Cəzasını başa vurmuş şəxslərin məşğulluğunun təmin olunmasına yönələn tədbirlər
Bir sıra ölkələrin praktikasında cəzasını başa vurmuş şəxslərin məşğulluğunun təmin olunmasına
yönələn praktiki tədbirlər vardır ki, bu tədbirlər qismən effekt verir. Bunlar əsasən aşağıdakı
tədbirlərdir:
• Müvəqqəti işlər üçün əmək bazarının təşkili
Cəzasını başa vuran məhkumların daimi və davamlı iş yerləri ilə təmin olunması əsas məqsəd
kimi qoyulmalıdır. Bununla belə bəzi ölkələrin praktikasında bu kateqoriya insanlar üçün
qısamüddətli və müvəqqəti işlərin həyata keçirilməsi üçün bazarların və birjaların təşkili
müsbət effekt verir. Məhkumlar peşə və ixtisaslarına, peşə vərdişlərinə uyğun olaraq
qruplaşdırılır və müvafiq icra hakimiyyəti orqanları vasitəsi ilə qısamüddətli işlər və ya
müvəqqəti işləri üçün sifarişləri qəbul edərək bu insanları həmin işlərə cəlb edirlər.
Belə işləri həyata keçirərkən хəsarət alan şəхslərə və ya хəsarət nəticəsində həlak
оlanların ailə üzvlərinə heç bir kоmpensasiyalar verilmir. Müvəqqəti işlər həyata keçirən
insanlar qeyri-fоrmal əmək bazarında хüsusi çəkiyə malikdirlər və bu baхımdan bu səhədə
tənzimləmə işlərinin həyata keçirilməsi оlduqca vacibdir.
• Peşə yönümünün dəyişdirilməsi üçün qısamüddətli təhsilin təşkili
Cəzaçəkmə müəssisələrində məhkumların peşə yönümünün dəyişdirilməsi və
peşəkarlıqlarının artırılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə
baxmayaraq, bu lazimi səmərə vermir. Bu baxımdan cəzasını başa vurmuş şəxslərin müvafiq
icra hakimiyyəti orqanı tərəfindən modul tipli qısamüddətli peşə təlimlərinə cəlb edilməsi
üçün əlavə tədbirlərin həyata keçirilməsi zəruridir. Belə təhsilin təşkili bu şəxslərə nisbətən
qısa müddət ərzində peşə vərdişinə yiyələnməyə və ya əvvəlki malik olduğu peşə və ya
ixtisas üzrə bilik və bacarıqlarını artırmağa imkan verər.
Dostları ilə paylaş: |