Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 94. Natamam iş vaxtı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə53/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   49   50   51   52   53   54   55   56   ...   233
Maddə 94. Natamam iş vaxtı 
1. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə 
işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud 
natamam iş həftəsi müəyyən edilə bilər. 
2. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin 
davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. 
3. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq 
imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün 
səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə 
yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları 
məhdud uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş 
həftəsi) müəyyən etməlidir.
 
113
4. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf 
olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. 
5. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və 
ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə 
məhdudlaşdırılması yolverilməzdir. 
On dördüncü fəsil 
 
İş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları 
 
Maddə 95. İş vaxtının rejimi 
1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması 
və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə 
sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının 
cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün 
verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları 
ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 
2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ 
hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri 
(sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. 


Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün 
işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. 
3. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər 
xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və 
iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə 
tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin