Məhkumların əməyi Cəzaların İcrası və Əmək Məcəllələri ilə tənzim olunur. Cəzaların İcrası
məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əməyi,
ilk peşə-ixtisas təhsili və
peşə hazırlığı” adlanır. Məcəllənin 95.1. maddəsində göstərilir ki, “Hər bir məhkum cəzaçəkmə
müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul
olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini,
sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər.
Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin
normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə
cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada
mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində
müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Cəzaçəkmə müəssisələrində təsərrüfat
və məişət işlərinə cəlb edilmiş məhkumların sayı müəssisədə cəza çəkməsi nəzərdə tutulan
məhkumların sayının on faizindən çox ola bilməz. Məhkumların əməyindən istifadə edilməsinə
icazə verilməyən işlərin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə
müəyyən edilir”.
1
Məhkumlar üçün nəzərdə tutulan əmək normaları və qaydaları ayrı-ayrı istisnaları çıxmaqla
Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir. Məcəllənin 96.1. maddəsinə görə
“
Məhkumların iş vaxtının müddəti, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları əmək
qanunvericiliyinə uyğun olaraq müəyyən edilir”
2
Bununla belə Penitensiar sistemin
xüsusiyyətləri bəzi məhdudiyyətlər mövcuddur.
Məsələn, Cəzaların İcrası məcəlləsinin 95.6. maddəsinə görə “
Məhkumlara əmək mübahisələrinin
həlli üçün əmək fəaliyyətini dayandırmaq və tətil etmək qadağan edilir. Üzrsüz səbəbdən əməkdən imtina
edilməsi və ya əmək fəaliyyətinin dayandırılması cəzanın icrası qaydalarının pozulması sayılır və
məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsinə və ya onların maddi məsuliyyətə cəlb olunmasına səbəb
olur
”
3
.
Cəzaların İcrası Məcəlləsinin 97.1. maddəsinə görə “Məhkumlar əmək qanunvericiliyinə uyğun
olaraq əməyin ödənilməsi hüququna malikdirlər”
4
.
Yuxarıda qeyd olunduğu kimi Cəza çəkmə Müəssisələrində əmək münasibətlərinin
tənzimlənməsi Cəzaların İcrası Məcəlləsinnin tələblərinə əməl edilməklə Əmək Məcəlləsinə
uyğun tətbiq edilir. Məhkumlar əmək fəaliyyəti zamanı istehsalat zədələnməsi və ya peşə
xəstəliyinə tutulduqda sağlamlıqlarına dəymiş zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş
qaydada kompensasiya alırlar.
Bununla belə Əmək Məcəlləsinin 17-ci maddəsinin 2-ci hissəsinə görə “Hərbi və ya fövqəladə
vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə
hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə
məcburi əməyə yol verilir”
5
. Bu müddəanın Əmək Məcəlləsinə daxil edilməsi bir sıra
mübahisələr doğurur. Bu barədə aşağıda daha geniş bəhs olunacaqdır.
Ölkənin müvafiq qanunvericiliyi məhkumların əməyə cəlb edilməsinin hüquqi əsasları
yaradılmışdır. Bu əsaslar ayrı-ayrı istisnalarla ölkənin tərəfdar çıxdığı müvafiq beynəlxalq
normalara uyğundur.
1
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi.Mənbə:
http://e-
qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1
2
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Mənbə:
http://e-
qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1
3
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Mənbə:
http://e-
qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1
4
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Mənbə:
http://e-
qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1
5
Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 17.