3. İş yerlərinin attestasiyası keçirilərək səmərəliliyi daha da artırılarkən və əmək
məhsuldarlığının artmasını
təmin edən yeni texnika, texnologiya və təşkilati-texniki
tədbirlər tətbiq edilərkən mövcud əmək normaları
mütləq yeni normalarla əvəz
edilməlidir.
4. Hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı
ərzində işçi əmək
funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği
qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın.
Maddə 148. Əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən
baxılması
1. Əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılması kollektiv
müqavilələrlə müəyyən edilir, kollektiv müqavilə bağlanmadıqda
isə həmkarlar
ittifaqları ilə razılaşdırma əsasında işəgötürənlər tərəfindən həyata keçirilir.
2. Yeni əmək normalarının qəbulu və tətbiqi barədə işçilərə ən azı iki ay
qabaqcadan rəsmi məlumat verilməlidir.
3. Vahid və eynitipli sahələrarası və ya sahə normaları onları təsdiq etmiş orqanlar
tərəfindən
dəyişdirilir, təkmilləşdirilir və müəyyən etdikləri qaydada qüvvəyə minir.
4. Ayrı-ayrı işçilər, yaxud onların kollektiv qurumları (briqada) öz təşəbbüsləri ilə
yeni üsul və qabaqcıl təcrübəni, iş metodlarını tətbiq etməklə məhsul istehsalında,
işlərin,
xidmətlərin görülməsində, habelə əmək şəraitinin daxili imkanlar hesabına
təkmilləşdirilməsi nəticəsində yüksək göstəricilər əldə etdikdə qüvvədə olan əmək
normalarına yenidən baxılması qadağandır.
5. Sahələrarası normalar müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həmkarlar
ittifaqlarının
ümumölkə (ölkə) birliyi ilə məsləhətləşməklə, sahə normaları isə
işəgötürənlərin peşələr, sahələr üzrə birlikləri tərəfindən müvafiq həmkarlar ittifaqları
və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edilir.
Dostları ilə paylaş: