Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlər



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə67/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   63   64   65   66   67   68   69   70   ...   233
Maddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlər 
1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 
təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) 
müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq 
doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. 
2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə 
məzuniyyət aşağıdakı müddətlərdə verilir: 
a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və 
doğuşdan sonra 70 təqvim günü); 
b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və 
doğuşdan sonra 86 təqvim günü); 
c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim 
günü və doğuşdan sonra 110 təqvim günü). 
Maddə 126. Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları 
İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən 
böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, 
həmçinin bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci 
maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək 
hüququna malikdirlər. 
Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə 
qaydaları 
 
1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü 
uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən 
edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq 
hüququna malikdirlər. 


2. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət 
hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. 
İyirminci fəsil 
 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin