Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə73/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   69   70   71   72   73   74   75   76   ...   233
Maddə 138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun 
aparılması 
 
1. Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri 
(sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının 
adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili
məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə 
başlamalı olduğu il, ay, gün göstərilməlidir. 
2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin 
başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. 
3. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa 
borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin 
növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, 
tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına 
müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə 
aparılır. 
4. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması 
məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır. 
 
İyirmi ikinci fəsil 
 
Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları 
 
Maddə 139. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri 
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin 
ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna 


edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək 
haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. 
2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan 
və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək 
haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin