Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix01.01.2017
ölçüsü2,92 Mb.
#4126
  1   2   3   4

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 20 fevral 2014-cü il tarixli 

05 saylı qərarı ilə təsdiq edilmişdir 

UŞAQLARDA TƏNƏFFÜS  

ORQANLARI VƏRƏMİNİN  

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

Bakı - 2014 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



57.33 

U 74 


U 74  Uşaqlarda tənəffüs orqanları vərəminin diaqnostika və 

müalicəsi üzrə klinik protokol, 2014. – 36 səh.  

Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 

tərəfindən maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin 

Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

Redaktor: 

C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 



Tərtibçilər: 

E.Məmmədbəyov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

direktoru, Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutunun Ftiziatriya kafedrasının 

müdiri, Səhiyyə Nazirliyinin baş ftiziatrı, professor, 

t.e.d. 


İ.Axundova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun elmi 

işlər üzrə direktor müavini, t.f.d. 

İ.Qasımov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

Ftiziatriya bölməsinin elm üzrə müdiri, t.f.d. 

Z.Qədimova Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri 

kafedrasının assistenti, t.f.d. 

S.Məmmədova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutunun 

Uşaq vərəm şöbəsinin həkimi 

M.Qurbanova 1 

nömrəli Vərəm  Əleyhinə Dispanserin Uşaq 

şöbəsinin müdiri 

X.Əliyeva 4 

nömrəli Vərəm  Əleyhinə Dispanserin Meningit 

şöbəsinin həkimi 

İ.Əlizadə 

Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları  şöbəsinin 

həkim-metodisti 



Rəyçilər: 

N.Abbasov Azərbaycan Tibb Universitetinin Ağciyər 

xəstəlikləri kafedrasının müdiri, professor, t.e.d. 

 

Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi tərəfindən 



maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin Gücləndirilməsi” 

Layihəsinin vərəm üzrə baş  məsləhətçisi, t.f.d. A. Pasecnikovun 

ekspert qismində iştirakı ilə işlənib hazırlanmışdır.  

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 

icmalı  və ya nəticələri uyğun populyasiyaya şamil 

edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan 

(++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

İxtisarların siyahısı 



AQSXX 

ağciyərlərin qeyri-spesifik xronik xəstəlikləri 



BAL 

bronxoalveolyar lavaj 

 

ÇDD VEMR  çoxsaylı dərmanlara davamlı vərəmin empirik 

 müalicə rejimi 



ÇDD VMB 

çoxsaylı dərmanlara davamlı vərəm 

mikobakteriyaları 

DD 

dərmanlara davamlılıq 



DHT 

dərmanlara qarşı Həssaslıq Testi 



GDD VEMR  genişlənmiş dərmanlara davamlı vərəmin empirik 

müalicə rejimi 



GDD VMB 

genişlənmiş dərmanlara davamlı olan vərəm 

mikobakteriyaları  

XBT-10 

Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 



İİV 

insanın immunçatışmazlığı virusu 



İGRA 

Qamma-interferon əsasında aparılan test          



(Interferon Gamma Release Assays)

 

KJB 

Kalmett-Jeren Basilləri  



KP 

kimyəvi profilaktika 



KT 

kompüter tomoqrafiyası  



Mono-(S) 

streptomisinə qarşı monodavamlılıq 



M-PD VMB 

mono- və poli- davamlı vərəm mikobakteriyaları 



ÜST 

Ümumdünya Səhiyyə Təşkilatı 



VMB 

vərəm mikobakteriyaları 



 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

Protokol ftiziatrlar, pediatrlar, səhiyyə təşkilatçıları və rəhbərləri 

üçün nəzərdə tutulmuşdur.  

Pasiyent qrupu: vərəm xəstəliyi olan uşaqlar (0-18). 

Protokol uşaqlarda vərəmin diaqnostika və müalicəsi üzrə sübutlu 

təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır. 



Ümumi müddəalar 

Uşaq yaşının spesifikası (uşaqlarda az miqdarda bəlğəm ifrazı ilə 

müşayiət edilən birincili vərəmin üstünlük təşkil etməsi, ifraz olunan 

bəlğəmdə VMB-nin miqdarının az olması  və xüsusilə kiçik yaşlı 

uşaqlarda bəlğəmin toplanmasında mövcud olan problemlər, 

məsələn, bəlğəmin udulması)

12

  vərəm xəstəliyinin aşkarlanmasını, 



diaqnostikasını, müalicə  və profilaktikasını  çətinləşdirir. Təcrübə 

vərəmlə  xəstə  uşaqların  əhəmiyyətli hissəsinin aşkarlanmamış 

qaldığını göstərir

35

.  



Uşaqlarda vərəmlə  xəstələnmənin səviyyəsi böyüklər arasında 

vərəm  əleyhinə aparılan tədbirlərin effektivlik göstəricisidir

25



Uşaqlıq dövründə baş vermiş yoluxma həyatın sonrakı yaş 



dövrlərində infeksiyanın reaktivasiyası  nəticəsində  vərəmin inkişaf 

səbəbi olur. Buna görə  də  uşaqlarda latent və  fəal vərəmin 

aşkarlanması, onun effektiv müalicəsi vərəm  əleyhinə mövcud 

profilaktik tədbirlərin əsasını təşkil edir. 



Epidemiologiya 

Vərəmin geniş yayıldığı ölkələrdə uşaqlar arasında: 

 

vərəmlə xəstələnmənin səviyyəsi 20-50% təşkil edir



26,54

 



 

ağciyərdənkənar orqanların vərəminin klinik strukturunda 

periferik limfa düyünlərinin vərəmi (67%), mərkəzi sinir 

sisteminin vərəmi, o cümlədən vərəm meningiti (13%), vərəm 

plevriti (6%), miliar və ya səpələnmiş  vərəm (5%), sümük 

sisteminin vərəmi (4%) müşahidə edilir

27

 

 



 

10 yaşdan etibarən uşaqlarda xəstələnmənin strukturunda, yaşlı 



xəstələrdəkini xatırladan, ikincili vərəm formaları üstünlük təşkil edir

14

 



Böyüklərdən fərqli olaraq kiçik yaşlı uşaqlarda 60-80% hallarda 

vərəmin birincili formaları (ağciyər parenximasının və döş 

qəfəsidaxili limfa düyünlərinin zədələnməsi) üstünlük təşkil edir

43

.       



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8

ÜST-nin illik məlumatlarına  əsasən 14 yaşa qədər vərəmlə  xəstə 



uşaqlarda mikroskopik müayinələrin nəticəsi yalnız 0,6-3,6% 

hallarda müsbət olur

46

. Hətta kultural metodlar daxil olmaqla 



diaqnozun bakterioloji təsdiqi yalnız 50% hallarda mümkündür

13,16,33


.  

XBT-10 ÜZRƏ TƏSNİFAT

2

 



A15.0  Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural 

üsulla birgə və ya üsulsuz 

Vərəm mənşəli: 

 

bronxoektaziya       



 

ağciyər fibrozu 



bakterioskopik təsdiq edilmiş, 

 



pnevmoniya  

kultural üsulla mühitdə artımla və ya artımsız 

 

pnevmotoraks 



A15.1  Ağciyər vərəmi, yalnız kultural üsulla təsdiq edilmiş 

A15.0 rubrikasında göstərilən hallar, yalnız kultural mühitdə artımla 

təsdiq edilmiş 

A15.2  Ağciyər vərəmi, histoloji təsdiq edilmiş 

A15.0 rubrikasında göstərilən hallar, yalnız histoloji təsdiq edilmiş 



A15.3  Ağciyər vərəmi, dəqiqləşdirilməmiş üsulla təsdiq edilmiş 

A15.0 rubrikasında göstərilən təsdiq edilmiş hallar, lakin bakterioloji və 

ya histoloji müayinələr aparılmadan  

A15.4  Döş qəfəsidaxili limfa düyünlərinin vərəmi, bakterioloji 

və histoloji təsdiq edilmiş 

Kökönü 


Mediastinal  

 

Traxeobronxial  



 

Çıxarılıb: əgər birincili vərəm kimi müəyyən edilibsə (A15.7) 

A15.5  Qırtlaq, traxeya və bronxların vərəmi, bakterioloji və 

histoloji təsdiq edilmiş 

bronxların 

səs tellərinin bakterioloji 

və histoloji  

qırtlağın təsdiq edilmiş vərəmi 

traxeyanın 



A15.6  Vərəm plevriti, bakterioloji və histoloji təsdiq edilmiş 

Plevranın vərəmi bakterioloji 

və histoloji 

Vərəm empieması 

təsdiq edilmiş 

Çıxarılıb:  tənəffüs orqanlarının birincili vərəmi zamanı qeydə alınan 

vərəm plevriti, bakterioloji və histoloji təsdiq edilmiş (A15.7) 



A15.7  Tənəffüs orqanlarının birincili vərəmi, bakterioloji və 

histoloji təsdiq edilmiş 

limfa düyünlərinin bakterioloji və 

histoloji təsdiq edilmiş vərəmi 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

A15.8  Digər tənəffüs orqanlarının vərəmi, bakterioloji və 



histoloji təsdiq edilmiş 

Mediastinal

 

 

Burun-udlağın bakterioloji 



və histoloji  

Burnun  


təsdiq edilmiş vərəmi 

Əlavə ciblərin 



A15.9  Tənəffüs orqanlarının lokalizasiyası  dəqiqləşdirilməmiş 

vərəmi, bakterioloji və histoloji təsdiq edilmiş 

A16.0  Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin 

nəticələri mənfi olmaqla 

Vərəm mənşəli: 

 

bronxoektaziya 



 

ağciyər fibrozu 



bakterioloji və histoloji müayinələrin 

 



pnevmoniya  

nəticələri mənfi olmaqla 

 

pnevmotoraks 



A16.1  Ağciyər vərəmi, bakterioloji və histoloji tədqiqatlar 

aparılmadan 

A16.0 rubrikasında göstərilən hallar, bakterioloji və histoloji müayinələr 

aparılmadan 

A16.2  Ağciyər vərəmi, bakterioloji və histoloji təsdiq olunması 

göstərilmədən 

Ağciyər vərəmi: 

Vərəm mənşəli 

 



bronxoektaziya       

 



ağciyər fibrozu 

bakterioloji və histoloji təsdiq olunması 

 

pnevmoniya  



göstərilmədən 

 



pnevmotoraks 

A16.3  Döş  qəfəsidaxili limfa düyünlərinin vərəmi, bakterioloji 

və histoloji təsdiq olunması göstərilmədən 

Kökönü 


Döşdaxili  

limfa 


düyünlərinin bakterioloji və ya  

Mediastinal  

histoloji 

təsdiq olunması göstərilmədən vərəmi 

Traxeobronxial  

 

Çıxarılıb:  döş qəfəsi limfa düyünlərinin vərəmi, birincili vərəm kimi 

müəyyən edilmiş (A16.7) 

A16.4  Qırtlaq, traxeya və bronxların vərəmi, bakterioloji və 

histoloji təsdiq olunması göstərilmədən 

bronxların 

qırtlağın vərəmi (bakterioloji və histoloji  

səs tellərinin təsdiq olunması göstərilmədən) 

traxeyanın 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

10

A16.5  Vərəm plevriti, bakterioloji və histoloji təsdiq olunması 



göstərilmədən 

Plevranın vərəmi 

Vərəm mənşəli 

 



empiema bakterioloji 

və histoloji təsdiq olunması  

 

plevrit  



göstərilmədən 

A16.7  Tənəffüs orqanlarının birincili vərəmi, bakterioloji və 

histoloji təsdiq olunması göstərilmədən 

Tənəffüs orqanlarının birincili dəqiqləşdirilməmiş vərəmi 

İlkin vərəm kompleksi 

A16.8  Digər tənəffüs orqanlarının vərəmi, bakterioloji və 

histoloji təsdiq olunması göstərilmədən 

Mediastinal

 

 

Burun-udlağın bakterioloji 



və histoloji  

Burunun  

təsdiq olunması göstərilmədən  

Əlavə ciblərin 



A16.9  Tənəffüs orqanlarının lokalizasiyası  dəqiqləşdirilməmiş 

vərəmi, bakterioloji və histoloji təsdiq olunması 

göstərilmədən 

Tənəffüs orqanlarının ƏGO vərəmi 

ƏGO vərəm 

Vərəm xəstəliyinin mənbələri və yoluxma şərtləri  

Uşaqların vərəmlə yoluxma mənbəyi yaşlı xəstələrdir. Bu özünü 

ailədaxili təmasların mövcud olduğu zaman daha kəskin büruzə 

verir


45

. Lakin yoluxmanın təxminən yarısı ailədən kənarda baş verir 

və infeksiya mənbəyini bəzi hallarda aşkarlamaq mümkün olmur

37,50


.

 

Xəstələnmə ehtimalı ən çox yoluxmadan sonrakı ilk 2 il ərzində, 



xəstələnmə hadisələrinin yarısı sonrakı 5 il ərzində, qalanı isə həyatın 

sonrakı illərində istənilən zaman çərçivəsində baş verir

9,47

.

 



Uşaqlarda 

vərəmlə xəstələnmə hallarına 4 yaşa qədər və 14 yaşdan sonra daha 

tez-tez təsadüf edilir ki, bu da uşaq və yeniyetmə orqanizminin 

böyümə  və inkişafı dövründə immun sistemin formalaşması 

xüsusiyyətləri ilə əlaqədardır

7

. Buna görə də kiçik yaşlı və yeniyetmə 



uşaqlara tibb işçiləri tərəfindən xüsusi diqqət yetirilməlidir. 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11

İlkin vərəm 

Vərəmlə  xəstə  uşaqların 15%-də  vərəmin birincili formalarında 

rentgenoloji  əlamətlər, hətta xəstəlik morfoloji olaraq təsdiqləndiyi 

zaman da aşkar olunmaya bilər

53

. Həmçinin uşaqların 



rentgenoqramında müşahidə edilən dəyişikliklər yalnız vərəm üçün 

xarakterik olmur, analoji dəyişikliklər (ağciyərdə yerləşən ocaqlar, 

böyümüş döş  qəfəsidaxili limfa düyünləri və s.) pnevmoniyalar, 

limfomalar və digər xəstəliklər üçün də səciyyəvidir

19

.

 



Uşaqlarda vərəmə xas olan rentgenoloji dəyişikliklər ilkin vərəm 

kompleksi elementlərinin (ağciyər parenximasının zədələnməsi, 

böyümüş döş  qəfəsidaxili limfa düyünləri və bunların arasındakı 

limfanqoit) ifadə olunma səviyyəsindən asılıdır. Ağciyər 

parenximasının zədələnməsinin ölçüləri gözlə görünə bilinməyən 

dərəcədə kiçik və əksinə kəskin böyümüş ola bilər. Birincili vərəmdə 

ağciyər kökündəki limfa düyünlərinin böyüməsi xəstələrin 96%-də 

müşahidə edilir

8

. Bu böyümə  ağciyər seqmentinin, payının və ya 



bütün ağciyərin atelektazına səbəb ola bilər. Xəstələrin 

2

/



3

 hissəsində 

limfadenopatiya birtərəfli (adətən, sağ tərəfli) olur. Bir qayda olaraq 

ilkin zədələr ağciyərlərin orta və ya aşağı paylarında yerləşir.  

Xəstələrin 

2

/



3

 hissəsində  vərəm dəyişiklikləri 2 il müddətində 

tamamilə sorulur. Xəstələrin digər qismində müxtəlif qalıq dəyişik-

liklər formalaşır: çapıq toxuması, 15% hallarda ağciyər parenxima-

sında və döş qəfəsidaxili limfa düyünlərində kalsinatlaşmış ocaqlar. 

Döş  qəfəsidaxili limfa düyünlərində  vərəm dəyişikliklərinin geriyə 

dönmə prosesi ağciyər parenximasına nisbətən daha ləng gedir

8

.



 

Vərəmin ikincili formaları 

Uşaqlarda vərəmin ikincili formalarının rentgenoloji əlamətləri 

yaşlı  xəstələrdə müşahidə olunan dəyişikliklərə uyğundur.  İlkin 

mərhələdə bu dəyişikliklər eyni cinsli olmayan, səpələnmiş, aşağı 

intensivli ocaqlar şəklində,  əsasən ağciyərin zirvə-arxa  şöbələrində 

yerləşir. Əksər hallarda zədələnmə ikidən artıq seqmenti əhatə edir, 

xəstələrin yarısında ikitərəfli zədələnmə müşahidə olunur. 

Zədələnmiş nahiyələrdə dağılma boşluqlarının olması  vərəmin 

xarakterik  əlaməti sayılır və  xəstələrin 50%-də  təsadüf edilir. Bu 

boşluqların divarları, adətən, qalın və nahamar olur. Müvəffəqiyyətli 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

12

müalicə fonunda bunlar nazikləşir və hamarlaşaraq çapığa 



transformasiya edir. Kiçik bronxlar vərəm prosesinə cəlb olunduqda 

KT müayinəsi zamanı tumurcuqlu ağac budaqlarını xatırladan 

mənzərə müşahidə edilir ki, bu da fəal vərəm üçün xarakterik 

əlamətdir. Limfoadenopatiya və pnevmotoraksa vərəmin ikincili 

formalarında nadir hallarda (5%) təsadüf edilir. Xəstələrin             

10-40%-də KT müayinəsi zamanı bronxların stenozu aşkar olunur. 

Vərəmin ikincili formaları müşahidə olunan xəstələrin 18%-də 

zədələnmiş  ağciyər parenximası ilə bağlı hissələrdə plevral 

ekssudasiya müşahidə edilir

8

.



 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin