Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə68/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   64   65   66   67   68   69   70   71   ...   233
Ödənişsiz məzuniyyətlər 
 
Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ 
 
Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial 
məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq 
üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda 
işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 
Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri 
 
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin 
xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
150
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv 
müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən 
edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən 
müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
151
Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri 
 
İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz 
məzuniyyətlər verilir:
 
152
a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı 
olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — 
uşaq dörd yaşına çatanadək; 
b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim 
gününədək; 
c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, 
himayədarlara — 14 təqvim gününədək
ç) əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları 
məhdud olan 18 yaşınadək işçilərə — bir təqvim ayınadək; 
d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim 
gününədək; 
e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi 
zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək;
153
ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin sağlamlıq 
imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə — 14 təqvim gününədək;

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin