Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli


Vərəm infeksiyasının inkişaf mərhələləri



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix01.01.2017
ölçüsü2,92 Mb.
#4126
1   2   3   4

Vərəm infeksiyasının inkişaf mərhələləri 

Hər mərhələnin özünəməxsus zaman dövrü və yoluxma 

vaxtından, uşağın yaşından asılı olaraq xarakterik klinik, 

rentgenoloji, laborator əlamətləri mövcuddur.  

Aşağıda göstərilən vərəm prosesinin mərhələləri vərəmin bu və 

ya digər əlamətlərinin peyda olmasının mütləq olmasını yox, sadəcə 

onların mümkünlüyünü göstərir (Sxem). 

0 mərhələ yoluxmadan (kontaktdan) ilkin simptomların və 

VMB-yə qarşı reaksiyaların  əmələ  gəlməsinə  qədər keçən dövrdür. 

Bu dövr orta hesabla 3-8 həftə çəkir

28

.



 

I mərhələdə  ağciyər toxumasında regionar limfa düyünlərinin 

cəlb olunması ilə ilkin vərəm ocağı formalaşır. Bu mərhələ klinik 

olaraq hiperhəssaslıq reaksiyaları: hərarətin qalxması, dəridə düyünlü 

eritema tipli səpkilərin  əmələ  gəlməsi ilə müşayiət olunur, eləcə  də 

Mantu sınağı müsbət olur və bəzi hallarda ilkin vərəm kompleksinin 

rentgenoloji əlamətləri formalaşır. Uşaqların 50-60%-də rentgenoloji 

müayinə zamanı döş  qəfəsidaxili limfa düyünlərinin heç bir klinik 

simptomatika ilə müşayiət olunmayan böyüməsi müşahidə olunur, bu 

da yalnız vərəm infeksiyası ilə yoluxma markeri olub, xəstəliyin fəal 

formasına dəlalət etməyə  də bilər

24

. Eyni zamanda bu dövrdə    



VMB-nin bütün orqanizmdə hematogen disseminasiyası müşahidə 

edilə bilər. 



II mərhələ  ilkin yoluxmadan 1-3 ay sonra inkişaf edə bilər və 

uşaqlarda hematogen disseminasiya nəticəsində meningit və miliar 

vərəmin inkişaf riski ilə xarakterizə olunur. Lakin bu fəsadlar 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

13

vərəmin sonrakı dövrlərində də xəstəliyin proqressivləşməsi zamanı 



müşahidə oluna bilər. 

III mərhələ ilkin yoluxmadan 3-7 ay sonra başlaya bilər. Əksər 

hallarda bu mərhələdə hüceyrə tipli immun reaksiya vərəm prosesini 

dayandırır. Lakin bəzi uşaqlarda bu baş vermir və vərəm prosesinin 

inkişafı davam edir. Uşaqlar üçün vərəmin qısa zaman ərzində  fəal 

formaya keçməsi xarakterikdir. İlkin zədələnmənin proqressivləşməsi 

aşağıdakı yollarla baş verir: 1) ilkin zədələnmə ocağının genişlənmə-

si (kaverna ilə  və ya kavernasız); 2) atelektaz ilə  nəticələnə bilən 

obstruktiv dəyişikliklər ilə müşayiət olunan döş  qəfəsidaxili limfa 

düyünlərinin böyüməsi və 3) vərəmin limfogen və ya hematogen 

yolla yayılması. 5 yaşdan yuxarı  uşaqlarda bu dəyişikliklər, adətən, 

plevranın iltihabi prosesə qoşulması ilə müşayiət olunur. 

IV mərhələ ilkin yoluxmadan sonra 1-3 il ərzində formalaşır, 

ilkin vərəm kompleksi elementlərinin kalsinatlaşması ilə nəticələnir. 

İnfeksiyanın proqressivləşməsi nəticəsində isə 5 yaşa qədər uşaqlarda 

sümük-oynaq sisteminin vərəmi, yuxarı yaş qruplarında isə yaşlı xəs-

tələrdə inkişaf edən ikincili vərəmə bənzər forma müşahidə olunur. 

V mərhələ yoluxmadan 3 il sonra başlayır və ilkin zədələnmənin 

reaktivasiyası  və ya reinfeksiya nəticəsində  vərəmin gecikmiş 

əlamətləri ilə müşahidə olunur. Klinik olaraq bu özünü ağciyərin 

ikincili və ağciyərdənkənar orqanların vərəmi şəklində büruzə verir.  



Sxem: Uşaqlarda vərəm infeksiyasının inkişaf mərhələləri 

(Marais Bjetal-dan uyğunlaşdırılıb)

 

 

Qeyd. Düz meyilli xətt uşaqlarda 4-5 yaşdan sonra vərəmlə 

xəstələnmə tezliyinin tədricən azalmasını göstərir. 

Erkən yaşlı  uşaqlarda xəstəlik tez inkişaf edir və  kəskin 

pnevmoniyanın gedişatını xatırladır, lakin bu zaman geniş spektrli 

0     1     2     3     4     5     6     7     8     9     1 0     1 1     1 2     2



 

3

4

yoluxma 


I

 



II

 

III



 

IV

V



 

aylar


 

illər 


Z

a

m



a

n

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

14

antibiotiklərlə müalicə effektsiz olur. Çox vaxt vərəmli xəstə ilə, 



xüsusilə, xəstə ana ilə kontakt faktı aşkar olunur. 

Vərəmin diaqnostikası 

Vərəmə görə  uşaqların standart müayinəsi aşağıdakılardan 

ibarətdir: anamnez və onun simptomları, klinik, rentgenoloji, 

bakterioloji, immunoloji diaqnostika və instrumental müayinələr. 



Anamnez və xəstəliyin simptomları 

Anamnestik məlumatlar toplanarkən uşağın yaşadığı  ərazidə 

vərəmə görə epidemioloji vəziyyət nəzərə alınmalıdır. Bu, 

ailədənkənar təmas faktorlarının riskini qiymətləndirməyə imkan 

verir. Uşaq və valideyndən vərəmlə xəstə ailə üzvləri, yaxın qohumlar, 

qonşular və  uşağın getdiyi kollektivdə  vərəmli xəstə ilə mümkün 

təmas haqqında məlumatın alınması vacibdir. Uşağın ictimai 

nəqliyyatdan istifadə etməsi və ictimai yerlərdə olub-olmaması 

haqqında əldə edilən məlumat da xüsusi əhəmiyyət kəsb edir. 

Uşaqlarda 2 həftədən çox davam edən öskürək, fiziki inkişafdan 

geri qalma, zəiflik və tez yorulma simptomları  vərəm üçün ən 

səciyyəvi simptomlardır (Cədvəl 1). Vərəm zamanı müşahidə edilən 

simptomlardan  ən xarakterik olanı daimi, uzun sürən, quru, iltihab 

əleyhinə aparılan müalicə metodlarına (inhalyasiya, öskürək əleyhinə 

dərman vasitələrinin təyini və s.) tabe olmayan öskürəyin olmasıdır. 

Valideynlərdən uşaqda bu xarakterik öskürəyin olması haqda 

informasiya toplanılması vacibdir. Eyni zamanda son dövrlərdə 

uşağın davranışında dəyişikliklərin olub-olmaması (tez qıcıqlanma, 

diqqətin azalması, tez yorulma) da nəzərə alınmalıdır. 

Üç yaşından böyük uşaqlarda 3 simptomdan ibarət kombinasiya 

diaqnostik əhəmiyyətə malikdir: 

 



2 həftədən artıq sürən daimi öskürək ` 

 



son 3 ay ərzində uşağın bədən çəkisinin azalması  

 



ümumi zəiflik  

3 yaşdan kiçik uşaqlarda isə “zəiflik” simptomunun “müsbət 

tuberkulin sınağı” ilə  əvəz edilməsi diaqnozun dəqiqləşdirilməsi 

ehtimalını artırır.  



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

15

Cədvəl 1. Uşaqlarda simptomlara əsaslanan ağciyər vərəminin 



diaqnostikası  

(Marais BJetal. A refined symptom-based approach to diagnose pulmonary 

tuberculosis in children. Pediatrics. Nov, 2006; 18(5):e1350-9.2006) 

Simptomların 

kombinasiyası 

Risk 

qrupları 

(yaş, İİV-

status ) 

Həssaslıq

***

Spesifiklik

****

Müsbət 

proqnostik

əhəmiyyət 

 



Öskürək

 



 

Çəkinin azalması





 



 

Zəiflik 


3 yaşdan <

51,8% 


92,5% 

90,1% 


3 yaşdan ≥

82,3% 90,2%  82.3% 

 

Öskürək



*

 



 

Çəkinin azalması

**

 



 

Müsbət tuberkulin sınağı 

3 yaşdan <

67,3% 


93,8% 

93,2% 


 

Öskürək



*

 



 

Çəkinin azalması müşahidə 

edilmir

**

 



 

Zəiflik kəskin ifadə olunmayıb 



 

Dinamik müşahidə: öskürək 



2 həftədən çox davam edir 

3 yaşdan <

 

82,6% 


88,6% 

 



Öskürək

*

 



 

Çəkinin azalması müşahidə 



edilmir

**

 



 

Zəiflik ifadə edilmiş deyil 



 

Dinamik müşahidə: öskürək   



4 həftədən çox davam edir 

3 yaşdan <

 

98,6% 


88,6% 

 



Öskürək

*

 



 

Çəkinin azalması müşahidə 



edilmir

**

 



 

Zəiflik ifadə edilmiş deyil 



 

Dinamik müşahidə: öskürək 



2 həftədən çox davam edir  

3 yaşdan ≥

 98,9% 

85,1% 


 

Öskürək



*

 



 

Çəkinin azalması

**

 



 

Zəiflik 


 

Dinamik müşahidə: öskürək   



2 həftədən çox davam edir  

İİV-ə 


yoluxmuşlar

56,2% 75,0%  77,2% 

                                                            

 2 



həftədən uzun sürən daimi öskürək 



 



uşağın bədən çəkisinin son 3 ay müddətində azalması 

*** 


əlamətin (əlamətlərin kombinasiyasının) həssaslığı - həmin əlaməti (əlamətlərin kombinasiyası) 

 olan 


xəstələrin neçə % -də adı çəkilən xəstəliyin mövcud olmasını  göstərir  

**** 


əlamətin (əlamətlərin kombinasiyasının) spesifikliyi - həmin əlamətin (əlamətlərin kombinasiyası)  

 olmaması müayinə olunanların neçə %-də adı çəkilən xəstəliyin olmamasını göstərir 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

16

Vərəmin diaqnostikasının dəqiqliyi dinamik müşahidə aparılanda 



artır: 2 həftə  və daha uzun müddət sürən öskürək simptomatik 

yanaşmanın spesifikliyini və proqnostik əhəmiyyətini yüksəldir. Bu 

müşahidə, xüsusilə, “çəkinin azalması” və “zəiflik” simptomları 

kəskin ifadə olunmadıqda aparılır. Müşahidə ya müalicəsiz, ya da 

qeyri-spesifik müalicə (ftorxinolonlar və aminoqlikozidlər istisna 

olmaqla geniş spektrli antibiotiklərlə qurd invaziyasına, anemiyalara 

və digər xəstəliklərə qarşı) fonunda aparıla bilər.  Əgər bu zaman 

öskürək keçmirsə  və ya onun kəskin  şəkildə azalması müşahidə 

edilmirsə, diaqnozun “vərəm” olması ehtimal edilir. İİV-ə yoluxmuş 

uşaqlarda simptomlara əsaslanan diaqnostika effektsizdir

23

.

 



Uşaqlarda səciyyəvi klinik simptomlara əsaslanan yanaşma ön 

plana çıxır. Klinik, rentgenoloji və laborator müayinələrin nəticələri 

vərəm diaqnozunu əsaslandırmağa imkan vermədiyi hallarda vərəm 

xəstəliyinə  şübhəli uşaqlara geniş spektrli antibiotiklərlə müalicə 

(ftorxinolonlar və aminoqlikozidlər istisna olmaqla) kursu təyin 

edilir. Bəzi hallarda uşağın fiziki inkişafdan geri qalmasına səbəb ola 

biləcək digər xəstəliklərin (qurd invaziyası, anemiyaların və digər 

xəstəliklərin) müalicəsi zəruri olur. Əgər bu müalicədən sonra 

müsbət klinik və rentgenoloji dinamika olmursa “vərəm” diaqnozu 

təsdiq edilir

46

.

 



Yuxarıda göstərilənlərdən  əlavə  uşaqlarda digər simptomlar da 

müşahidə edilə bilər: hərarətin qalxması, gecə  tərləmələri, 

iştahasızlıq, dəri örtüyünün avazıması, müxtəlif lokalizasiyalı ağrılar, 

periferik adenopatiya, oynaqlarda şişkinlik və hiperemiya. Gecikmiş 

hallarda qanhayxırma, periferik limfa düyünlərində fistulalar, kifoz 

və sümüklərdə digər deformasiyalar müşahidə edilə bilər. 



Klinik müayinələr 

Uşağın fiziki inkişafının daimi monitorinqi vacib 

məqamlardandır. Xarici müayinələr zamanı  uşağın fiziki inkişaf 

dərəcəsi, onun yaş normativlərinə müvafiq olub-olmaması, dəri 

örtüyünün solğunluğuna, nəmliyinə  və  bədən hərarətinə diqqət 

yetirmək lazımdır. Boyun, qoltuqaltı, qasıq limfa düyünlərinin 

palpasiyası vacibdir. Ağciyərlərin auskultasiyası zamanı atelektazın 

və ya plevritin olmasına dəlalət edən tənəffüs zəifləməsinin, ağciyər 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

17

parenximasının və bronxların zədələnmə  əlaməti olan xırıltıların 



olub-olmaması nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, birincili 

vərəm zamanı, adətən, ağciyərlərin aşağı payları, ikincili vərəm 

zamanı isə  ağciyərlərin yuxarı paylarının yuxarı-arxa  şöbələri 

zədələnməyə məruz qalır. Uşaqlarda ağciyər vərəmi ağciyərdənkənar 

zədələnmələrlə müşayiət oluna bilər. Buna görə də müayinə zamanı 

mütləq olaraq qarının, kürəyin, iri sümüklərin, digər orqan və 

sistemlərin vizual, palpator, perkutor və auskultasiya müayinəsini 

aparmaq lazımdır. 

Mərkəzi və periferik sinir sisteminin zədələnməsini inkar etmək 

üçün nevroloji simptomatikanın: bəbəklərin ölçüsü və simmetrikliyi, 

çəpgözlük,  ənsə  əzələlərinin gərginliyi, burun-dodaq büküşünün 

assimmetrikliyi, kiçik çanaq orqanlarında funksional pozuntular, 

ətraflarda hərəki funksiyaların və hissi pozuntuların olub-olmaması 

nəzərə alınmalıdır. 

Fistula ilə  ağırlaşmalar zamanı onları (fistulaları) zədələnmiş 

orqanlarda: periferik limfa düyünləri, onurğa, iri oynaqlar 

nahiyəsində görmək mümkündür. 

Vərəmlə diferensiasiya olunmağa ehtiyacı olan xəstəliklər və 

hallar: 

 



ləng inkişaf edən, kəllədaxili təzyiqin artması ilə müşayiət olunan 

və geniş spektrli antibiotiklərlə müalicəyə tabe olmayan 

meningitlər 

 



plevral boşluğa mayenin yığılması 

 



perikard boşluğuna mayenin yığılması 

 



assit ilə müşayiət olan qarının böyüməsi 

 



periferik limfa düyünlərinin fistulasız böyüməsi 

 



oynaqların ölçüsünün ağrısız böyüməsi 

İmmunoloji müayinələr 

Mantu sınağı.  Vərəmin diaqnostikası  məqsədi ilə aparılan 

immunoloji müayinələrin proqresinə baxmayaraq, tuberkulin 

diaqnostikası  ən çox tətbiq edilən dəriiçi Mantu sınağı 

modifikasiyasında yeganə  əlverişli metod kimi istifadə olunur. 

Müsbət tuberkulin sınaqları VMB ilə yoluxmaya və ya postvaksinal 

allergiyanın olmasına dəlalət edə bilər. Lakin 5 yaşa çatmış KJB 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

18

almış  uşaqlarda tuberkulin sınaqları  mənfi olur. Hiperergik 



tuberkulin sınaqları KJB vaksinasiyasından sonrakı postvaksinal 

immunitetlə deyil, fəal vərəmlə  əlaqədar olur

51

. Tuberkulinə qarşı 



hiperhəssaslıq reaksiyalarına, eləcə 

də fliktenulyoz 

keratokonyunktivit və dərinin düyünlü eriteması da aiddir. Yenilikcə 

aşkar olunmuş tuberkulin sınaqlarının konversiyası (viraj) və ya 

əvvəlki nəticələrinin güclənməsinin (artan reaksiya) müşahidə 

edilməsi haqqında məlumat xüsusi əhəmiyyətə malikdir. Yoluxmanın 

bu dövründə  fəal vərəmlə  xəstələnmə halları daha tez-tez müşahidə 

edilir. Mantu sınağı digər diaqnostik metodlara köməkçi metod kimi 

istifadə olunur və ayrılıqda onun nəticəsi fəal vərəmi təsdiq və ya 

inkar etmir. Fəal vərəmlə xəstə uşaqların 10%-də tuberkulin sınaqları 

mənfi ola bilir. İmmunodefisit hallarında tuberkulin sınaqlarının 

mənfi nəticələrinin səviyyəsi yüksəlir

41

.

 



Qamma-interferon  əsasında aparılan testlər (İGRA). 

Yoluxmanın (gizli vərəmin) nisbətən yeni diaqnostika üsullarından 

olan  İGRA testləri tuberkulin testləri ilə müqayisədə daha yüksək 

spesifikliyə malikdir (B)

48

. Bu orqanizmdə KJB ştammı və ya qeyri-



vərəm mikobakteriyaları olduğu zamanı tuberkulinə qarşı çarpaz 

reaksiyaların inkişafı ilə  əlaqədardır.  İGRA testlərində isə VMB-yə 

və çox az saylı qeyri-vərəm mikobakteriyalarına xarakterik olan iki 

süni  şəkildə ayrılmış antigen istifadə olunur (ESAT-6, CFP-10). 

Buna görə  də  İGRA testlərinin istifadəsi postvaksinal immunitet və 

ya qeyri-vərəm mikobakteriyalarının infeksiyası ilə izah edilən 

müsbət Mantu reaksiyası olan şəxslərdə yanlış olaraq kimyəvi 

profilaktikanın  aparılmasının qarşısını alır. Hal-hazırda  İGRA 

testlərinin istifadəsi onun bahalı olması səbəbindən məhduddur. 

İmmun cavab yoluxmadan 2 ay sonra tam formalaşır ki, bundan 

sonra yuxarıda göstərilən sınaqlar müsbət olur.  

Rentgenoloji müayinələr 

Döş  qəfəsinin müayinəsi zamanı  fəal vərəm üçün xarakterik 

rentgenoloji  əlamətlər: döş  qəfəsidaxili limfa vəzlərinin böyüməsi, 

ağciyərdə toxumasının bərkişməsi (infiltratlar, ocaqlar), miliar 

disseminasiya və ikincili vərəm üçün xarakterik əlamətlər (“yaşlı 

xəstələr” tipi)

23

.

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

19

Vərəm xəstəliyinə  şübhəli uşaqların rentgenoloji müayinəsi, 



adətən, döş  qəfəsinin ön proyeksiyada çəkilmiş standart 

rentgenoqramı ilə başlanır. Döş  qəfəsidaxili limfa düyünlərinin 

böyüməsinə şübhə olduqda əlavə olaraq döş qəfəsinin KT müayinəsi 

(ağciyər və mediastinal rejimdə) aparılmalıdır. 

Rentgenoqramların qiymətləndirilməsi zamanı xüsusi diqqət 

yetirilməli zonalar: 

 

ağciyər sahələri: ağciyərin parenximası, orta və kiçik ölçülü 



bronxlar, plevral boşluqlar 

 



ağciyər kökləri: baş və pay bronxları, limfa düyünləri 

 



divararalığı: paratraxeal və bifurkasion zonalardakı, ön və arxa 

divararalığındakı limfa düyünləri 

Rengenoqramlardakı  vərəmə xas tipik dəyişikliklər müvafiq 

vəsaitlərdə verilmişdir. 



Bakterioloji müayinələr 

Vərəmin diaqnostikasında  əsas müayinə metodu bakterioloji 

müayinədir. Lakin uşaqlarda ifraz edilən bəlğəmin miqdarının az 

olması, (uşaqlar, adətən, bəlğəmi udurlar) yığılmasındakı problemlər 

müayinə edilən materialda VMB-nin azlığı kimi səbəblərdən bu 

müayinənin aparılmasında çətinlik törədir

11

. Uşaqlarda patoloji 



materialın yığılmasını  təkmilləşdirmək üçün bir sıra metodlar təklif 

edilmişdir

21,24

: mədədən aspirasiya



3,42

, qıcıqlandırıcı inhalyasiya

56



bronxoalveolyar, burun-udlaq yuyuntularının əldə edilməsi və strinq-



testlər

11,49


 

Ağciyər vərəmi zamanı bakterioloji müayinənin aparılması üçün 



əsas material bəlğəmdir. Burundan, udlaqdan, mədədən, periferik 

limfa düyünlərindən, bronxlardan, plevral boşluqdan və  ağciyər 

parenximasından alınmış materialın müayinəsi köməkçi xarakter 

daşıyır. Uşaqlardan təbii öskürək yolu ilə  bəlğəm yığmaq mümkün 

olmadıqda nebulayzerin köməyi ilə xörək duzunun 3%-li məhlulu ilə 

qıcıqlandırıcı inhalyasiyalar göstərişdir. Bu mümkün olmadıqda 

nazofaringeal aspirasiya və strinq-testin aparılması  (Əlavə  1

göstərişdir. 

Bronxoalveolyar lavajın alınması  məqsədi ilə aparılan 

bronxoskopiya prioritet müayinə metodu olmayıb, yalnız mütləq 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

20

bakteriya ifrazının gözlənildiyi və  hər hansı bir səbəbdən bəlğəmi 



yuxarıda göstərilən metodlarla yığmaq mümkün olmadıqda istifadə 

edilə bilər. Çox nadir hallarda diferensial diaqnostika məqsədi ilə 

bronxların və plevranın biopsiyası, ağciyərin transbronxial biopsiyası 

zərurəti yarana bilər. 

Böyümüş periferik limfa düyünləri müşahidə edildikdə, bəlğəmin 

müayinəsi ilə yanaşı xüsusi təlim keçmiş  cərrahlar tərəfindən nazik 

iynəli aspirasiya biopsiyası da aparılmalıdır. 

Bütün yığılmış materiallar qəbul edilmiş alqoritmə  əsasən 

mikroskopiya, duru qidalı mühitlərdə (MGİT, Bactec) əkilmə  və 

spesifik dərmanlara həssaslığı təyin etmək üçün regional bakterioloji 

laboratoriyalara göndərilməlidir. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin