1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş
saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi
üçün müəyyən edilmiş
zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40
saatdan artıq müəyyən edilə bilməz.
Maddə 90. Həftəlik tam iş vaxtının müəyyən edilməsi
1.
Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq
işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının
müddəti
çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.
3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının
müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6
saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox
ola bilməz.
Dostları ilə paylaş: