Ə
Ə
L
L
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
İ
İ
Ş
Ş
L
L
Ə
Ə
N
N
M
M
Ə
Ə
S
S
İ
İ
MƏQSƏD
Əllərin dekontaminasiyası və dezinfeksiyası
GÖSTƏRİŞ
Xəstə və/və ya xəstəyə toxunan istənilən əşya ilə təmas
İstənilən tibbi prosedur və ya manipulyasiyanın yerinə yetirilməsi
VƏSAİT
dozatorla duru sabun
dozatorla dezinfeksiyaedici vasitə
kağız və ya birdəfəlik dəsmal
Əlləri yuma texnikası
PROSEDUR
Üzükləri, qolbaqları, saatı çıxarmalı (təbii dırnaqları qısa saxlamalı)
Kranı açmalı, suyun temperaturunu tənzimləməli (isti sudan istifadədən etməməli, belə ki, yüksək
temperaturlu sudan çox istifadə dermatit riskini artıra bilər (B)
Axar suyun altında əlləri islatmalı və kifayət qədər sabun sürtməli
Sabunu dövri hərəkətlərlə hər iki əlin ovuc və arxa səthlərinə sürtməli (şək. 1). Hər hərəkəti 5 dəfədən az
olmayaraq təkrar etməli (B)
Əlləri su ilə yaxalamalı və birdəfəlik dəsmalla səylə qurulamalı
Həmin birdəfəlik dəsmalı su kranını bağlamaq üçün istifadə etməli
Şəkil 1. Əllərin yuyulması və antiseptik işlənməsi texnikası
Qeyd: yuma əllərin səthindəki çirki və mikroorqanizmləri mexaniki aparır, lakin onları dezinfeksiya
etmir!
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
10
Əllərin antiseptik işlənməsi texnikası
Əllərə kifayət qədər antiseptik töküb dövri hərəkətlərlə dəri quruyana qədər sürtməli (B)
Əlcəklərdən istifadə
Əlcəklərdən istifadə əllərin yuyulmasını və antiseptiklərlə işlənməsini əvəz etmir (B)
Qanla, orqanizmin hər hansı bir ifrazatları ilə, selikli qişalarla və ya zədələnmiş dəri ilə təmasda olduqda
həmişə əlcəklərdən istifadə etməli (С)
Eyni cüt əlcəyi yalnız bir pasiyentə istifadə etməli və onlardan təkrar istifadə etməməli(B)
Cədvəl 1. Əllərin işlənməsi alqoritmi
Hərəkət alqoritmi
Yerinə yetirilmə xüsusiyyətləri
Nəzəri əsaslandırma
I. Prosedura hazırlıq
1. Üzükləri, qolbaqları, saatı
çıxarmalı
Mikroorqanizmlərin effektiv
təmizlənməsini çətinləşdirir
2. Kranı açmalı, suyun
temperaturunu tənzimləməli
Su ilıq olmalıdır
İsti su məsamələri açır və
mikroorqanizmlərin dəri səthinə
çıxmasına səbəb olur
II. Prosedurun aparılması
3. Axar suyun altında əlləri
islatmalı
Sabunun yuyucu xüsusiyyətlərini
yaxşılaşdırmaq üçün
4. Ovuca duru sabun tökməli Birdəfəlik istifadə üçün dozatorlarda
duru sabun daha məqsədəuyğundur.
Çoxdəfəlik istifadə olunan dozatorlar
vaxt keçdikcə kontaminasiya olurlar:
qismən dolu dozatora sabun əlavə
etmək lazım deyil.
Əllərin yuyulmasının keyfiyyətini
yaxşılaşdırmaq üçün
5. Duru sabunu köpükləndirməli
Sabun, ovucları bir-birinə intensiv
sürtdükdə köpüklənir
Köpük yuyucu xüsusiyyətə malikdir
6. Dövri hərəkətlərlə biləklərin
sürtülməsi
Əllərdən çirkin təmizlənməsi
7. Ovucların sürtülməsi: ovuc
ovuca
8. Biləklərin arxa səthinin
sürtülməsi
Sağ ovuc sol biləyin arxa səthində.
Sol ovuc sağ biləyin arxa səthində.
9. Ovuc ovuca, bir əlin barmaqları
digər əlin barmaqarası sahələrində
10. Barmaqların uclarının
yuyulması
Əllərin barmaqları bükülüb və digər
ovucdadır (“kiliddədir”)
11. Baş barmaqların dövri
sürtülməsi
12. Ovucların dövri sürtülməsi
III. Prosedurun sonu
13. Əllərdən sabunu yumalı
Sabun əllərdən həmin ardıcıllıqla
yuyulur
Sabunla birlikdə əllərdən çirk və
mikroorqanizmlər də təmizlənir
14. Kranı bağlamalı Kran
kağız dəsmalla bağlanır
İnfeksion təhlükəsizliyə riayət olunur,
əllərin rekontaminasiyası istisna edilir
15. Əlləri qurulamalı
Əllər kağız dəsmalla qurulanır Dərinin mikrozədələnməməsi üçün
əlləri bərk silməməli
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
11
Ədəbiyyat
1. CDC, Guideline for Disinfection and Sterilization in Healthcare Facilities, 2008. William A. Rutala,
Ph.D.M.P.H., David J. Weber, M.D., M.P.H., and the Healthcare Infection Control Practices Advisory
Committee (HICPAC)
2. Guideline for Hand Hygiene in Health-Care Settings. Recommendations of the Healthcare Infection
Control Practices Advisory Committee and thу HICPAC/SHEA/APIC/IDSA Hand Hygiene, October 25,
2002
3. «Обработка рук и кожных покровов в целях профилактики внутрибольничных инфекций» -
Kапба И.В., Чистякова А.Ю., Зубова Е.Н.- ООО «Издательский дом «ФортеПресс», 2004 год.
4. Общество Kонтроля Госпитальных Инфекций Санкт-Петербурга. Рекомендации по мытью и
антисептике рук., В.Е. Жолобов, 2006.
5. Руководство ВОЗ по гигиене рук и медико-санитарной помощи. 2006. Гигиена рук и
использование перчаток в ЛПУ. Под ред. академика РАЕН Л.П., Зуевой С.П.б., 2006.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
12
Y
Y
E
E
N
N
İ
İ
D
D
O
O
Ğ
Ğ
U
U
L
L
M
M
U
U
Ş
Ş
U
U
Ş
Ş
A
A
Ğ
Ğ
I
I
N
N
A
A
Ğ
Ğ
R
R
I
I
S
S
I
I
Z
Z
L
L
A
A
Ş
Ş
D
D
I
I
R
R
I
I
L
L
M
M
A
A
S
S
I
I
ÜMUMİ MÜDDƏALAR
Yenidoğulmuş uşaqlarda ağrı çox vaxt bilinmir və müalicə edilmir. Yenidoğulmuşlar ağrını duyurlar,
buna görə də, lazım gəldikdə onları ağrısızlaşdırmaq lazımdır.
Əgər prosedur yaşlı adam üçün ağrılıdırsa, onun yenidoğulmuş, hətta yarımçıq doğulmuş üçün də ağrılı
olduğunu qəbul etmək lazımdır.
Böyük uşaqlar və yaşlılarla müqayisədə yenidoğulmuşlar həm ağrının özünə, həm də onun uzun
müddətli təsirinə qarşı daha həssas olurlar.
Ağrının adekvat müalicəsi fəsadların həcminin azalması və yenidoğulmuş uşaqların ölümünün azalması
ilə müşayiət oluna bilər.
Ümumi tədbirlərin farmakoloji vasitələrlə doğru müştərəkliyi bir çox hallarda yenidoğulmuş uşaqlarda
ağrının qarşısını almağa, ağrını azaltmağa və ya onu aradan qaldırmağa kömək edir.
Sedativ vasitələrdən istifadə ağrını aradan qaldırmır və yenidoğulmuş uşağın ağrıya reaksiyasını gizlədə
bilər.
Uşaqda ağrıya aşkar reaksiyanın olmaması (ağlamaq və hərəki aktivlik daxil olmaqla) heç də
yenidoğulmuş uşağın ağrı hiss etmədiyini göstərmir (xüsusilə yarımçıqlar).
Tibb işçiləri yenidoğulmuş uşaqların ağrısızlaşdırılması üzrə sübutlara əsaslanmış mövcud tövsiyələrə
ciddi əməl etməlidirlər.
AĞRILI PROSEDUR VƏ MANİPULYASİYALAR
Periferik və mərkəzi venaların punksiyası və kateterizasiyası
Periferik arteriyaların punksiyası
Dabandan qan götürülməsi
Onurğa beyninin punksiyası
Əmgəyin punksiyası
Ürəyin tamponadası zamanı perikardın punksiyası
Plevra boşluğunun punksiyası və drenajı
Sidik kisəsinin punksiyası
Тraxeotomiya
Sünnət edilmə (sirkumsiziya)
İstənilən cərrahi müdaxilələr
Mədəyə zond yeridilməsi
Sidik kisəsinin kateterizasiyası
Əzələdaxili və dərialtı dərman yeridilməsi
Traxeyanın intubasiyası
Endotraxeal borudan möhtəviyyatın sorulması
Dəri səthindən leykoplastırın çıxarılması
Yenidoğulmuşda ağrı hissiyyatının təzahürləri (təyini)
İstənilən prosedur və ya manipulyasiyaya başlamazdan əvvəl yenidoğulmuş uşağın başlanğıc vəziyyətini
qiymətləndirmək vacibdir.
Prosedur və ya manipulyasiya zamanı və ondan sonra yenidoğulmuşun ağrı reaksiyasını (hissini)
qiymətləndirmək və qeyd etmək.
Qiymətləndirmə hərtərəfli olmalıdır və yenidoğulmuş uşağın davranışını və fizioloji reaksiyalarını
özündə əks etdirməlidir:
Davranış reaksiyası Fizioloji
reaksiyalar
Kəskin, şiddətli ağlamaq (vaxtında doğulanlarda)
Тахikardiya
İniltili, sakit ağlamaq (yarımçıqlarda)
Тахipnoe, səthi tənəffüs
Üz-gözü büzüşdürmə (qrimasa):
bağlı gözlər,
çatılmış qaşlar,
büzüşmüş alın,
ağız bucaqlarının itiliyi,
geniş açılmış ağız,
qalxmış dil,
titrəyən alt çənə,
itiləşmiş burun-dodaq büküşü
Аpnoe (çox vaxt yarımçıqlarda)
Arterial təzyiqin yüksəlməsi və ya aşağı enməsi
Qanın saturasiyasının (SaO
2
) azalması
Qanda (РО
2
) oksigenin azalması
Qanda (РCО
2
) karbon qazının artması
Bəbəklərin genişlənməsi
Dərinin qızarması və ya avazıması
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
13
Bədənin titrəməsi Tərli ovuclar
Ətrafların kəskin dartılması, ayaqla təpikləmə
Ətrafların əzələ hipo-hipertonusu
Ümumi əsəbilik və ya süstlük
MƏQSƏD
Yenidoğulmuş uşaqda ağrı hissinin qarşısını almaq, azaltmaq və ya aradan qaldırmaq
VASİTƏLƏR
Ümumi tədbirlər və qeyri-farmakoloji vasitələr
Dərmanlar
Yenidoğulmuşda ağrı hissinin azalmasına kömək edən və stressi azaldan ümumi tədbirlər və qeyri
farmakoloji vasitələr
Prosedurun yerinə yetirilməsi zamanı fərdi qulluq: xarici qıcıqların azaldılması, rahat vəziyyət verilməsi,
“yuva”nın yaradılması, davranışa nəzarət, prosedur yerinə yetirilən zaman tsirkad
ritmə riayət edilməsi (С)
Prosedur zamanı qoruyucu rejim: otağın həddindən artıq işıqlandırılmasının və ətraf küyün aradan
qaldırılması (D)
Musiqi terapiyası: bətndaxili səslərin istifadəsi ilə və ya reflektor əmmə ilə müştərək instrumental musiqi (D)
Prosedur zamanı bələmə: uşağın əskiyə və ya yorğana bələnməsi (С)
Prosedur zamanı “embrion vəziyyəti”nin yaradılması: əllər və ayaqlar bükülmüş vəziyyətdədir və
yüngülcə uşağın bədəninə sıxılıb (С)
Uşağın ananın qucağında olması (D)
“Dəri-dəriyə” təması (“kenquru” üsulu): uşağın ana və ya atanın sinəsinə qoyulması (В)
Prosedur zamanı valideynlərin iştirakı (D)
Reflektor əmmə (qida qəbulu ilə əlaqədar olmayan əmmə): prosedur zamanı süd və ya süni qarışıq
vermədən boş əmzikdən istifadə (В)
Prosedurdan əvvəl, prosedur zamanı və sonra döşlə əmizdirmə və ya sağılmış ana südünün verilməsi (А)
Prosedur zamanı yenidoğulmuş uşağın ağzına 10-33%-li qlükoza məhlulunun verilməsi (В, С)
Prosedur zamanı və sonra yenidoğulmuş uşağın ağzına 12-24%-li saxaroza məhlulunun verilməsi (А)
Qida qəbulu ilə əlaqədar olmayan reflektor əmmə, yenidoğulmuş uşaqda güclü dominant müsbət faktor
olub, ağrı hissinin azalmasına kömək edir. Prosedur zamanı boş əmzik və ya barmağı əmmə uşağın diqqətini
əmmə prosesi ilə bağlı xoş hisslərə yönəldir və bununla da ağrıdan baş verən xoşagəlməz duyğuları azaldır
(“qalib gəlir”).
Saxaroza və qlükozanın ağrıkəsici effekti baş beyin neyronlarından ayrılan endorfinlərin (morfinəbənzər
birləşmələrin) yenidoğulmuş uşağın ağız boşluğundakı dad reseptorlarına təsiri ilə izah olunur. Saxaroza və
qlükozanın mədə zondu vasitəsi ilə təyini ağrıkəsici təsir göstərmir.
Saxarozanın təyini üsulu:
Prosedur başlamazdan 1-2 dəqiqə əvvəl yenidoğulmuş uşağın ağzına 0.05-2 ml 12-24%-li saxaroza
məhlulu damızdırılır. Təsir müddəti - 2 dəqiqəyə yaxındır. Prosedur zamanı bu dozanı bir də təkrarlamaq
olar. Boş əmziyi saxarozada isladıb prosedurdan 1-2 dəqiqə əvvəl və prosedur zamanı uşağa əmməyə vermək
olar - saxaroza və qlükoza ilə reflektor əmmənin müştərəkliyi ağrıkəsici effekti gücləndirir (С).
Saxarozanın dozası uşağın hestasiya yaşından asılıdır:
27-31 həftə. maksimal doza 0.5 ml;
32-36 həftə. maksimal doza 1.0 ml;
>37 həftə. maksimal doza 2.0 ml;
əgər boş əmzik istifadə olunursa, onun hər dəfə saxarozada isladılması təxminən 0,2 ml-ə uyğundur.
Uşağın davranış və dərketmə inkişafına mənfi təsir göstərə biləcəyini, xüsusilə yarımçıq uşaqlarda,
nəzərə alaraq, saxaroza və qlükozanı 10 dozadan çox istifadə etmək lazım deyil (D).
Yenidoğulmuş uşaqlara saxaroza və qlükozanın təyini ağrını tam aradan qaldırmır, ancaq ağrı
hissiyyatını azaldır, ona görə də onların ağrı və stressi azaltmaq üçün ümumi tədbirlərlə və reflektor əmmə
ilə müştərək təyini ağrıkəsici effekti gücləndirir (С). Daha yüksək konsentrasiyalı məhlulların az
konsentrasiyalı məhlullara nisbətən daha yaxşı ağrıkəsici təsiri olduğuna dair sübutlar var (D).
Qlükoza məhlullarının təyini üsulu saxarozanın təyini üsulu ilə eynidir.
Prosedur zamanı döşlə əmizdirmə və ya sağılmış ana südü verilməsindən istifadə olunması şirin
məhlullar kimi və hətta daha çox ağrıkəsici təsirə malikdir (С). Əgər uşaq prosedurdan 1-2 dəqiqə əvvəl,
prosedur zamanı və prosedurdan sonra döşlə əmizdirilirsə və ya sağılmış ana südü ilə qidalandırılırsa,
ağrıkəsici effekt əldə edilir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
14
Dərmanlar
Yenidoğulmuş uşaqların ağrısızlaşdırılması üçün istifadə olunan əsas dərmanlar, onların dozaları, tətbiqi
üsulları cədvəl 2-də təqdim olunur.
Cədvəl 2. Neonatologiyada istifadə olunan analgetiklər və anestetiklər
Dərman Doza Qeydlər
Yerli anestetiklər
2.5% lidokain və 2.5% prilokain
(5% EMLA kremi )
Prosedurdan 60 dəqiqə əvvəl sarğı
altında dəri səthinə 0,5-2,0 q
Hər 15 dəqiqədən bir, toxumaların yerli
reaksiyasına nəzarət etmək lazımdır
(hiperemiya,qızartı, vazospazm). Təsir
müddəti -5 saata qədərdir.
4%-li liposom lidokain kremi
Prosedurdan 30 dəqiqə əvvəl sarğı
altında dəri səthinə 1,0 q
1%-li lidokain məhlulu Dərialtına 2-4 mq/kq, 4% natrium
bikarbonat ilə 1:10 nisbətində
durulaşdırmalı
Maksimal doza 5 mq/kq
2%-li lidokain məhlulu və ya 10%-li
lidokain aerozolu
0,5-1 ml və ya selikli qişaların
ağrısızlaşdırılması üçün 1 doza
püskürtmə (çiləmə)
4%-li tetrakain geli (ametokain)
Prosedurdan 30-45 dəqiqə əvvəl sarğı
altında dəri səthinə 1,0 q
Qızartı və yüngül dəri ödəmi ola bilər.
Təsir müddəti - 4-6 saatdır.
Sistem analgetiklər
Birdəfəlik doza
Daimi infuziya
Morfin hidroxlorid
50-100 mkq/kq v/d
10-40 mkq/kq/saat
Fentanil
0.5-3 mkq/kq v/d
0.5-2 mkq/kq/saat
Тramadol
1-2 mq/kq v/d
100-400 mkq/kq/saat
Parasetamol
10-15 mq/kq (оral) və ya 20-30 mq/kq
(rektal) hər 6-8 saatdan bir
Oral yeridildikdə qanda maks.
konsentrasiyası 30-60 dəqiqədən sonra,
rektal yeridildikdə - 1-2.5 sonra
Ümumi anestetiklər və sedativlər*
Kеtamin
0.5-2 mq/kq v/d ( 60 san.ərzində)
0.5-1 mq/kq saat
Тiopental-natrium
2-6 mq/kq v/d
1-4 mq/kq/saat
Diazepam 0.1-2.5
mq/kq
v/d 0.3-0.5
mq/kq/saat
Midazolam (dormikum)
0.05-0.2 mq/kq v/d
0.06-0.12 mq/kq/saat və ya 1-2
mkq/kq/dəq.
Propofol
2.5 mq/kq v/d
0.5-4 mq/kq/saat
Epidural anestetiklər
Bupivakain 0.08-0.1%
0.25 mq/kq/saat maks. 24-36 saat
Levobupivokain 0.25%
2.5 mq/kq
0.25-0.75 mq/kq/saat
Ropivakain
0.9 mq/kq
0.2 mq/kq/saat
Yenidoğulmuş uşaqlarda endotraxeal intubasiya zamanı ağrısızlaşdırma və stressin aradan
qaldırılması
Cədvəl 3. Dərmanlar, onların müştərəkliyi və dozası
Traxeyanın intubasiyası üçün dərmanlar Tövsiyə səviyyəsi
Atropinin, opioidlərin və əzələ relaksantlarının v/d yeridilməsinin kombinasiyası
Аtropin sulfat 20 mkq/kq 1 dəq. ərzində. + fentanil 2 mkq/kq 5 dəq. ərzində + mivakurium
200 mkq/kq tez yeridilmə
В
Morfin hydroxlorid 100 mkq/kq + аtropin 10 mkq/kq + susametonium
2 mq/kq tez
yeridilmə
В
Propofol 2.5 mq/kq v/d axınla (maks. 2 dəfə)
В
Tiopental-natrium 6 mq/kq v/d axınla 1 dəqiqə ərzində
В
Sistem analgetikləri, ümumi analgetiklər və sedativ vasitələr yenidoğulmuş uşağın tənəffüs sistemini ləngitdiyi üçün onlardan
yalnız təcili endotraxeal intubasiya və ASV aparmaq imkanı olan yerlərdə istifadə edilə bilər
Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
15
Konkret prosedur və manipulyasiyalar zamanı yenidoğulmuş uşaqların ağrısızlaşdırılması
Bir çox hallarda daha yaxşı ağrısızlaşdırma effekti bir deyil, bir neçə ağrısızlaşdırma üsulundan və
onların səmərəli müştərəkliyindən alınır. Yenidoğulmuş uşaqlarda prosedur və/və ya manipulyasiyalar
zamanı həmişə ümumi şərtlərə riayət etmək, stressi və ağrıya həssaslığı azaltmaq üçün tədbirlər görmək,
onları ağrısızlaşdırmanın qeyri farmakoloji və medikamentoz vasitələr ilə birgə aparmaq lazımdır (cədvəl 4).
Cədvəl 4. Yenidoğulmuş uşaqların konkret prosedur və manipulyasiyalar zamanı ağrısızlaşdırılması
Dostları ilə paylaş: |