3. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə)
əlavə məzuniyyətlər bu
Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.
Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri
1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki
uşağı olan qadınlara 2
təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin
sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə
məzuniyyət verilir.
133
2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş
şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan
əlavə məzuniyyət hüququ
vardır.
3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin
sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.
4. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120
və 121-ci maddələrində göstərilən işçilərə verilmir.
Maddə 118. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək
Dostları ilə paylaş: