Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 173. İşçilərin haqq-hesab sənədləri



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə86/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   82   83   84   85   86   87   88   89   ...   233
Maddə 173. İşçilərin haqq-hesab sənədləri 
1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların 
aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab 
sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 
2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) 
aşağıdakı məlumatlar göstərilir: 
hesablanmış əmək haqqının ümumi məbləği; 
əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və 
məbləğləri; 
əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; 
faktik ödənilən məbləğ; 
tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. 
3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib 
tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. 
174
4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və 
ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter 
proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə 
o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar 
işçinin xahişi ilə çap edilib ona verilə bilər. 
Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi 
 
1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. 
2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq 
ünvana göndərilə bilər. 
3. İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura 
formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin spirtli içkilər, tütün 
məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol 
verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər 
məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
175
4. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin