Addım 10. Məlumatların təhlili. Hesabatların hazırlanması
və göndərilməsi
Növbəti addım monitorinq sisteminin əsas hesabatlarının
müəyyən tezliklə hazırlanması və göndərilməsidir. Bu əsas
hesabatlar monitorinqin nəticələrinin bütün maraqlı tərəflərə
ötürülməsi vasitəsidir. Hesabatların hazırlanması və yazılması tezliyi
haqda qərara gəlindikdə monitorinqin bütün iştirakçılarının buna
ehtiyacları nəzərə alınmalıdır.
Məlumatların emalında elektron vasitələrdən istifadə edildiyi
halda əsas hesabatların yazılması avtomatik və sürətli olmalıdır. Əgər
bütün iştirakçıların kompüter və internetə çıxışı varsa, onda ən yeni
məlumatları göndərmək və əldə etmək mümkündür.
Dostları ilə paylaş: |