Penitensiar müəssisələrdə iş yerlərinin imkanları və vəziyyəti
Hazırda Penitensiar Xidmətin Cəza çəkmə müəssisələrində mövcud olan istehsalat sahələri
keçmiş Sovet İttifaqı dövründən qalmış istehsalat sahələridir. Bu sahələrdə mövcud olan istehsal
avadanlıqlarının əksəriyyəti fiziki və mənəvi baxımdan aşınmışdır. Eyni zamanda istehsalat
sexləri və istehsalat üçün nəzərdə tutulan digər otaqlar və sahələrin də texniki xarakteristikası
müsbət deyildir. Binaların bir çoxu köhnəlmiş, dam örtükləri, isitmə və soyutma sistemləri,
ventilyasiya qurğuları sıradan çıxmışdır.
Bir neçə Cəza Çəkmə Müəssisəsində kiçik istehsal üçün nəzərdə tutulan (əsasən mebel , plastik
pəncərə və qapı istehsalı üçün) yeni avadanlıqlar alınmışdır. Penitensiar Xidmətin 5 saylı cəza
çəkmə müəssisəsində üzüm dirəklərinin istehsalı üçün yeni istehsal sahəsi yaradılmışdır.
Cəza Çəkmə Müəssisələrində istehsalat sahələrinin və istehsal avadanlıqlarının
yenilənməməsinin əsas səbəbləri istehsalın zəif olması ilə bağlıdır.
Dostları ilə paylaş: |