Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix29.12.2016
ölçüsü0,78 Mb.
#3868
1   2   3   4   5

Əlavə 1 

Qlazqo şkalası 

AGözlərin açılması 

Sərbəst 


Çağırdıqda 



Ağrı qıcığına  



Gözlərini açmır 





B. Hərəki reaksiyalar 

Komanda ilə verilən tapşırıqları yerinə yetirir 



Qıcıq amilini itələyir, ağrıyan nahiyəni əli ilə müdafiə edir 



Ağrıya cavab olaraq ətrafını kənara çəkir 



Ağrıya cavab olaraq bükmə reaksiyası. Anomal bükmə. 



Ağrıya cavab olaraq açma reaksiyası. Anomal açma. 



Ağrı qıcığına hərəki reaksiya vermir 





C. Nitq reaksiyası  

Düzgün 


Qarışıq (dolaşıq) 



Rabitəsiz sözlər 



Anlaşılmayan səslər, sözsüz qışqırıq 



Yoxdur 




Qlazqo şkalasına əsasən qiymətləndirmə 

15 bal 

Vəziyyəti kafi kimi qiymətləndirilir 



13-14 bal  Beynin orta dərəcədə zədələnməsi ehtimal edilir 

9-12 bal 

Beynin orta ağırlıqlı zədələnməsinin yüksək ehtimalı 



6-8 bal 

Mərkəzi sinir sisteminin ağır zədələnməsi ehtimalı yüksəkdir 



4-5 bal 

Mərkəzi sinir sisteminin ağır zədələnməsi 



3 bal 

Beynin ölümü 



 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

34



Qlazqo şkalasının Pittsburq modifikasiyası 

Balların cəminə əsasən qiymətləndirmə aparılır 



D. Bəbəklərin işığa reaksiyası 

Normal 


Ləngimiş 



Qeyri-bərabər 



Anizokoriya 



Qeyd olunmur 





E. Kəllə sinirlərinin reaksiyası 

Bütün reflekslər saxlanılmışdır 



Kiprik refleksi qeyd olunmur  



Buynuz qişa  refleksi 



Okulusefal refleks qeyd olunmur (kukla gözləri) 



Traxeyanın bifurkasiya nahiyəsində refleks qeyd olunmur 





F. Qıcolmalar 

Qeyd olunmur 



Lokal 


Generalizə olunmuş, keçən (və ya fasiləli) 



Generalizə olunmuş, fasiləsiz 



Tam boşalma( süstlük) 





G. Spontan tənəffüs 

Normal 


Vaxtaşırı 



Mərkəzi hiperventilyasiya 



Aritmik və ya hipoventilyasiya 



Apnoe 




Qlazqo-Pittsburq şkalaları üzrə birgə qiymətləndirmə daha 

dəqiq hesab edilir

31-35 bal  Xəstənin vəziyyəti kafi kimi qiymətləndirilir. Proqnoz yaxşıdır. 

25-30 bal  Beynin orta dərəcədə zədələnməsi ehtimal edilir. 

16-24 bal  Beynin orta ağırlıqlı zədələnməsinin yüksək ehtimalı. 

10-15 bal  Mərkəzi sinir sisteminin ağır zədələnməsi ehtimalı yüksəkdir. 

8-9 bal 

Mərkəzi sinir sisteminin ağır zədələnməsi. Proqnoz yaxşı deyil. 



7 bal 

Beynin ölümü. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

35



Əlavə 2 

Ağır preeklampsiya və eklampsiya zamanı qıcolmaların 

profilaktikası və müalicəsi məqsədi ilə istifadə olunan əsas 

dərman vasitələri 

Maqnezium-sulfat (Magnesium sulfate) 

Maqnezium-sulfat ağır preeklampsiyanın və eklampsiyanın 

müalicəsində seçim vasitədir. 95%-dən çox hallarda maqnezium-

sulfat uğurla qıcolmaların qarşısını alır.  

Maqnezium-sulfatın müalicəvi təsir mexanizmi asetilxolinin 

sinir-əzələ sinapsından keçməsini inhibisiya etməsi ilə  əlaqədardır. 

