Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə78/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   74   75   76   77   78   79   80   81   ...   233
 
167
Maddə 149. Əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsi 
1. Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, 
əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) 
əsas götürməklə müəyyən edilir. 
2. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və 
ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə 
müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif 
maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt 
normasına vurulması yolu ilə də müəyyən edilə bilər. 
3. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə 
dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) 
normasına bölünməsi yolu ilə tapılır. 
Maddə 150. Hasilat, vaxt və xidmət normalarının qüvvədə olma müddətləri 
 


1. Daimi hasilat normaları (vaxt normaları) və xidmət normaları qeyri-müəyyən 
müddət üçün qoyulur və dəyişdirilən vaxtadək qüvvədə qalır. 
2. Müvəqqəti hasilat normaları (vaxt normaları) və xidmət normaları məhsul 
istehsalının, texnikanın, texnologiyanın mənimsənilməsini və ya istehsal və əməyin 
təşkil edilməsi dövrü üçün üç ay müddətinədək müəyyən edilə bilər. 
3. Ayrı-ayrı hallarda müvəqqəti normaların qüvvədə olması müddəti müəssisənin 
həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən uzadıla bilər. 
Müəyyən edilmiş müddət qurtardıqdan sonra müvəqqəti normalar daimi normalarla 
əvəz edilməlidir. 
4. Texnologiya dəyişiklikləri, bədbəxt hadisələr, qəza və bu qəbildən olan digər 
birdəfəlik xarakterli işlər üçün normalar hər bir konkret halda bu şərtlə müəyyən edilir 
ki, müvafiq işin görüldüyü vaxt ərzində həmin işlər üzrə müvəqqəti və ya daimi 
normalar müəyyən edilməmiş olsun. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin