217
20 İyun - Yazıçı, dramaturq Cabbar Məcnunbəyovun anadan olmasının
105 illiyi, (1912-1967)
Cabbar Məcnunbəyov İrəvan şəhərində, qulluqçu
ailəsində doğulmuşdur.1918-ci ildə ailəliklə Türkiyənin
Qars şəhərinə köçmüş, bir il sonra Gəncə şəhərinə
qayıtmışlar. 1927-ci ildə onun ilk qələm təcrübəsi-
―Beşincidir‖ pyesi Bakı Gənc Fəhlə Teatrında tamaşaya
qoyulmuşdur. Leninqrad Fəlsəfə və Dilçilik İnstitutuna
daxil olmuşdur (1931). 1934-cü ildə Azərbaycan Dövlət
Nəşriyyatında tərcüməçi, uşaq ədəbiyyatı şöbəsinin müdiri
işləmişdir (1934-1938). Həmin vaxtdan ciddi ədəbi
fəaliyyətə başlamışdır. M.Qorkinin ―Foma Qordeyev‖, Y.M.Lermantovun
―Zəmanəmizin qəhrəmanı‖ və b. əsərləri tərcümə etmişdir. Bununla yanaşı, pyeslər
və kiçik hekayələr (―Ana‖, ―İlk məhəbbət‖, ―Gül dəstəsi‖ və s.) də yazmışdır.
―Uşaqgəncnəşr‖də şöbə müdiri (1937-1939) işləmişdir. Onun ilk irihəcmli səhnə
əsəri ―Yanan vadi‖ 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrında tamaşaya
qoyulmuşdur. 1941-1948-ci illərdə Sovet ordusu sıralarında hərbi qəzetlərdə
işləmiş, İkinci Dünya müharibəsi mövzusunda oçerk və hekayələr qələmə almışdır.
Ordudan tərxis olunduqdan sonra yenə ―Uşaqgəncnəşr‖də şöbə müdiri ( 1948-
1950), baş redaktor (1951-1952) işləmişdir. Onun ―Böyük məhəbbət‖ (1951),
―İldırım‖ (1955), ―Ayrılan yollar‖ (1956) pyesləri tamaşaya qoyulmuşdur.
―Qırmızı ulduz‖ ordeni və medallarla təltif olunmuşdur.
Cabbar Məcnunbəyov 1967-ci il fevralın 1-də vəfat etmişdir.
Tərcümələri: ―Zəmanəmizin qəhrəmanı‖ romanı (1937),‖Tülkü və qazlar‖,
―Başsız atlı‖ (roman)
Kitabları: ―Böyük məhəbbət‖ (1950), ―Dostların kələyi‖ (1958), ―Sevdiyim qız‖
(1961), ―İldırım‖ (1987) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
218
22 İyun - Şair Eldar Baxışın anadan olmasının 70 illiyi, (1947-1996)
Eldar Baxış (Ağayev Eldar Baxış oğlu) Qubadlı rayonunun Diləli-
Müskanlı kəndində doğulmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə
onbirillik məktəbi bitirib, ADU-nun tarix fakültəsində təhsil almışdır (1965-
1969). Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə
olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik
redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş
redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990)
vəzifələrində çalışmışdır. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış, "Səs" qəzetinin
baş redaktoru olmuşdur (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio
Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin ictimai-siyasi şöbəsinin müdiri
işləmişdir (1992-1993). Radionun bilgi və uşaq dünyası verilişləri Baş
redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən).
"Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc
olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri
SSRİ
və
xarici
ölkə
xalqlarının
dillərinə
tərcümə
olunmuşdur.
Vladivostokda keçirilən Umumittifaq Poeziya Festivalında iştirak etmişdir (1985).
Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə
çevirmişdir. Kukla Teatrı onun "Məlikməhəmməd" pyesini səhnələşdirmişdir
(1982). Bu pyes Mərdəkan Xalq Teatrı aktyorlarının ifasında Praqada tamaşaya
qoyulmuşdur. Eyni zamanda xalq teatrlarına Tbilisidə keçirilən Ümumittifaq
baxışda yüksək mükafata layiq görülmüşdür. "Azərbaycan" jurnalında çap
etdirdiyi "Qaravun dərənin dükançısı" (1981) onun ilk nəsr əsəridir. "Uzun Həsən"
pyesi Şuşa Dövlət Teatrında tamaşaya hazırlansa da erməni təcavüzü üzündən
oynanılmamışdır. Özbəkistanın Ürək Dostları Klubunun fəxri üzvü seçilmişdir
(1992).
Eldar Baxış 1996-cı il mayın 22-də Bakıda vəfat etmiş, Xırdalan
qəbristanlığında dəfn olunmuşdur.
Kitabları: ―İydə çiçəyi‖ (1977), ―Üçtəpə bayatıları‖ (1979) ―Allı qız, ballı qız,
xallı qız‖ (1983), ―Ağ saçların işığı‖ (1985), ―Qara ilə Qaracanın nağılı‖ (1986),
―Deyə bilmədiyim sözlər‖ (1988), , ―Atlı oğlanlar‖ (1990) və s.
İnternetdə:
www.az.wikipedia.orq
219
25 iyun - Yazıçı, dramaturq Hüseynbala Mirələmovun anadan olmasının
70 illiyi, (1945)
Yazıçı, ssenarist, millət vəkili, Azərbaycan Dövlət
Neft Akademiyasında kafedra müdiri, texnika elmləri
doktoru,
professor,
Azərbaycan
Mühəndislər
Akademiyasının
müxbir
üzvü,
Rusiya
Mədən
Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hüseynbala
Mirələmov çoxsaylı elmi və bədii əsərlərin müəllifi,
"Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq"
və "Rəsul Rza" mükafatları laureatı, Fransa Sənayeçilər
Assosiasiyasının "Napoleon" qızıl medalının sahibidir.
MDB ölkələri üzrə 8 dəfə "İlin direktoru" adına layiq
görülmüşdür.
Hüseynbala Mirələmov Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur.
Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirmişdir.
1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasının baş ədəbi işçisi
olmuşdur. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz Tikinti-
Quraşdırma İdarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən
"Azərqaztəmirtikinti" Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin
rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini
vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olmuşdur.
1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən
―Azərbaycan Qaz Emalı‖ Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur. Hazırda
ARDNŞ prezidentinin müşaviridir. Yeni Azərbaycan Partiyası Xətai rayon
təşkilatının sədridir. 2005-ci il noyabrın 6-da 33 saylı Xətai birinci seçki
dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və
ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika
Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-
Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
üzvüdür.
Kitabları: ―Tənha durna uçuşu‖ (1986), ―Amalın işığında‖ (2002), ―Yaddan
çıxmaz Qarabağ‖ (2002), ―Qayada çiçək‖ (2002), ―Xəcalət‖ (2002), ―Həqiqət‖
(2003), ―Daha bir ümid sabahı‖ (2003) və s.
Filmoqrafiya: ―Tənha durna uçuşu‖ (film, 2003), ―Son arzu‖ (film, 2003), ―Yeni
həyat, (2005)
İnternetdə: www.az.wikipedia.orq
Ədəbiyyat:Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
220
27 İyun - Böyük maarifçi Həsənbəy Zərdabinin anadan olmasının 175 illiyi,
(1837-1907)
Həsən bəy Zərdabi Azərbaycanın görkəmli ziyalısı,
Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk
müsəlman məzunu, islam dünyasının ilk təbiətşünas alimi,
Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869),
Azərbaycanda və bütün müsəlman Şərqində islam
xeyriyyəçilik
hərəkatının
banisidir
("Cəmiyyəti-
Xeyriyyə", 1872). H.Zərdabi 1873-cü ildə öz şagirdləri ilə
birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası
göstərmişdir. O, Azərbaycan müəllimlərinin birinci
qurultayının təşkilatçısı və qurultayın sədri (1906)
olmuşdur.
Həsən bəy Zərdabi Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk
təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini
isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil
olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir.
Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Ana dilində
qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi hökumətə müraciət
etmişdir. Bununla əlaqədar o, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin
22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi"
qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının
əsası qoyulmuşdur. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər
çapını davam etdirən "Əkinçi" ayda iki dəfə, 300-400 tirajla nəşr olunmuşdur. Bu
illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. İlk mətbu orqan kimi "Əkinçi"
öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik
tələblər irəli sürürdü.
1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur
olmuşdur. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür
yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol
oynamışdır. Maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist
Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmişdir. Məhz
buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında
çox yaşaya bilmədi. Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi
həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının
28-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
221
30 İyun - Yazıçı, dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli Axundovun
anadan olmasının 205 illiyi, (1812-1878)
Mirzə Fətəli Axundov Nuxa (indiki Şəki) şəhərində
anadan olmuşdur. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi
Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci
ildə anası ilə Şəkiyə qayıtmışdır. Dövrünün müasir elmləri
ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus
məktəbinə daxil olmuş və bir il burada təhsil
almışdır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin
baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri
mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu
vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. 1851-ci
ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar
Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunmuşdur.
O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili
Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.
M.F.Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə).
O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir.
M.F.Axundov 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yazmaqla
nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki
türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və oradakı Botanika
bağında yerləşən müsəlman məzarlığında dəfn olunmuşdur.
Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini
göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya
Mirzə Fətəli Axundov dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.
Azərbaycan teatrı Axundovun ölməz komediyaları zəminində yaranmışdır. 1873-
cü ildə Həsənbəy Zərdabi, Nəcəfbəy Vəzirovla birlikdə Bakı məktəblərinin
birində məşhur ―Hacı Qara‖ əsərinin tamaşasını göstərməklə, Azərbaycanda, həm
də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur.
2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə
Fətəli Axundov haqqında bioqrafik bədii film çəkilmişdir. "Sübhün səfiri"
adlanan filmi mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara
çıxmışdır.
Kitabları: ―Hacı Qara‖ 1850), , ―Müsyö Jordan və Dərvişi Məstəli şah‖ (1850),
―Aldanmış kəvakib‖ (1857) və s.
İnternetdə:
www.az.wikipedia.orq
222
İncəsənət
17 İyun - Xalq artisti, müğənni Fidan Qasımavanın anadan olmasının 70 illiyi,
(
1947)
Fidan Əkrəm qızı Qasımova Bakıda dünyaya
gəlmişdir. Bülbül adına Musiqi Məktəbini bitirdikdən
sonra 1966-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq
istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas -
skripka və vokal üzrə təhsil almışdır. 1974-cü
ildə
Moskva
Konservatoriyasının
aspiranturasını
bitirdikdən
sonra
Bakıya
qayıtmış,
həmin
vaxtdan M.F.Axundov adına Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti olmuş,
həmçinin Azərbaycan
Dövlət
Konservatoriyasında
(indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlamışdır. 1992-ci
ildənTürkiyənin İstanbul
Dövlət
Konservatoriyasının
professorudur.
F.Qasımovanın 2008-ci ildə ―Besame mucho‖ adlı albomu buraxılıb. ―Eta
Production‖ studiyasında yazılmış disk ölkənin birinci xanımı Mehriban
Əliyevaya həsr olunub. Sənətkarın adı ―Dünyanın 100 qadını‖ kitabına salınıb.
Fidan Qasımovanın yaratdığı unudulmaz obrazlar qalereyası - Dezdemona, Aida
(―Otello‖, "Aida", Cüzeppe Verdi), Toska, Turandot, Mimi, Çio-Çio-san (―Toska‖,
―Turandot‖,
―Bohema‖,
―Çio-Çio-san‖, Cakomo
Puççini),
Mikaela
(―Karmen‖, Jorj Bize), Tatyana (―Yevgeni Onegin‖, Pyotr Çaykovski), Nigar
(―Koroğlu‖, Üzeyir Hacıbəyli), Marqarita (―Faust‖, Şarl Fransua Quno), Sevil
(―Sevil‖, Fikrət Əmirov) və digərlərindən ibarətdir. Onun zəngin repertuarına
Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev,Arif
Məlikov, Niyazi; rus bəstəkarlarından Mixail Qlinka, Pyotr Çaykovski, Sergey
Raxmaninov; Qərbi Avropa bəstəkarlarından A.Stradella, İohan Sebastyan
Bax, Georq Fridrix Hendel və başqalarının kamera-vokal əsərləri, eləcə də
Azərbaycan xalq mahnıları -―Laçın‖, ―Qubanın ağ alması‖, ―Girdim yarın
bağçasına‖ və s. daxildir.
Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti
(1982), SSRİ xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət mükafatı
laureatı (1984) Fidan Qasımova ―Şöhrət‖ (1997) və ―Şərəf‖ ordenlərinə (2010)
layiq görülüb.
