Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə85/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   81   82   83   84   85   86   87   88   ...   233
Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi 
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə 
rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri 


olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının 
üçdə iki hissəsindən az olmayaraq ödənilir. 
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. 
Maddə 170. Yeni istehsal (məhsul buraxılışı) zamanı əmək haqqının ödənilməsi 
şərti 
 
Yeni 
istehsalın (məhsul buraxılışının) başlandığı gündən onun tam 
mənimsənildiyi dövr ərzində işçilərin əmək haqqının miqdarı əvvəlkindən az olarsa
onların əvvəlki orta əmək haqqı saxlanılır. Bu halda əmək haqqının saxlanıldığı dövrün 
konkret müddəti və onun tətbiq edildiyi işçilərin dairəsi işəgötürən tərəfindən 
müəyyən edilir. 
Maddə 171. Natamam iş vaxtında əməyin ödənilməsi 
Bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi 
ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik 
hasilatına görə ödənilir. 
İyirmi altıncı fəsil 
 
Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar 
 
Maddə 172. Əmək haqqının verilməsi müddətləri 
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq 
və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə 
verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az 
olmayan müddətdə verilməlidir. 
2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin 
başqa müddətləri də müəyyən edilə bilər. 
3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş 
günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən 
əvvəlki gündə verilir.
173
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün 
verilir. 
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu 
hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək 
haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi 
yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə 
tutulan qaydada həll edilir. 
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə 
müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə 
işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. 


Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək 
haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan 
alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması 
nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan 
hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa 
düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə 
zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın 
müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa 
işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında 
verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara 
şamil edilmir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin