Seçmənin aparılması
Seçmə öyrənilən eyni parametrli sahələr arasında aparılır. Bu
sahələr monitorinqin hədəfləri olub səhiyyə müəssisələri, səhiyyə
müəssisəsi daxilində xidmət göstərilən sahələr, tibbi sənədlər, işçi
heyət, əhali qrupu və sairdir.
Seçmənin aparılması üçün öyrənilən sahələrin siyahısı tərtib
olunur. Bundan sonra bütün sahələr homogen (oxşar parametrləri
olan) yarımqruplara bölünür (stratifikasiya) və seçim hər
yarımqrupun içərisində aparılır. Sahələrin (məsələn, səhiyyə
müəssisələrinin) seçilməsindən sonra, sorğu iştirakçılarının (məsələn,
seçilmiş səhiyyə müəssisələrində çalışan işçilərin) siyahısı hazırlanır
və onlar arasında seçim aparılır. Kiçik müəssisələrdə işçilərin hamısı
sorğuda iştirak edə bilər. Pasiyentlərin seçilməsi də eyni qaydada
aparılır. Bundan başqa, pasiyentlərlə müsahibələr müəyyən vaxt
çərçivəsində (misal üçün, bir gün ərzində) aparılmalıdır.
Seçmənin minimal həcmi dəqiqliyə olan tələbatdan irəli gəlir. O,
həm də səviyyənin və ya dəyişikliyin ölçülməsinin nəzərdə
tutulmasından asılıdır. Səviyyənin qiymətləndirilməsinə müəyyən
xidməti göstərən müəssisələrin faizini misal kimi göstərmək olar.
Dəyişikliyin qiymətləndirilməsi misalı kimi müəyyən parametrin
müəyyən vaxt çərçivəsində dəyişilməsini göstərmək olar.
Monitorinqin xüsusiyyətindən asılı olaraq müvafiq alətlər seçilir.
Onun məqsədlərindən asılı olaraq tibb müəssisəsinin ehtiyatları,
xərcləri, keyfiyyət göstəriciləri, səhiyyə sisteminin aralıq və son
nəticələri öyrənilə bilər. Monitorinq və qiymətləndirmə çərçivəsində
aşağıda göstərilən alətlər istifadə edilə bilər: işçi heyət və pasiyentlər
üçün sorğu vərəqələri, həkim peşəkarlığını müəyyənləşdirən testlər,
bilavasitə müşahidə, səhiyyə və idarəetmə sənədlərinin nəzərdən
keçirilməsi. Bundan əlavə, səhiyyə müəssisəsinin təqdim etdiyi
hesabatlar da istifadə oluna bilər.
Dostları ilə paylaş: |