Filmoqrafiya: “Kədərimiz... Vüqarımız...‖ (film, 1998), ―Maestro Niyazi‖ (film,
2007), ―Rəşid Behbudov 20 il əvvəl‖ (film, 1996), ―Torpaq. Dəniz. Od. Səma‖
(film, 1967), ―Üç eskiz‖ (film, 1978), ―Ürəkdən ürəyə‖ (film, 2007), ―Üzeyir
ömrü‖ (film, 1981) və s.
İnternetdə:
www.az.wikipedia.orq
223
22 İyun - Xalq artisti, müğənni Bülbülün anadan olmasının 120 illiyi,
(1897-1961)
Bülbül (Məmmədov Murtuza Məşədi Rza oğlu, Bülbül adı ona xalq
tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir) Şuşa yaxınlığında,
hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur.
Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Fəaliyyətinin ilk
illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm"
(Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci
ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət
xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını
bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs
deməyə başlamışdır. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət
Konservatoriyası nəzdində xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti
yaradılmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi
ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa
başlamışdır. 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüşdür. 1940-cı
ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı
olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ-nin 2
dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı Ordeninə, "Şərəf nişanı" ordeninə,
İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.
Bülbül 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri
Xiyabandadır. Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını
daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi
məktəbi fəaliyyət göstərir.
Oynadığı əsas partiyalar: Ü.Hacıbəyov: Koroğlu- "Koroğlu", Əsgər – "Arşın mal
alan", Qərib – R.M. Qlier, "Şahsənəm", Əlyar – Müslüm Maqomayev, "Nərgiz",
Nizami – Əfrasiyab Bədəlbəyli, "Nizami", Fərhad – Niyazi, "Xosrov və Şirin",
Aslan – Qara Qarayev və Cövdət Hacıyev, "Vətən", Mario – Cakomo Puççini,
"Toska" və s.
İnternetdə:
www.az.wikipedia.orq
224
25 İyun - Xalq artisti Sona Hacıyevanın anadan olmasının 110 illiyi,
(1907-1979)
Sona Salman qızı Hacıyeva Şəkidə dünyaya gəlmişdir.
1923-cü ildə S.Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının
səhnəsində ilk rolunu ifa etmişdir. Əbdürrəhim bəy
Haqverdiyevin "Pəri-Cadu" əsərində yaratdığı Səlimə rolu
teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlmişdir.
Sonralar Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir
və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb
edən obrazlar yaratmışdır. Sona Hacıyevanın yaratdığı Leyli,
Əsli, Asya, Şahsənəm maraqla qarşılanmışdır. Qeyd edək ki,
həmin vaxta kimi operada qadın rollarını ancaq kişilər
oynayırdılar. Sona Hacıyeva 1920-ci ildən ömrünün sonuna
(1979) kimi Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın klassik
dramaturqlarından tutmuş müasirlərinə kimi, eləcə də dünya dramaturqlarının
əsərlərində müxtəlif obrazlar yaratmışdır. Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy
Haqverdiyev, Cəlil
Məmmədquluzadə, Hüseyn Cavid, Süleyman Sani
Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi
Hüseyn, Zeynal Xəlil, Sabit Rəhman, İslam Səfərli kimi dramaturqların
əsərlərində müxtəlif obrazlara səhnə həyatı vermiş Sona Hacıyeva dövrünün
görkəmli teatr xadimləri ilə tərəf müqabil olmuşdur. "Qızmar günəş altında", "O
olmasın, bu olsun","Səhər" filmlərinə çəkilən Sona Hacıyeva milli Azərbaycan
kinosunun tarixində də böyük xidmətlərin sahibidir. Onun bu əməyi hələ o dövrdə
"Şərəf nişanı" ordeni və başqa medallarla qiymətləndirilmişdir.
Filmoqrafiya: ―Bəxtiyar‖ (film, 1955), ―Bismillah‖ (film, 1925), ―Əmək və
qızılgül‖ (film, 1962), ―Qızmar günəş altında‖ (film, 1957), ―Min birinci söz‖
(film, 1997), ―O olmasın, bu olsun‖ (film, 1956), ―Prima‖ (film, 1992), ―Səhər‖
(film, 1960), ―Sən niyə susursan?‖ (film, 1966), ―Telefonçu qız‖ (film, 1962) və s.
İnternetdə:
www.az.wikipedia.orq
|