əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının
ikiqat
məbləğindən aşağı olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə
müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı
olmamaqla əlavə haqq məbləğində.
2.
Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində
görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula
bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Maddə 166. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi
1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla
işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.
2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına
əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və
ya kollektiv müqavilə ilə
müəyyən edilir.
Maddə 167. Hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi qaydası
İşçinin təqsiri olmadan hasilat normaları yerinə yetirilmədikdə,
faktik olaraq
yerinə yetirilmiş iş üçün haqq verilir. Bu halda aylıq əmək haqqı işçi üçün müəyyən
edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır.
Maddə 168. Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi qaydası
1. İşçinin təqsiri olmadan zay məhsul hazırlandıqda onun hazırlanması üçün
əmək haqqı azaldılmış qiymətlərlə ödənilir. Bu halda işçinin aylıq əmək haqqı onun
üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının
üçdə iki hissəsindən az
olmamalıdır.
2. Hazırlanan materialdakı görünməyən çatışmazlıq üzündən buraxılan zay
məmulat, habelə işçinin təqsiri olmadan buraxılmış və texniki nəzarət orqanı tərəfindən
qəbul edildikdən sonra aşkara çıxarılmış zay məhsul üçün həmin işçiyə yararlı
məmulata bərabər miqdarda haqq verilir.
3. İşçinin təqsiri üzündən tam zay olmuş məhsula görə haqq verilmir. İşçinin
təqsiri üzündən qismən zay olmuş məhsulun haqqı onun yararlılıq dərəcəsindən asılı
olaraq azaldılmış qiymətlərlə ödənilir.
Dostları ilə paylaş: