MƏHKUMLARIN VƏ CƏZASINI BAŞA VURMUŞ ŞƏXSLƏRİN ƏMƏYƏ CƏLB
EDİLMƏSİNİN PROBLEMLƏRİ
Qanunvericiliklə bağlı olan problemlər
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 saylı sərəncamı ilə
təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı”nın (YADİDP) 7.3. maddəsində qeyd olunur ki,
“məhkumların cəmiyyətə yenidən inteqrasiya və adaptasiya olunması istiqamətində onların
azadlığa buraxıldıqdan sonra əmək bazarının tələblərinə cavab verən peşələrə yiyələnməsi
məqsədilə cəzacəkmə muəssisələrində istehsal sahələrinin yaradılması davam etdiriləcək”dir.
Eyni zamanda Dövlət Proqramının Tədbirlər planında da bu istiqamətdə konkret tədbirlər
nəzərdə tutulur. Tədbirlər Planında “Məhkumların azadlığa buraxıldıqdan sonra əmək bazarının
tələblərinə cavab verən peşələrə yiyələnməsinin təmin edilməsi” göstərilir. Bundan əlavə ölkənin
Məşğulluq strategiyasında və bu strategiyanın həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər
planında da bu kateqoriya şəxslərin məşğulluğunun təmin olunmasına yönələn tədbirlər nəzərdə
tutulur.
Biz həmçinin yuxarıda Cəzaların İcrası Məcəlləsi, Əmək Məcəlləsi, “Penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanundan da müddəaları
göstərmişdik.
Adı göstərilən normativ hüquqi aktların hər birində məhkumların əməyə cəlb olunması,
məhkumların və cəzasını başa vuran şəxslərin əmək fəaliyyətinin təmin olunmasının hüquqi
əsasları təmin edilmişdir. Bununla belə cəza çəkmə Müəssisələrində məhkumların əməyindən
səmərəli istifadədə ciddi problemlər qalmaqdadır. Bu halın mövcud olmasının bir sıra ciddi
əsasları da qanunvericiliklə bağlıdır.
Bu gün özəl sektor məhkumların əməyindən istifadə etməyə meyl göstərmir. Bu onunla bağlıdır
ki, özəl sektorda işçilərin sayıynyn süni azaldılması və ikili mühasibatlıq geniş tətbiq olunur.
Məhkumların bu sektor tərəfindən əməyə cəlb ediləcəyi halda ikili mühasibatlıq və əmək
müqaviləsi bağlamadan işə cəlb etmə mümkün olmayacaqdır. Eyni zamanda məhkumların
əməyə cəlb edilməsi bir sıra mürəkkəb məsələlərin həllini tələb edir ki, bu baxımdan
məhkumların əməyi özəl sektor üçün cəlbedici deyildir. Ölkədə əmək ehtiyatlarının kifayət qədər
olması və bu səbəbdən ucuz işçi qüvvəsinin kifayət qədər olması da özəl sektoru məhkumların
əməyindən istifadə etməsini zəruri etmir.
Belə olan halda məhkumların əməyindən dövlət sifarişləri hesabına həyata keçirilən işlərdə
istifadə etmək imkanı vardır.
Lakin bu gün dövlət vəsaiti ilə həyata keçirilən iri layihələrin heç birində cəza çəkmə
müəssisələri iştirak edə bilmirlər. Daha doğrusu bu müəssisələrə belə sifarişlərin verilməsinə
mövcud qanunvericilik şərait yaratmır. “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikası Qanununun 16-cı maddəsinə əsasən “Azərbaycan Respublikasında malların
(işlərin) və xidmətlərin dövlət satınalmaları bu Qanunun 17 - 21-ci maddələrində qeyd olunan
tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender,
təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir.
Malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə,
digər satınalma metodlarından yalnız bu Qanunun 18, 19, 20 və 21-ci maddələrində nəzərdə
tutulmuş şərtlər əsasında istifadə edə bilər”
18
.
Qanunun tələbinə görə satınalan dövlət qurumu ilə malgötürən (podratçı) təşkilat arasında
müqavilə ixtisaslaşmış dövlət orqanı tərəfindən həyata keçirilən tenderin nəticələrinə uyğun
olaraq bağlana bilər. Bu isə cəza çəkəmə müəssisələrini həmin satınalamalar üzrə tenderlardə
iştirakını ciddi surətdə əngəlləyir. Əlbətdə Dövlət satınalmaları haqqında Qanun belə
18
Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası qanunu. Maddə 16.
müəssisələrə və ya bu müəssisələrin baş idarəsinə (Ədliyyə nazirliynin Penitensiar Xidmətinə)
tenderlərdə iştirak etməyə görə hüquqi maneə yaratmır. Lakin belə tenderlərdə iştirak bu
müəssisələr üçün praktiki baxımdan mümkünsüz görünür. Bu barədə bir qədər aşağıda bəhs
olunacaqdır.
Lakin hazırda mövcud olan qanunvericilik cəza çəkmə müəssisələrində məhkumların əməyindən
dövlət satınalamaları vasitəsi ilə istifadəyə şərait yaratmır.
Dostları ilə paylaş: |