1.
Bu vəzifə təlimatı mamanın vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini
müəyyən edir.
2.
Mama vəzifəsinə, iş stajına tələb qoyulmadan, “mama” ixtisası üzrə orta
tibb təhsili olan şəxs təyin edilir.
3.
Mama Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğun olaraq tibb müəssisəsinin rəhbərinin əmri ilə vəzifəyə təyin olunur və vəzifədən
azad edilir.
4.
Mama bilavasitə öz struktur bölməsinin rəhbərinə, tibb müəssisənin
rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Mama aşağıdakıları bilməlidir:
5.1.
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2.
tibb müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3.
hamiləlik dövründə və doğuşdan sonra qadın gigiyenasının əsaslarını;
5.4.
hamiləliyin gedişinin və aparılmasının, doğuşların, mamalıq patologiyası
zamanı doğuşdan sonrakı dövrün xüsusiyyətlərini;
5.5.
ağırlaşmalarla mübarizə və profilaktikanın əsas metodlarını;
5.6.
aseptika və antiseptika qaydalarını;
5.7.
doğuşayardım müəssisəsinin sanitariya-epidemiya əleyhinə rejimini;
5.8.
ginekoloji xəstəliklərin profilaktikası üzrə tədbirləri;
5.9.
sağlam həyat tərzinin təbliğinin əsaslarını;
5.10. ana və perinatal ölüm göstəricilərini və onların aşağı salınmasında
mamanın rolunu;
5.11. tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasını;
5.12. dispanserləşdirmənin əsaslarını;
5.13. fövqəladə hallarda tibbi xidmətin əsaslarını;
5.14. əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını,
əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları.
Dostları ilə paylaş: