Microsoft Word Ictimai sehiyyede monitorinq ve qiymetlendirme


Məlumat mənbələri və məlumatların toplanma alətləri



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#3300
1   ...   20   21   22   23   24   25   26   27   28
Məlumat mənbələri və məlumatların toplanma alətləri 

Məlumat müxtəlif mənbələrdən fərqli toplanma metodları 

vasitəsi ilə  əldə edilir (məsələn, səhiyyə müəssisələrində aparılan 

araşdırmalar, pasiyentlərlə müsahibələr, fokus-qrup müzakirələri, 

müşahidələr, statistik və maliyyə hesabatları). Məlumatın toplanma 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




23

alətləri dedikdə, məlumatın toplanması  və saxlanması üçün istifadə 

edilən fiziki daşıyıcıları (məsələn, kartlar, anketlər, məlumat bazası 

və s.) nəzərdə tutulur.  

İndikatorlar və  məlumat mənbələrinin seçilməsi yanaşı olaraq 

aparılır. Məlumatın toplanmasına sərf edilən xərclər, adətən, 

məlumatın dəqiqliyini və keyfiyyətini müəyyənləşdirir. Məsələn, ən 

ucuz  əldə edilən məlumat statistik və maliyyə hesabatlarından  əldə 

ediləndir.  Əhali arasında aparılan sorğu və  səhiyyə müəssisələrinin 

müfəssəl auditi

2

 isə əhəmiyyətli dərəcədə xərc tələb edir.  



İndikatorlar müəyyənləşdirildikdən sonra əsas diqqət indikatorun 

tərtib olunması üçün məlumatın toplanmasına yetirilməlidir. Hər bir 

məlumatın toplanma növü fərdi yanaşma tələb edir, amma müəyyən 

məsələlər növündən asılı olmayaraq bütün üsullara aiddir. Aşağıda 

göstərilən cədvəldə  məlumatın mənbəyinin və toplanma alətlərinin 

müəyyənləşdirilməsi zamanı diqqət mərkəzində olmalı  məsələlər 

göstərilir.  

2

 audit – sistemin, layihənin, müəssisənin, prosesin, məhsulun (nəticələrin) 



müstəqil qiymətləndirilməsidir 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




24

Cədvəl 4. Məlumat mənbələri və onların toplanma alətlərinin 

seçilməsində istifadə olunan yanaşmalar 

1. Məqsəd və

vəzifələr

Toplanan məlumatlardan hansı indikatorlar alına bilər? 

Məlumatın toplanması üçün seçilmiş metod bu 

indikatorların yaradılması üçün yararlıdırmı? 

2. Müşahidə və

təhlil vahidləri

Təhlil hansı səhiyyə müəssisələrində aparılacaq? 

Hədəf qrupu hansı prinsip əsasında seçiləcək? 

Sorğuda iştirak etmək üçün təsərrüfatlar və pasiyentlər 

necə seçiləcəklər? 

3. Məlumatların

keyfiyyətinin

təmin olunması

Yüksək keyfiyyətli məlumatların toplanması üçün 

hansı prosedurlar nəzərdə tutulmalıdır? 

4. Sorğu alətlərinin

işlənməsi

Əlavə məlumat toplanılacaqmı? 

Hansı alətlər istifadə ediləcək? 

Bu alətlərlə işləmək asandırmı? 

Məlumatın toplanması üçün nə  qədər vaxt sərf 

olunacaq? 

5. Məlumatların

toplanması

Məlumatın toplanmasına kim və necə  rəhbərlik 

edəcək? 


Standart təlimatlar işlənilibmi? 

Seminarın keçirilməsinə ehtiyac varmı? 

Məlumatların toplanmasına necə nəzarət ediləcək? 

6. Məlumatların

   çeşidlənməsi,   

   saxlanması,  

   yoxlanması 

Məlumatlar necə saxlanılacaq? 

Kompüterlər lazım olacaqmı? 

Hansı məlumatlar yoxlanılıb redaktə ediləcək? 

Lazımi indikatorları kim seçəcək? 

7. Təhlil

Təhlili kim aparacaq? 

Təhlil necə aparılacaq? 

8. Hesabatlılıq və

   məlumatların    

   istifadə olunması 

Analitik hesabat kim tərəfindən və kimə çatdırılacaq? 

Hesabatda təqdim olunan məlumat necə istifadə 

olunacaq (məsələn, proqramın fəaliyyətlərinin 

yaxşılaşdırılması və ya dəyişdirilməsi)? 

9. Resurslar

Məlumatların toplanması ilə kimlər məşğul olacaqlar? 

Buna nə qədər vəsait sərf olunacaq? 

10. Etika məsələləri Səhiyyə müəssisələrinin işçi heyəti və

pasiyentlərindən tədqiqatda iştirak etmək razılığını 

necə almaq olar? 

Məxfiliyi necə təmin etmək olar? 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

 

25




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin