Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə61/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   57   58   59   60   61   62   63   64   ...   233
 
128


c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş 
aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar 
uşaq müəssisələrinin rəhbərlərinə;
 
129
ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, 
təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, 
dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
 
130
d) elmi dərəcəsi olmayan elmi işçilərə; 
e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara. 
4. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində 
işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək 
məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq 
verilir. 
5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda 
hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.
131
 
6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri 
məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
132
Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə 
məzuniyyətlərin müddətləri 
1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası 
yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə 
və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək 
şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 
təqvim günündən az olmamalıdır. 
2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət 
hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə 
məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
təsdiq edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin