Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 96. İş vaxtının cəmlənmiş uçotu



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə54/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   50   51   52   53   54   55   56   57   ...   233
Maddə 96. İş vaxtının cəmlənmiş uçotu 
1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən 
olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu 
tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin 
(növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. 
2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, 
müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə 
tənzim edilir. 
3. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi 
və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
114
 
Maddə 97. Gecə vaxtı işin müddəti 
1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. 
2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli 
olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı 
yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.
 
115
 
Maddə 98. Gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər 
 
1. Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on 
səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. 
2. Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq 
icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. 
Maddə 99. İş vaxtından artıq iş 
1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı 
ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində 
yerinə yetirməsi sayılır. 
2. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının 
alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, 
habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə 
müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb 
edilməsinə yol verilir.
 116


3. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə 
tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. 
4. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş 
vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. 
5. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu 
Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə tutulmuş normalara uyğun 
istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin