Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə72/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   68   69   70   71   72   73   74   75   ...   233
 
 
1. Bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 
115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə 
verilməlidir. 
2. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş 
iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox 
müddətli bir əlavə məzuniyyət birləşdirilir. 
Maddə 137. Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma 
qaydası 
1. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək 
verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki 
təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi 


hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim 
ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə 
birləşdirilib verilir.
163
2. Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan 
qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək 
məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. 
Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir. 
3. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı 
gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində 
ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən 
işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən 
məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş 
günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində 
nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
164
4. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin 
mülahizəsi ilə həyata keçirilə bilər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin