Azərbaycan Respublikası Prezidenti İnsan Hüquqları üzrə Təlim və Tədqiqat


PROBLEMLƏRİN HƏLLİNƏ YÖNƏLƏN TƏDBİRLƏR VƏ SİYASƏT



Yüklə 481,29 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix02.01.2022
ölçüsü481,29 Kb.
#1027
1   2   3   4   5   6   7   8   9   ...   20
məhbusların fiziki və psixoloji sağlamlığı imkan verirsə, onda onlar əməyə  cəlb edilə 

bilərlər» Penitensiar müəssisələrdə məhbusların əməyindən istifadə edərkən cəmiyyətdə olduğu 


kimi  əmək standartlarına ciddi surətdə  əməl olunmalı,  əməyin mühafizəsi və  təhlükəsizlik 

texnikası qaydalarına əməl olunmalıdır.  

Hazırda mövcud olan şərait məhkum əməyindən geniş istifadəyə şərait yaratmır. Bazar 

iqtisadiyyatının inkişafı, özəl sektorun yaranması fonunda  məhkum əməyindən istifadə o qədər 

də cəlbedici görünmür. Hazırda cəza çəkmə müəssisələri adlanan keçmiş islah əmək 

müəssisələrinin istehsalat sahələri demək olar ki, istifadə olunmur. Onlardan bir hissəsi artıq ləğv 

edilmişdir.  Rəsmi statistikaya görə Azərbaycanda hazırda məhkumların 29,9 faizinin əməyə cəlb 

olunur ki, onlardan da yalnız  5,7 faizi istehsalat sahələrində çalışır. 

 Eyni zamanda hazırda əməyə cəlb edilmiş məhkumlar da özlərini və azadlıqda olan ailə 

üzvlərini sosial cəhətdən müdafiə edə bilmirlər. 

Bununla belə cəza çəkən şəxslərin əmək fəaliyyətini həyata keçirməsinin olduqca müsbət 

nəticələri vardır. Əmək fəaliyyəti  ilk növbədə əmək stajının və sığorta stajının artmasına, sosial 

sığorta fonduna vəsaitin toplanmasına, beləliklə də gələcək sığorta hadisələri zamanı və 

pensiyaya çıxarkən sosial baxımdan qismən təminatın olmasına gətirir. Ən əsası isə məhkumun 

əməyə olan münasibəti dəyişmir və onun peşə vərdişi və peşə qabiliyyəti nəinki qalır, hətta 

inkişaf edir. 

Azərbaycanın cəzaçəkmə sistemində məhkumların əməyə cəlb edilməsi üçün zəruri 

qanunvericilik bazası yaradılmışdır. İndi qarşıda duran əsas vəzifə məhkumların hər birinin peşə 

qabiliyyətinə və bacarığına uyğun olaraq onların işlə təmin olunmasıdır. İşlə təmin olunma 

göstəricilərinin artırılması üçün zəruri olan müəssisələrdə iş yerlərinin və istehsalat sahələrinin 

yaradılması ilə bitmir. Bu kompleks şəkildə həll edilməlidir. Burada əsas məsələlərdən biri də 

məhkumların peşə vərdişlərinin artırılması, peşə təhsilinin təşkilindən ibarətdir. Hər bir məhkum 

cəza çəkərkən əməyə cəlb olunursa və ya hər hansı ixtisas üzrə təhsil alırsa, deməli o həm də 

cəmiyyətə qayıdış üçün hazırlaşır. Belə halda onun üçün reinteqrasiya və resosializasiya prosesi 

daha asan olacaqdır. Dövlət cəza çəkən və cəzasını başa vuran insanların əməyə cəlb edilməsi ilə 

bağlı son illərdə bir sıra tədbirlər həyata keçirməkdədir.



 

Cəzaların İcrası Məcəlləsində müvafiq əlavə 

və dəyişikliklər edilmiş, “

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial 

adaptasiyası haqqında” Qanun qəbul edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin  15 sentyabr 2008-ci il tarixli 3043 saylı sərəncamı ilə 

təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması 


Yüklə 481,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin