əsas məzuniyyət yalnız bu məcəllənin 115-ci
maddəsində nəzərdə tutulan,
əmək şəraitinə və əmək
funksiyalarının
xüsusiyyətlərinə, habelə həmin məcəllənin 116-cı maddəsində
müəyyənləşdirilən əmək
stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Bu maddənin ikinci hissəsinə əsasən
işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox
əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli
bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. (
“Azərbaycan” qəzeti, 19 iyun № 138 2003-
cü il, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 3/2003)
KM5
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2001-ci il tarixli qərarına əsasən
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsinin azadlıqdan
məhrum
etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək
stajına daxil edilməməsinə dair müddəası Azərbaycan Respublikası Konstitusiyasının 37-ci
maddəsinə
uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir. (
“Azərbaycan” qəzeti, 27 aprel 2001-ci il
№ 94, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №3/2001)
MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1
1 fevral 1999-cu il
618-IQ nömrəli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”
Azərbaycan
Respublikasının Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə
Dostları ilə paylaş: