Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 105-1. Səsvermə günü



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə58/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   54   55   56   57   58   59   60   61   ...   233
Maddə 105-1. Səsvermə günü 
122
 
 
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası 
Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum 
zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə 
günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir. 
 
Maddə 106. Ümumxalq hüzn günü 
Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda 
həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün 
iş günü hesab edilmir. 
Maddə 107. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və 
ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi 
 
Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş 
müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və 
digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, günü hesab edilməyən 
bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması 
yolverilməzdir.
 
123


Maddə 108. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və 
ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti 
124
 
 
1. Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla
qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab 
edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş 
günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin