycan  radiоsu  və 

televiziyasında  milli  musiqi  sənətimizi  geniş  təbliğ  edib.  Əməkdar  incəsənət 

xadimi (1940), Xalq artisti (1960) Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da 

dünyasını dəyişib. 



Operalar: "Xalq qəzəbi" (1941)"Nizami" (1948)"Söyüdlər ağlamır" (1971) 

Baletlər:"Qız qalası" (1940)"Tərlan (balet)" (1941) - uşaqlar üçünNəsiminin 

əsərləri əsasında "Xoreoqrafik freskalar" (1973) 



Orkestr üçün bəstələri: Simfonik orkestr üçün «28 aprel» marşı (1929)Simfonik 

orkestr üçün təntənəli marş (1930)Simfonik poema "Sovet hakimiyyəti uğrunda" 

(1930)Simfonik freskaMiniatürlər (1938)Xalq çalğı alətləri ansamblı üçün 

simfonietta (1950) 



Tamaşalar üçün musiqi: “Od gəlini‖ (pyes) (1927), “Sevil‖ (pyes) (1927)

Almas‖ (pyes) (1928), “1905-ci ildə‖ (pyes) (1931), “Yaşar‖ (pyes) (1932)

Siyavuş‖ (pyes) (1932), “Hacı Qara‖ (pyes) (1933), “Fərhad və Şirin‖ 

(pyes) (1941) 



Elmi irsi: Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti". 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 

 

 

 

  

148 

 

22 Aprel -  Aktyor, rejissor Həsən Əblucun anadan olmasının  75 illiyi,  



                   (1942-1994) 

   


Həsən  Abbasqulu  oğlu  Əbluc  Təbrizdə  anadan  olub. 

Uşaq  yaşlarında  ailəsi  ilə    birlikdə Bakıya köçüb.  Əvvəlcə 

Politexnik  İnstitutuna  qəbul  olunub.  Birinci  kursdan  sonra 

sənədlərini  aktyorluq  fakültəsinə  verib. Azərbaycan  Dövlət 

İncəsənət  İnstitutunun aktyоrluq  və  rejissоrluq  fakültəsini 

bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın 

"Adsız  ulduz"  tamaşasına  quruluş  verib.  Sоnralar   Gənc 

Tamaşaçılar 

Teatrında 

fəaliyyətini 

davam 

etdirib. 



Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və 

İncəsənət  Universitetində  səhnə  danışığından  dərs  deyib.  Bədii  qiraət  ustası  kimi 

klassik  və  çağdaş  şairlərimizin  poeziya  nümunələrini  minlərlə  tamaşaçıya  və 

dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə 

bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. 

 Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.  

Ənvər Əbluc оnun haqqında "Həsən Əbluc" filmini lentə alıb. 

Filmoqrafiya:  ―Abbas  Mirzə  Şərifzadə‖  (film),  ―Babək‖  (film,  1979),  ―Bakıda 

küləklər  əsir‖  (film,  1974),  ―Bircəciyim‖  (film,  1986),  ―Birisigün,  gecəyarısı...‖ 

(film,  1981),  ―Bizim  küçənin  oğlanları‖  (film,  1973),  ―Dantenin  yubileyi‖  (film, 

1978), ―Dəli Kür‖ (film, 1969), ―Dənizə çıxmaq qorxuludur‖ (film, 1973), ―Doğma 

sahillər‖ (film, 1989), ―Ən vacib müsahibə‖ (film, 1971), Ənvər Həsənov. ―Yeddi 

oğuldan  biri‖  (film,  2007),  ―Həsən  Əbluc‖  (film,  1999),  ―İstintaq‖  (film,  1979), 

―İstintaq davam edir‖ (film, 1966), ―İyirmialtılar‖ (film, 1966), ―Qanlı zəmi‖ (film, 

1985),  ―Qara  gölün  cəngavərləri‖  (film,  1984),  ―Qaraca  qız‖  (film,  1966), 

―Qatarda‖ (film, 1981), ―Mikayıl Müşfiq‖ (film, 1978), ―Od içində‖ (film, 1978), 

―Ölsəm...  bağışla‖  (film,  1989),  ―Ömrün  İlk  Saatı‖  (1973),  ―Özgə  ömür‖  (film, 

1987),  ―Pəncərə‖  (film,  1991),  ―Sən  niyə  susursan?‖  (film,  1966),  ―Şeytan  göz 

qabağında‖  (film,  1987),  ―Tənha  narın  nağılı‖  (film,  1984),  Torpaq,  dəniz,  od, 

səma‖  (film,  1967),  ―Uşaqlığın  son  gecəsi‖  (film,  1968),  ―Ümid‖  (film,  1992), 

―Ürək yaman şeydir...‖ (?), ―Ürək... Ürək...‖ (film, 1976), ―Yaramaz‖ (film, 1988), 

―Yaşamaq gözəldir, qardaşım!‖ (film, 1966), ―Yenilməz batalyon‖ (film, 1965). 

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 


149 

 

24 Aprel - Xalq artisti İsmayıl Osmanlının anadan olmasının  115 illiyi,  



                 (1902-1978) 

 

İsmayıl  Osman  oğlu  Osmanlı  Nuxada  (Şəki),  kasıb 



ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından 

yetim  qalan  İsmayıl  Şəki  İpək  Fabrikində,  dabbaqxanada 

işləyib.  1920-ci  ildə  rayondakı  Fəhlə-kəndli  klubunun  dram 

dərnəyinə  üzv  yazılıb.  1922-ci  ildə  Gəncəyə  köçüb  və  6  il 

buradakı  həvəskarlar  teatrında  çalışıb.  1928-ci  ildə  Tiflis 

Azərbaycan  Dram  Teatrına  dəvət  alıb.  1929-cu  ildə  Bakıya 

gələrək  Milli  Dram  Teatrının  truppasına  qəbul  olunub  və 

həyatının sonuna qədər burada işləyib. 

  

İsmayıl  Osmanlı  dram  və  faciə  janrında  xarakterik  obrazların,  dramatik 



pyeslərdə  yumorlu surətlərin, həm  də komediyalarda  məsxərəli  və satirik  rolların 

ifaçısı  olub.  Əsas  rolları  bunlardır:  Keçəl  Aslan,  Fon  Hols,  Şaliko  ("Xanlar", 

"İnsan"  və  "Vaqif",  Səməd  Vurğun),  Əmrah  ("Pəri  cadu",  Əbdürrəhim  bəy 

Haqverdiyev),  Şeyx  Hadi,  Vali,  Şakro  ("Şeyx  Sənan",  "Səyavuş"  və  "Knyaz", 

Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş 

("Qatır  Məmməd",  Zeynal  Xəlil),  Nikita  Pavloviç  ("Qızıl  çeşmə",  Qurban 

Musayev),  Məşədi  Cəfər  ("Dağılan  tifaq",  Əbdürrəhim  bəy  Haqverdiyev),  Mirzə 

Qərənfil,  Zakir,  Əhməd bəy,  Xəlil,  Qasım  ("Xoşbəxtlər",  "Aydınlıq", "Küləklər", 

"Əliqulu  evlənir"  və  "Nişanlı  qız",  Sabit  Rəhman),  Mirzə  Heydərqulu,  Şəkinski, 

("Həyat"  və  "Kəndçi  qızı",  Mirzə  İbrahimov),  Koxa  Məmməd  ("Qaçaq  Nəbi", 

Süleyman  Rüstəm),  Məşədi  Oruc,  Hacı Naib  ("Ölülər" və "Dəli  yığıncağı",  Cəlil 

Məmmədquluzadə),  Xaspolad,  Mirzə  Cavad  ("Oqtay  Eloğlu"  və  "Aydın",  Cəfər 

Cabbarlı),  Kefli  Bəşir  ("Bahar  suları",  İlyas  Əfəndiyev),  Cəbi  ("Hacı  Qəmbər, 

Nəcəf  bəy  Vəzirov),  Səfər  bəy  ("Hacı  Qara",  Mirzə  Fətəli  Axundzadə),  Əşrəf 

("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze), 

Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", Aleksandr 

Şteyn),  Baş  senator,  Feste,  Gilderstern  ("Otello",  "On  ikinci  gecə"  və  "Hamlet", 

Vilyam  Şekspir),  Krutitski,  Tixon  və  karandışev  ("Müdriklər",  "Tufan"  və 

"Cehizsiz qız", Aleksandr Ostrovski).  

İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər 

naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl 

dost"  (Usta  Şirəli),  "Yenilməz  batalyon"  (Yusif),  "Mən  ki  gözəl  deyildim"  (Poçt 

müdiri),  "26-lar"  (Şahbazov),  "Ulduzlar  sonmür"  (Hacı  Zeynalabdin  Tağıyev), 

"Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.  

  

İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti, 21 



iyul 1949-cu ildə Xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına 

layiq görülüb.  

İsmayıl Osmanlı 22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri Xiyabandadır. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 


150 

 

28 Aprel -  Xalq artisti, aktrisa Məhluqə Sadıqovanın anadan olmasının  



                   100 illiyi, (1917-2003) 

 

Məhluqə Ələsgər qızı Sadıqova Şuşa şəhərində doğulub. 

Beş  il  buradakı  1  saylı  qız  məktəbində  oxuyub.  1930-cu  ildə 

ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı sovet məktəbində 

yeddinci sinfi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun 

diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram 

dərnəklərində  məşğul  olub.  Məhluqə  Sadıqova  1936-cı  il 

sentyabr  ayının  27-də  Akademik  Milli  Dram  Teatrının 

truppasına  götürülüb.  Aktrisa  54  il  bu  teatrda  çalışıb.  1992-ci 

ildə  yenicə  yaradılan Bakı  Bələdiyyə  Teatrında aktrisalıq  edib. 

Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından 

biri  olub.  Öz  oyununda  xarakterik  ifadə  vasitələrinə  üstünlük  verən  Məhluqə 

Sadıqova  AMDT-də  Nadya,  Pəri,  Yaxşı,  Gülüş,  Turac,  Sona  ("Oqtay  Eloğlu", 

"Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), 

Süd  ("Göy  quş",  Moris  Meterlink),  Qiasinta  ("Skapenin  kələkləri",  Jan  Batist 

Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy 

Haqverdiyev),  Hərəmxana  qarısı,  Fitnə, Mehriban  ("Vaqif", "Fərhad və  Şirin" və 

"Xanlar", Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr 

Ostrovski),  Zəhra  ("Şeyx  Sənan",  Hüseyn  Cavid),  Paulina  ("Qış  nağılı",  Vilyam 

Şekspir), Sofiya ("Vanya dayı", Anton Çexov), Missis Daycen ("Şeytanın şagirdi", 

Bernard  Şou),  Nata  xanım  ("Nazirin  xanımı",  Branislav  Nuşiç),  Pəri  xanım 

("Lənkəran  xanının  vəziri",  Mirzə  Fətəli  Axundzadə),  Dolores  ("Qadın  faciəsi", 

Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər 

ailəsi",  İlyas  Əfəndiyev),  Ana  ("Şöhrət  və  ya  unudulan  adam",  Nazim  Hikmət), 

Sofiya  ("Daş  qartal",  Pavel  Malyarevski),  Klavdiya  Vasilyevna  ("Şadlıq 

sorağında", Viktor Rozov) rollarını ifa edib.  

   Üslub  və  forma,  məzmun  və  mahiyyət,  estetik  dəyər  və  psixoloji  tutum 

baxımından  bütün  janrlarda  hazırlanmış  tamaşalarda  iştirak  edib.  Lakin  əsas 

uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlist 

diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük 

gətirib.  Məhluqə  Sadıqova  21  iyul  1949-cu  ildə  Azərbaycan  SSR-in  Əməkdar 

artisti  və  10  yanvar  1978-ci  ildə  Azərbaycan  SSR-in  Xalq  artisti  fəxri  adlarına 

layiq görülüb. Aktrisa 2000-ci il avqust ayının 15-də Bakıda vəfat edib. 


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin