Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə356/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   352   353   354   355   356   357   358   359   ...   541
III.Hüquqlar

21. 


Əməliyyat otağı tibb bacısı un aşağıdakı hüquqları vardır:

21.1.  özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə 

rəhbərliyə təkliflər vermək; 

21.2.  səlahiyyətləri   çərçivəsində   orta   və   kiçik   tibb   heyətinin   işinə   nəzarət 

etmək,   göstərişlər   vermək   və   onlardan   dəqiq   icra   tələb   etmək,   həvəsləndirilmə   və 

tənbeh edilmə üzrə rəhbərliyə təkliflər vermək;

21.3.  vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını və 

normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

21.4.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

21.5.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

22. 


Əməliyyat   otağı   tibb   bacısı   Azərbaycan   Respublikasının   Əmək 

Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.



IV.Məsuliyyət

23. 


Əməliyyat otağı tibb bacısı aşağıdakılara görə məsuliyyət daşıyır:

23.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin həyata keçirilməsinə; 

23.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;

23.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

23.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

23.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

23.6.  ona   tabe   işçilərin   nizam-intizam   qaydalarına   və   vəzifə   öhdəliklərinin 

yerinə yetirilməsinə;

23.7.  tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə   təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

24. 

Əməliyyat   otağı   tibb   bacısı   əmək   intizamının,   qanunvericilik   və 



normativ-hüquqi   aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən, 

təqsirin   ağırlıq   dərəcəsindən   asılı   olaraq,   intizam,   maddi,   inzibati   və   ya   cinayət 

məsuliyyətinə cəlb edilə bilər.   

327




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin