g) ali
təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim
günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7
təqvim günü;
ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi
müəssisədən kənar yerdə
ilkin tətbiqi zamanı müəllifə — 14
təqvim gününədək;
h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin
rəyi ilə 14 təqvim gününədək;
x) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək;
i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək.
156
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə
müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi
günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.
157
İyirmi birinci fəsil
Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları
Maddə 131. Əmək məzuniyyətinin verilməsi qaydası
1. İşçinin
birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək
müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
158
2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi
əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
3. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı
razılıqla müəyyən edilən vaxtda verilə bilər.
4. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan
işin birinci ili üçün
əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:
a) qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl,
yaxud sonra;
b) on səkkiz yaşına çatmamış işçilərin;
c) müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;
ç) əsas iş yerində məzuniyyətə çıxan
əvəzçilik üzrə işləyənlərin;
d) hərbi qulluqçu arvadının (ərinin);
e) təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların
verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
ə) əlillərin.
5. Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji
işçilərə işə girdikləri
vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili
dövründə verilir.
6. Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə
məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta
mütənasib olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-
üstə azı altı ay işlədikdə əmələ gəlir.