Bundan  əlavə, maqnezium skelet əzələlərinə bilavasitə  təsir edir ki, 

bunun da səbəbi kalsiumla konkurent antaqonist effekti 

olmasındadır. 

Maqnezium tamamilə böyrəklərlə xaric olur və yüngül 

antihipertenziv effekti var. 

Maqnezium-sulfat effektiv antikonvulsantdır və bununla birgə 

uşaqlıqda qan dövranını yaxşılaşdırmaqla dölə müsbət təsir edir.  

V/D və  Ə/D yeridilə bilər. V/D daha üstündür, çünki 

yeridilməsinə daha asan nəzarət etmək olur və  təsir etmə müddəti 

daha tezdir.   

Ə/D yeridilməsi ağrılıdır. Əgər venadaxili giriş  yoxdursa və ya 

xəstəyə nəzarət mümkün deyilsə, Ə/D istifadə edilə bilər. 

Maqnezial terapiyanın məqsədi davam edən qıcolmanı 

dayandırmaq və növbəti qıcolmaların qarşısını almaqdır. Xəstədə diz 

refleksinə, tənəffüsə (12/dəq.-dən az olmamalı), sidik ifrazına (son 4 

saatda 100 ml-dən az olmamalı) nəzarət olunmalıdır.  

Maqnezial terapiya bir qayda olaraq doğuşdan 12-24 saat 

sonrayadək davam etməlidir və yalnız hipertenziya geri inkişaf 

etdikdə və xəstədə adekvat sidik ifrazı qeyd olunduqda dayandırılır.  

Sidik ifrazı çox olan xəstələrdə maqneziumun dozası 3qr/saat-dək 

artırıla bilər.  

Maqnezial terapiya müddətində  də  qıcolmalar ola bilər.  Əgər 

maqnezial terapiyanın ilk 20 dəqiqəsində baş verirsə, qıcolma 

qısamüddətli olur və  əlavə  tədbirlərə ehtiyac olmur. Əgər 20 

dəqiqəsindən sonra baş verirsə,  əlavə 2-4qr. maqnezium yeridilə 

bilər.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

36



DozaMətndə bax. 

Əks-göstərişlər:  Sənədləşdirilmiş  yüksək həssaslıq; ürək 

blokadası; Addison xəstəliyi; miokardın zədələnməsi; ağır hepatit və 

ya miasteniya. 

Başqa dərman vasitələrlə birgə təsiri: Nifedipin ilə birgə istifadə 

hipotenziya və neyroəzələ blokadası ilə nəticələnə bilər. 



Maqneziumla intoksikasiyanın əlamətləri 

Plazmada maqneziumun 

səviyyəsi (mq/dl) 

Klinik nəticə 

T

1,5 - 2,5



T

  

Normal diapazon 



T

4 - 8


Terapevtik diapazon 

T

9 - 12


T

  

T



Diz reflekslərinin itməsi, anlaşılmayan 

nitq, tər ifrazı 

T

15 - 17



Əzələlərin iflici və tənəffüsün 

dayanması 

T

30 - 35



Ürəyin dayanması 



Benzodiazepinlər (seduksen, diazepam) 

Təxirəsalınmaz hallarda eklampsiya qıcolması zamanı istifadə 

olunur. Lakin təsiri qısamüddətlidir və dölün MSS-nə  əhəmiyyətli 

dərəcədə depressiv təsir göstərir. 

İlk qıcolmaların qarşısını almaq və ya müddətini qısaltmaq 

məqsədi ilə istifadə edilməməlidir, xüsusilə V/D giriş və ya xəstəni 

dərhal intubasiya etmək imkanı yoxdursa. 

Doza: 5 mq və daha artıq V/D 60 saniyə ərzində. 

Əks-göstərişlər:  Sənədləşdirilmiş  yüksək həssaslıq; darbucaqlı 

qlaukoma. 



Digər  dərman vasitələrlə birgə təsiri: Barbituratlarla, alkoqolla, 

MAO inhibitorları ilə birgə istifadə edildikdə MSS-ə toksik təsiri artır. 



Fenitoin (difenin, dilantin) 

Fenitoin eklamptik qıcolmalarda uğurla istifadə edilir, lakin 

bradikardiya və hipotoniya ilə əlaqədar ürək monitorinqi vacibdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

37



Depolarizə olmuş membranlardan ion keçiriciliyini azaltmaqla 

neyronal aktivliyi sabitləşdirir, bununla da mərkəzi antikonvulsant 

təsir göstərir. 

Fenitoinin müəyyən üstünlüyü peroral istifadədədir – bir neçə 

gün, qıcolma təhlükəsi aradan qalxana qədər. Qısamüddətli istifadədə 

dölə mənfi təsiri müəyyən edilməyib. 



Doza: V/D yeridilir – 10 mq/kq, 50 mq/dəq tez olmayaraq, 

növbəti yeridilməsi 2 saatdan sonra 5 mq/kq dozada. 



Əks-göstərişlər:  Sənədləşdirilmiş  yüksək həssaslıq; sinoatrial 

blokada; 2-ci və 3-cü dərəcəli AV blokada; sinus bradikardiyası; 

Adams-Stoks sindromu. 

Barbituratlar (natrium-tiopental) 

Natrium-tiopental məhlulları davamsız olduğundan onları 

istifadədən bilavasitə  əvvəl aseptik şəraitdə hazırlamaq lazımdır. 

Natrium-tiopental məhlulu V/D yeridilir. Natrium-tiopental 

məhlulunu V/D yavaş-yavaş yeritmək lazımdır (kollaps təhlükəsi 

olduğu üçün).  

Adətən 2-2,5%-li məhluldan, zəifləmiş xəstələrə 1%-li məhluldan 

istifadə olunur. Məhlulları inyeksiya üçün steril suda həll edib istifadə 

etməzdən öncə hazırlamaq lazımdır. Məhlullar tam şəffaf olmalıdır. 

Azan sinirin tonusunun yüksəlməsi ilə  əlaqədar fəsadların 

(larinqospazm,  əzələlərin, bronxların spazmı, tüpürcək ifrazının 

artması) qarşısını almaq üçün atropin və ya metasin yeridilir.  



Doza:  Qıcolmaların qarşısını almaq məqsədi ilə V/D 200 mq 1 

dəq.  ərzində. Uzunmüddətli infuziya tövsiyə edilmir. Əks-təqdirdə 

ana ölümü riski yüksəlir (B)

Əks-göstərişlər:  Qaraciyərin, böyrəklərin üzvi xəstəliklərində, 

şəkərli diabetdə, çox zəifləmiş  xəstələrdə,  şok, kollaps, bronxial 

astma, qan dövranının nəzərə çarpan pozğunluqlarında  əks-

göstərişdir. Xəstənin və ya onun qohumlarının anamnezində  kəskin 

porfiriyanın olması natrium-tiopentalın istifadə olunmasına mütləq 

əks-göstərişdir. Natrium-tiopentalın antaqonisti bemeqriddir. 



Başqa dərman vasitələrlə birgə təsiri: Natrium-tiopentalı ditilin, 

pentamin, aminazin və diprazinlə qarışdırmaq olmaz (çöküntü qeyd 

olunur). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

38



Əlavə 3 

Ağır preeklampsiya və eklampsiya zamanı arterial təzyiqin 

tənzimlənməsi məqsədi ilə istifadə olunan əsas dərman vasitələri 

Hidralazin (apresolin) 

Hidralazin preeklampsiya/eklampsiya zamanı 

ağır 

hipertenziyaların idarə olunmasında geniş istifadə edilən preparatdır 



(C). Hidralazin uşaqlığın qan dövranını artırır. 

Hidralazin qaraciyərdə metabolizmə  uğrayır. 5 mq V/D 15-20 

dəq. müddətində diastolik təzyiqin 110 mm.c.süt.-dan  aşağı 

səviyyədə saxlanmasına imkan yaradır. 

95% eklampsiyalı  xəstələrdə hipertenziyanın idarə olunmasını 

təmin edir.  

Effekt 

P

 



P

V/D bolyus yeridildikdən 10 dəq. sonra başlayır və 

maksimuma 20 dəq. sonra çatır. Təsir müddəti 6-8 saatdır.   

Yanaşı təsiri: Dərin hipotenziya, taxikardiya, tremor, baş ağrısı, 

başgicəllənmə, ürəkbulanma, qusma. 



Əks-göstərişlər:  Sənədləşdirilmiş yüksək həssaslıq; mitral 

qapaqlarda dəyişiklik yaratmış revmatik xarakterli ürək xəstəliyi.  



Digər dərman vasitələrlə birgə  təsiri:  MAO inhibitorları, beta-

blokatorlar ilə birgə istifadə edildikdə toksik təsiri artır. Farmakoloji 

təsiri indometasin istifadə etdikdə azalır. 

Labetalol 

Qeyri-selektiv beta-blokator. Təsiri hidralazindən daha tez 

başlayır, reflektor taxikardiya baş vermir, ana və döl üçün yanaşı 

təsiri azdır.

P

 

Eklampsiya zamanı hidralazinə alternativ kimi istifadə olunur. 



V/D istifadə zamanı uteroplasentar qan dövranına təsir etmir. 

 

Doza: V/D hissə-hissə yeridilə bilər – 20 mq ilkin doza; ikinci 

doza 40 mq-a qədər artırıla bilər, ümumi doza 300 mq-a qədər; 

davamlı V/D infuziya oluna bilər. Təsiri 5 dəq. sonra  başlayır, pik 

effekt – 10-20 dəqiqəyə meydana çıxır, təsir müddəti – 45 dəq.-dən 6 

saatadək.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

39



Əks-göstərişlər:  Sənədləşdirilmiş  yüksək həssaslıq; kardiogen 

şok, ağ ciyər ödemi, bradikardiya, atrioventrikulyar blokada, 

dekompensasiya olmuş ürək çatışmazlığı. 

Digər dərman vasitələrlə birgə  təsiri: Diuretiklərin təsirini 

azaldır, metotreksat, litium  və salisilatlarin toksikliyini artırır; 

hipotenziv effektinə  təsir etmədən nitratların istifadəsi zamanı 

yaranan reflektor taxikardiyanı azaldır; simetidin labetalolun qanda 

səviyyəsini artıra bilər. 

Qara ciyər funksiyası pozğunluğu hallarında preparat ehtiyatla 

təyin edilməlidir. Qara ciyər funksiyası pozğunluğunda mənfi 

dinamika qeyd olunduqda preparatın istifadəsi dayandırılmalıdır. 



Nifedipin 

Nifedipin – kalsium kanallarının yavaş sürətli selektiv 

blokatorudur. Periferik arterial damarların spazmını, ümumi periferik 

damar müqavimətini aşağı salır, miokardın oksigenə  tələbatını 

azaldır. Venaların tonusuna praktiki olaraq təsir etmir. Qaraciyərdə 

metabolizmə uğrayır. 



Doza: Gündə 80 mq-a qədər. 

Digər dərman vasitələrilə birgə  təsiri: beta-adrenoblokatorlarla 

birgə istifadəsi hipotenziv təsirin intensivliyini və müddətini artırır. 

H

B

2



B

-blokatorlar da hipotenziv təsiri artıra bilər. 



Əks-göstərişlər:  Sənədləşdirilmiş yüksək həssaslıq, arterial 

hipotenziya, kollaps, kardiogen şok, ürək çatışmazlığı, ağır aortal 

stenoz. 

Klonidin (klofelin) 

Klonidin vazomotor mərkəzlərin tonusunu azaldan vasitələrə 

aiddir, ümumi periferik damar müqavimətini aşağı salmaqla, ürək 

vurğularının sayını azaldır. Güclü hipotenziv təsirə malikdir. Təsir 

mexanizmi beynin postsinaptik α

B

2



B

-adrenoreseptorlarının 

stimulyasiyası, damarlara və ürəyə gedən simpatik impulsların 

azalması ilə  əlaqədardır.  Əhəmiyyətli dərəcədə sedativ təsirə 

malikdir. 

Doza: birdəfəlik ƏD və V/D doza – 150 mkq. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

40



Əks-göstərişlər:  Sənədləşdirilmiş yüksək həssaslıq, beyin 

damarlarının aterosklerozu, sinus bradikardiyası, II və III dərəcəli 

AV blokada. 

Digər dərman vasitələrlə birgə  təsiri:  Vazodilatatorlarla, 

diuretiklərlə, antihistamin dərman vasitələrlə birgə istifadə zamanı 

effekti artır. ß-blokatorlarla, ürək qlikozidləri ilə birgə istifadə 

zamanı bradikardiya, AV blokada riski artır. 



Metildopa (dopegit) 

Mərkəzi təsir mexanizmli hipotenziv preparat. Mülayim sedativ 

təsirə malikdir. Natriumun zərdabda səviyyəsini artıra bilər. 

Maksimal hipotenziv effekt: qəbuldan 4-6 saat sonra; təsir müddəti: 

24-48 saat. Əsasən böyrəklərlə xaric olur. 

Doza: Gündə  1,5 qrama  qədər  

Əks-göstərişlər: 

Sənədləşdirilmiş yüksək həssaslıq, 

feoxromositoma, qaraciyər funksiyasının  əhəmiyyətli dərəcədə 

pozulması, böyrək çatışmazlığı, autoimmun hemolitik anemiya. 



Digər dərman vasitələrlə birgə təsiri: MAO inhibitorları ilə, beta 

blokatorlarla birgə istifadədə psixomotor oyanıqlıqla müşayiət edilən 

arterial hipotenziya və ya hipertenziya (kriz) meydana çıxa bilər. 

Atenolol 

Atenolol – kardioselektiv ß

B

1

B



-adrenoblokatordur. Hipotenziv, 

antianginal, antiaritmik təsirə malikdir. ÜVS-nı, sinus düyününün 

avtomatizmini azaldır, A-V keçiriciliyi ləngidir.  

Doza: Gündə 50 mq-a qədər, ancaq ÜYT dəqiqədə 100-dən artıq 

olduqda. 



Əks-göstərişlər:  Sənədləşdirilmiş yüksək həssaslıq, II və III 

dərəcə AV blokada, sinoatrial blokada, şok, XÜÇ IIb-III mərhələ, 

KÜÇ, metabolik asidoz. 

Digər dərman vasitələrlə birgə  təsiri: Diuretiklərlə, nitratlarla 

birgə istifadə hipotenziv effekti artırır. Klonidin, metildopa, 

verapamil ilə birgə istifadə zamanı  dərin bradikardiya, hipotenziya 

mümkündür. 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

41



Natrium-nitroprussid (Sodium Nitroprusside) 

Natrium-nitroprussid yüksək dərəcədə effektiv periferik 

vazodilatatordur. Arteriolları  və qismən venaları genişləndirir. V/D 

yeritdikdə tez, qüvvətli və nisbətən az müddət davam edən 

hipotenziv təsir göstərir, ürəyə düşən yükü və miokardın oksigenə 

tələbatını azaldır. Dərman vasitəsinin təsir mexanizmi CN qrupu 

vasitəsilə  dəmir atomu ilə birləşən nitrozoqrupun damar 

genişləndirici təsiri ilə bağlıdır.  

Hipotenziv effekt V/D yeridildikdən sonra ilk 2-5-ci dəqiqələrdə 

qeyd olunur, dərman vasitəsinin yeridilməsi sona çatdıqdan 5-10 

dəqiqə sonra arterial təzyiq başlanğıc səviyyəsinə qayıdır.  

Doza: Natrium-nitroprussid məhlulu hazırlandıqdan dərhal sonra 

istifadə olunmalıdır.  Əvvəlcə bir ampulda olan dərman vasitəsi (25 

və ya 50 mq) 5 ml 5%-li qlükoza məhlulunda həll edilir. Sonra əlavə 

olaraq 1000, 500 və ya 250 ml 5 %-li qlükoza məhlulunda həll edilir. 

50 mq dərman vasitəsi 500 ml məhlulda həll edildikdə 1 ml məhlulda 

dərman vasitəsinin dozası 100 mkq-dır ( 250 ml-də həll etdikdə - 200 

mkq, 1000 ml-də həll etdikdə - 50 mkq) 

3 mkq/dəqiqə sürətlə yeridildikdə arterial təzyiq başlanğıc 

səviyyəyə nisbətən 60-70% enir (30-40). Orqanizmin kompensator 

reaksiyaları hesabına dərman vasitəsinin hipotenziv effektinin 

zəiflədiyi hallarda (natrium-nitroprussidə qarşı taxifilaksiya), bu 

əsasən cavanlarda rast gəlinir, dərman vasitəsinin yuxarıda qeyd 

olunan maksimal dozalarından artıq doza təyin etmək olmaz. 

İnfuziyanın sürəti (dərman vasitəsinin vaxt vahidi ərzində qana daxil 

olan dozası) arterial təzyiqə fasiləsiz nəzarət etməklə  fərdi təyin 

olunur. Təzə hazırlanmış məhlullardan istifadə edilməlidir. Məhlulu 

hazırladıqdan və damcı üsulu ilə yeritmək üçün sistemi 

doldurduqdan dərhal sonra dərman vasitəsini işığın təsirindən 

qorumaq üçün tədbir görülməlidir. Dərman vasitəsi artıq dozada 

təyin olunduqda sianidlərlə  zəhərlənmənin simptomlarını xatırladan 

hallar qeyd oluna bilər. Belə hallarda spesifik antidot terapiyası 

vacibdir (methemoqlobin yaradanlar, metilen-göy, natrium-tiosulfat). 



Əks-göstərişlər:  Kəllədaxili təzyiqin yüksəlməsi, arteriovenoz 

şunt, aortanın koarktasiyası, görmə sinirinin atrofiyası, qlaukoma. 

Həyati göstəriş olduqda bu əks- göstərişlər nisbi hesab olunur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

42



Əlavə 4 

Doğuşayardım müəssisələrinin reanimasiya şöbəsində ağır 

preeklampsiya və eklampsiya vəziyyətində olan xəstələrə yardım 

göstərmək üçün lazım olan avadanlığın siyahısı: 

 

 



Süni tənəffüs aparatı 

 



Narkoz aparatı  

 



Çoxfunksiyalı monitor (EKQ, AT, ÜVS, SpO

B

2



B

, hərarət)  

 

Cərrahi sorucu 



 

Periferik venalar üçün kateter 



 

Mərkəzi venalar üçün kateter 



 

Epidural anesteziya dəsti 



 

Spinal anesteziya dəsti 



 

İntubasion borucuqlar 



 

Enteral qidalanma üçün zond 



 

Foley sidik kateteri  



 

Əlcəklər  



 

Şprislər 5, 10, 20 ml 



 

V/D infuziya üçün sistem 



 

Dərman vasitələrinin dozatorları (infuzion, şprislə)  



 

Defibrillyator  



 

EKQ aparatı 



 

 

 

 

 

 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

43



Əlavə 5 

Ağır preeklampsiya və eklampsiya vəziyyətində aparılan  

laborator müayinələrin siyahısı: 

 

 



Qanın ümumi müayinəsi  

 



Sidiyin ümumi müayinəsi  

 



Koaqulyasiya göstəriciləri: trombositlərin miqdarı, qanın 

laxtalanma müddəti, laxtanın retraksiyası, rekalsifikasiya 

müddəti, fibrinogenin konsentrasiyası, protrombin indeksi, 

AHTV, antitrombin III, parakoaqulyasiya testləri (PDFF, etanol 

testi, OFT, D-dimerin təyin edilməsi) (mümkün olduqda, göstəriş 

olduqda) 

 

Biokimyəvi parametrlər: ümumi zülal və onun fraksiyaları, 



bilirubin, sidik cövhəri və kreatinin, şəkər, amilaza  

 



Plazmanın elektrolitləri (kalium, natrium, xlor, kalsium, fosfor) – 

(mümkün olduqda, göstəriş olduqda) 

 

Plazmanın və sidiyin osmolyarlığı (mümkün olduqda, göstəriş 



olduqda) 

 



Turşu-qələvi tərkibi (mümkün olduqda, göstəriş olduqda) 

 



Likvorun müayinəsi (göstəriş olduqda) 

 



Hepatit viruslarının, HİV daşıyıcılığının müəyyən olunması  


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin