və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP)və Dövlət proqramının icrası məqsədi ilə
qəbul olunmuş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması
və davamlı inkişaf Dovlət Proqramı»nın həyata kecirilməsi uzrə Tədbirlər Planıda (TP)
(2008-2010-cu illər)
Azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərin və cəzasını başa vurmuş şəxslərin
məşğulluğunun təmin olunması prioritet məqsədlərdən biri kimi qoyulmuşdur.
Dövlət Proqramının YADİDP və səmərəli idarəetmə adlanan 7.3. bölməsində məhkəmə hüquq
islahatları yarımbaşlığında göstərilir ki, “Məhkumların cəmiyyətə yenidən inteqrasiya və
adaptasiya olunması istiqamətində onların azadlığa buraxıldıqdan sonra əmək bazarının
tələblərinə cavab verən peşələrə yiyələnməsi məqsədilə cəzacəkmə muəssisələrində istehsal
sahələrinin yaradılması davam etdiriləcək, eləcə də həmin şəxslərin cəmiyyətə yenidən
inteqrasiyası prosesinə yardım etmək məqsədilə əhali arasında maarifləndirmə
gucləndiriləcəkdir”. Tədbirlər Planınının (TP) 4.1.3.5.2. bəndində isə “Məhkumların azadlığa
buraxıldıqdan sonra əmək bazarının tələblərinə cavab verən peşələrə yiyələnməsinin təmin
edilməsi” bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Dostları ilə paylaş: |