Kateteri lazımi dərinliyə yeritdikdən sonra, kateterdən qan gəldiyinə əmin olmaq üçün şprisin porşenini
özünə tərəf dartmalı
Kateterin ucuna üçgedişli kran keçirməli
Laborator tədqiqatlar üçün kifayət qədər qan götürməli, fizioloji məhlulla kateteri yumalı, heparinlə - 1,0
ml məhlula 0,5 V daimi infuziyaya başlamalı (infuziyanın sürəti 2 ml/saat çox olmamalıdır) və ya kranı
bərk bağlamalı
Kateterin ucunu steril salfetkaya bükməli
Kateterin vəziyyətini təyin etmək üçün geniş rentgenoqram və ya USM etmək lazımdır
Aparılan prosedur haqda qeydiyyat aparmalı
Kateterin fiksasiyası
İpək sapla göbək güdülünün əsasını ikiqat düyünlə bağlamalı. Güdüldən bir qədər yuxarıda sapın
üzərində əlavə bir ikiqat düyün də bağlamalı. Bu düyündən bir az yuxarıda sapla göbək kateterini təsbit
etməli. Sapın qalanını əlavə olaraq leykoplastırla kateterə təsbit etməli.
Göbək kateterinə qulluq
Kateterdən istifadə etdikdə aseptika və antiseptika qaydalarına ciddi əməl edilməlidir!
Göbək güdülü quru və açıq olmalıdır!
Göbək güdülünün qızarması və ya hər hansı bir infeksiyalaşma əlaməti olarsa kateter dərhal çıxarılır!
Kateterin infuziya sisteminə birləşdiyi yer steril salfetə bükülməlidir.
FƏSADLAR
qəflətən qanaxma
infeksiyalaşma
sistem arterial hipertenziyası
tromboemboliya
damarların trombozu
damarın perforasiyası
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
35
Ədəbiyyat
1. Atlas of Procedures in Neonatology. M.C. MacDonald, J. Ramasethu (ed) Walters Kluwer/Lippincott
Willams & Wilkins 2007
2. Clark JM, Jung AL: Umbilical artery catheterization by a cutdown procedure.Pediatrics 59:1036,1977
3. Kanarek SK, Kuznicki MB,Blair RC: infusion of total parenteral nutrition via the umbilical artery. J
Parenter Enteral Nutr 15:71,1991
4. Landers S, Moise A, Fraley J, O'Brien-Smith E & Baker C (1991) Factors associated with umbilical
catheter-related sepsis in neonates. AJDC. 145: 675 – 680
5. Oppenheimer DA., Caroll BA., Garth KE., Parker BR: Sonoqraphic location of neonatal umbilical
catheters. AJR 138:1025, 1982.
6. Seneff M. Central venous catheterization: atlas of procedures in the intensive care units. In: Rippe JM,
Irwin RS, Alpert JS, Fink MP, eds. Intensive care medicine. 2nd ed. Boston: Little, Brown 1991:17--37.
7. Shick JB, Beck AL, DeSilva M: Umbilical artery catheter position and intraventricular hemorrhage. J
Perinatol 9:382,1989
8. Weber Al, Deluce S, Shannon DL: Normal and abnormal position of umbilical artery and venous
catheter on the roentgenogram and review of complications. AJR 20:361,1974
9. Westrom G., Finstrom O., Stenport G. Umbilical artery catheterization in newborns: Thrombosis in
relation to catheter tip and position. Acta Paedianr Scand 68: 575, 1979.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
36
K
K
Ö
Ö
R
R
P
P
Ü
Ü
C
C
Ü
Ü
K
K
A
A
L
L
T
T
I
I
V
V
E
E
N
N
A
A
N
N
I
I
N
N
K
K
A
A
T
T
E
E
T
T
E
E
R
R
İ
İ
Z
Z
A
A
S
S
İ
İ
Y
Y
A
A
S
S
I
I
(
(
S
S
E
E
L
L
D
D
İ
İ
N
N
G
G
E
E
R
R
M
M
E
E
T
T
O
O
D
D
U
U
)
)
Prosedur həkim tərəfindən aparılır.
MƏQSƏD
infuziya, o cümlədən konsentrasiyalı məhlulların, vazoaktiv və başqa dərmanların yeridilməsi
mərkəzi venoz təzyiqin ölçülməsi
laborator müayinə üçün qan götürülməsi
uzunmüddətli parenteral qidalandırma
VƏSAİT
steril əlcəklər
steril əski
steril tamponlar
steril pambıq kürəciklər
birdəfəlik şprislər (5, 10 ml)
venanın punksiyası və kateterizasiyası üçün steril dəst:
-
punksiya üçün iynə
-
xüsusi yumşaq metal keçirici (mandren)
-
rentgenkontrast kateter 18 GA, 20 GA və ya 22GA (4 Fr, 3 Fr və ya 2 Fr) ölçüdə
-
steril kağız xətkeş
-
leykoplastır
-
fizioloji məhlul
аntiseptik məhlul (70% etil spirti və ya 2% xlorheksidin)
PROSEDUR
Körpücükaltı venanın punksiya və kateterizasiyasını iki nəfər tibb işçisi aparır
Prosedurdan əvvəl uşağı ağrısızlaşdırmalı (“Yenidoğulmuş uşağın ağrısızlaşdırılması” protokoluna bax)
Əlləri yumalı və antiseptik məhlulla işləməli (“Əllərin işlənməsi” protokolu)
Təmiz əlcəklər geyməli
Punksiya və kateterizasiya yerini 2%-li xlorheksidin və 70% etil spirti işləməli
Steril əlcəkləri geyməli
Prosedur vaxtı uşağın ürək fəaliyyəti və tənəffüsünün monitorinqini təmin etməli
Uşağı arxası üstə uzatmalı
Kürəklər arasına böyük olmayan mütəkkə yerləşdirib, başını punksiya ediləcək tərəfin əksinə çevirməli
Yuxarı ətrafı yüngülcə bədənə sıxıb aşağı dartmalı
Punksiya və kateterizasiya yerini steril əski ilə örtməli
Deşiləcək yeri müəyyən etmək üçün anatomik strukturları barmaqla əlləmək (körpücük sümüyü, vidaci
çuxur, körpücük-döş sümüyü birləşməsi) (şək. 14)
Şəkil 14. Körpücükaltı venanın anatomiyası
5 və ya 10 ml şprisə əvvəlcədən 3-5 ml fizioloji məhlul yığmaqla punksiya iynəsini birləşdirmək
Yenidoğulmuş uşaqda körpücükaltı giriş üçün iynə yerinin üç nöqtəsindən birini seçmək (şək. 15)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
37
Şəkil 15. Körpücükaltı venanın punksiyası zamanı iynənin yeridilmə yerləri
Döş qəfəsinin səthinə nisbətən 30-350 bucaq altında dərini deşərək iynənin ucunu körpücük-döş sümüyü
birləşməsinin üst kənarına doğru yönəltmək (şək. 16)
Şəkil 16. Punksiya zamanı iynənin yeridilmə bucağı
Ehtiyatla iynəni irəli yeritməklə (uşağın kütləsindən asılı olaraq 1-3 sm-dən çox olmayaraq) mənfi təzyiq
yaratmaq üçün şprisin porşenini qan alınana qədər dartmaq lazımdır
Əgər iynənin lazımı dərinliyə yeridilməsi zamanı qan almaq mümkün olmursa, onda onu ehtiyatla geriyə
çəkməli və şprisdə daimi mənfi təzyiq yaratmalı
Əgər şprisdə qan görünürsə (adətən-şırınqa ilə), bu iynənin ucunun venanın mənfəzində olmasını göstərir
İynəni iki barmaqla möhkəm təsbit etməklə şprisi ayırmalı və iynənin içərisi ilə mandreni yeritməli : o,
iynənin içərisi ilə 5-7 sm məsafədə sərbəst keçməlidir (venanın mənfəzinə düşməlidir)
İynəni çıxarıb mandrenə kateter geydirərək onu oxu ətrafında fırlatmaqla venanın mənfəzinə yeritməli:
kateterin yeridilmə məsafəsi punksiyanın seçim yerindən və uşağın bədən kütləsindən asılıdır və
təxminən 4-6 sm təşkil edir (kateterin ucu sağ qulaqcığın girişində olmalıdır)
Kateteri lazım olan məsafəyə yeritdikdən sonra onun mənfəzindən mandreni çıxartmalı: kateterdə qan
olmalıdır və onun mənfəzindən sərbəst damcılamalıdır
Kateterə fizioloji məhlul ilə doldurulmuş şprisi birləşdirib, kateterin düzgün yerləşdiyinə bir daha əmin
olmalı, onu yumalı, kateteri infuziya sisteminə birləşdirməli və ya tıxacla bağlamalı
Proseduru yerinə yetirdikdən sonra kateterin ətrafındakı dərini bir daha 70%-li spirtlə işləməli, quru steril
sarğı qoyaraq leykoplastırın köməyi ilə təsbit etməli (şək. 4)
Aparılan prosedur haqda qeydiyyat aparmalı
Kateterin vəziyyətinə nəzarət
Əgər kateter düzgün vəziyyətdədirsə, ona sərbəst axınla qan daxil olur
Əgər kateterin ucu yuxarı boş venada sağ qulaqcığın girişində yerləşirsə, kateterə daxil olan qan
sütununun hərəkəti uşağın tənəffüsünün tezliyinə uyğun gəlir
Əgər kateterin ucu sağ qulaqcıqdadırsa qan sütununun hərəkəti ürəkdöyünmələrin sayına uyğun gəlir
Mərkəzi venoz təzyiq aşağı olarsa kateterə qan sərbəst daxil olmaya da bilər
Kateterin vəziyyətinə nəzarət məqsədilə döş qəfəsinin ön proyeksiyada rentgen şəklini çəkməli
Ehtiyac olarsa kateterin vəziyyətini korreksiya etmək lazımdır
Xəstəlik tarixində kateterin yeridilmə dərinliyi barədə qeydiyyat aparmaq lazımdır
Körpücükaltı venaya qulluq
Sarğını müntəzəm dəyişdirməli (həftədə bir dəfədən az olmayaraq):
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
38
leykoplastırı qoparıb kateterin əvvəlki kimi düzgün yerləşdiyinə əmin olmalı
(yeridilmə dərinliyini yoxlamalı!)
infeksiyalaşma əlamətlərinin olmamasına əmin olmalı
kateterin ətrafında yaranı diqqətlə dezinfeksiya etməli
kateter yarasına kiçik quru steril sarğı qoymalı
kateterə az miqdarda qan daxil olmasına bir daha əmin olmalı
kateteri dəriyə düzgün təsbit etməli
Kateterin sarğısı qan və ya digər ifrazatlarla çirklənmə olan bütün hallarda dəyişilməlidir.
Əgər şprislə dartdıqda kateterə qan daxil olmursa, ya da yaranın infeksiyalaşması əlamətləri varsa
(qızartı, şişkinlik, iynə yerindən seroz və ya irinli ifrazat) kateteri təcili olaraq çıxartmaq lazımdır.
Kateteri çıxardıqdan sonra yaranı 70%-li spirtlə dezinfeksiya edib, steril quru sarğı qoyub dəriyə təsbit
edilməlidir.
FƏSADLAR
pnevmotoraks və / və ya pnevmomediastinium
hidrotoraks və ya hemotoraks
körpücükaltı arteriyanın punksiyası və kateterizasiyası
əsas limfa axacağının zədələnməsi (sol tərəfli punksiya zamanı daha çox rast gəlir) və xilotoraks
ürəyin perforasiyası və hidro və ya hemoperikard
ürəyin tamponadası və /və ya onun dayanması
ürək ritminin pozğunluğu (bradi- və ya taxiaritmiya)
punksiya yerinin irinləməsi
sepsis
kateterin mənfəzinin tutulması
Ədəbiyyat
1. Atlas of Procedures in Neonatology. M.C. MacDonald, J. Ramasethu (ed) Walters Kluwer/Lippincott
Willams & Wilkins 2007
2. Bo-Linn GW, Anderson DJ, Anderson KC, et al. Percutaneous central venous catheterization performed
by medical house officers. Cathet Cardiovasc Diagn 1982; 8:23.
3. Rosen M, Latto IP, Ng WS. Handbook of percutaneous central venous catheterisation. London:
Saunders, 1981:35--129.
3. Seneff M. Central venous catheterization: atlas of procedures in the intensive care units. In: Rippe JM,
Irwin RS, Alpert JS, Fink MP, eds. Intensive care medicine. 2nd ed. Boston: Little, Brown 1991:17--37.
5. Sterner S. A comparison of the supraclavicular approach and the infraclavicular approach for subclavian
vein catheterization. Ann Emerg Med 1986; 15:421–4.
6. Spiliotis J, Kordossis T, Kalfarentzos F. The incidence of delayed pneumothorax as a complication of
subclavian vein catheterization. Br J Clin Pract 1992; 46:171–2.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
39
D
D
A
A
X
X
İ
İ
L
L
İ
İ
V
V
İ
İ
D
D
A
A
C
C
I
I
V
V
E
E
N
N
A
A
N
N
I
I
N
N
K
K
A
A
T
T
E
E
T
T
E
E
R
R
İ
İ
Z
Z
A
A
S
S
İ
İ
Y
Y
A
A
S
S
I
I
(
(
S
S
E
E
L
L
D
D
İ
İ
N
N
G
G
E
E
R
R
M
M
E
E
T
T
O
O
D
D
U
U
)
)
Prosedur həkim tərəfindən aparılır.
MƏQSƏD
infuzion, o cümlədən konsentrasiyalı məhlulların, vazoaktiv və başqa dərmanların yeridilməsi
mərkəzi venoz təzyiqin ölçülməsi
laborator müayinə üçün qan götürülməsi
uzunmüddətli parenteral qidalandırma
VƏSAİT
steril əlcəklər
maska
baş örtüyü
əməliyyat yerini örtmək üçün steril əski və ya mələfə
antiseptik məhlul (70%-li spirt və ya 2%-li xlorheksidin)
fizioloji məhlul
əməliyyat yerinin işlənməsi üçün steril tamponlar (kürəciklər)
birdəfəlik şpris – 5 və 10 ml-lik (2 ədəd)
venanın punksiyası və kateterizasiyası üçün steril dəst:
-
punksiya üçün iynə
-
xüsusi yumşaq metal keçirici (mandren)
-
rentgenkontrast kateter 18GA,20 GA və ya 22GA (4 Fr,3 Fr və ya 2 Fr)
-
steril kağız xətkeş
leykoplastır
PROSEDUR
Körpücükaltı venanın punksiya və kateterizasiyasını aparmaq üçün iki nəfər lazımdır: proseduru edən və
assistent;
Prosedurdan əvvəl uşağı ağrısızlaşdırmalı (“Yenidoğulmuş uşağın ağrısızlaşdırılması” protokoluna bax);
Əlləri yumalı və antiseptik məhlulla işləməli (“Əllərin işlənməsi” protokoluna bax);
Steril əlcəkləri geyməli;
Punksiya və kateterizasiya yerini 2%-li xlorheksidin və 70%-li spirt ilə işləməli;
Prosedur vaxtı uşağın ürək fəaliyyəti və tənəffüsünün monitorinqini təmin etməli;
Uşağı arxası üstə uzatmalı;
Kürəklər arasına böyük olmayan mütəkkə yerləşdirib, başını punksiya ediləcək tərəfin əksinə çevirməli;
Yuxarı ətrafı yüngülcə bədənə sıxıb aşağı dartmalı;
Punksiya və kateterizasiya yerini steril əski və ya mələfə ilə örtməli;
Daxili vidaci venanın (DVV) yerini müəyyən etmək üçün anatomik strukturları təyin etməli (döş-
körpücük-məməyəbənzər əzələnin ayaqları, körpücük sümüyü, məməyəbənzər çıxıntı və döş çuxuru) və
onu əldə etmənin üç yolundan birini seçməli :
DVV çiyin-baş venasının qolu olub (truncus brachiocephalicus), boyun şöbəsində yerləşir, daxili
yuxu arteriyası və azan sinirlə bir qişanın içində keçir, onların bayır tərəfində yerləşir;
5 və ya 10 ml şprisə əvvəlcədən 3-5 ml fizioloji məhlul yığmaqla punksiya iynəsini birləşdirməli;
DVV punksiyası və kateterizasiyası üçün 3 girişdən birini seçməli:
mərkəzi
ön
arxa
Mərkəzi giriş:
Deşilmə yeri – divarları döş-körpücük-məməyəbənzər əzələnin ayaqlarından (DKM) (m.
sternocleidomastoideus) və körpücük sümüyündən təşkil olunan üçbucağın yuxarısıdır; iynəni kiçik bucaq
altında (uşaqlarda DVV diametri kiçik olduğuna görə) deşilmə tərəfindəki döş giləsi istiqamətində irəli
yeridilməlidir (şək. 17).
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
40
Şəkil 17. Daxili vidaci venanın punksiyasında mərkəzi giriş
Ön giriş:
Deşilmə yeri –qalxanabənzər qığırdaq səviyyəsində DKM yuxarı kənarı; iynəni deşilmə tərəfindəki döş
giləsi istiqamətində irəli yeritməli (şək. 18);
Şəkil 18. Daxili vidaci venanın punksiyasında ön giriş
Arxa giriş:
Deşilmə yeri – DKM xarici kənarı ilə məməyəbənzər çıxıntıdan (gicgah sümüyü) körpücük sümüyünə
qədər olan məsafənin təxminən 2/3; iynəni döş çuxuru istiqamətində irəli yeritməli (şək. 19)
Şəkil 19. Daxili vidaci venanın punksiyasında arxa giriş
DVV punksiyasının seçim üsulundan asılı olmayaraq, iynəni ehtiyatla irəli yeritməklə (uşağın çəkisindən
asılı olaraq 1-3 sm-dən çox olmayaraq) mənfi təzyiq yaratmaq üçün şprisin porşenini qan alınana qədər
dartmalı
Əgər iynənin lazımı dərinliyə yeridilməsi zamanı qan almaq mümkün olmursa, onda onu ehtiyatla geriyə
çəkmək və şprisdə daimi mənfi təzyiq yaratmaq
Əgər şprisdə qan görünürsə (adətən-şırınqa ilə), iynənin ucunun venanın mənfəzində olmasını göstərir
İynəni iki barmaqla möhkəm fiksasiya etməklə şprisi ayırmaq və iynənin içərisi ilə mandreni yeritmək :
o iynənin içərisi ilə 5-7 sm məsafədə sərbəst keçməlidir (venanın mənfəzinə düşməlidir)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
41
İynəni çıxarıb mandrenə kateter geydirərək onu oxu ətrafında burmaqla venanın mənfəzinə yeritməli:
kateterin yeridilmə məsafəsi punksiyanın seçim yerindən və uşağın bədən kütləsindən asılıdır və
təxminən 4-6 sm təşkil edir (kateterin ucu sağ qulaqcığın girişində olmalıdır)
Kateteri lazım olan məsafəyə yeritdikdən sonra onun mənfəzindən mandreni çıxartmalı: kateterdə qan
olmalıdır və\və ya sərbəst olaraq damcılamalıdır
Kateterə fizioloji məhlul ilə doldurulmuş şprisi birləşdirib, kateterin düzgün yerləşdiyinə bir daha əmin
olaraq, onu yuyub tıxacla bağlamalı
Proseduru yerinə yetirdikdən sonra kateterin ətrafını bir daha 70%-li spirtlə işləməli, quru steril sarğı
qoyaraq leykoplastırın köməyi ilə fiksasiya etməli
Prosedurun aparılması haqda qeydiyyat aparmalı
Dostları ilə paylaş: |